Qaxda minik avtomobilinin aşması nəticəsində xəsarət alanların vəziyyəti məlum olub YENİLƏNİB
Icma.az bildirir, Apa.az portalına istinadən.
Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA xəbər verir ki, bu barədə Balakən Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Yaralılara qarının küt travması, sol bud-çanaq sümüyünün sınığı, daxili qanaxma diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1994-cü il təvəllüdlü şəxs cərrahi əməliyyata qəbul olunub.
1994-cü il və 2003-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü şəxsin (kişi) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
***
20:46
Qaxda minik avtomobili aşıb, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Yevlax–Zaqatala–Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Qax rayonunun İbaxlı kənd sakinləri - 34 yaşlı Əfqan Məmmədov və 32 yaşlı Seymur Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Əfqan Məmmədov əməliyyat olunduqdan sonra xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 15 Dekabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















