Icma.az
close
up
RU
“Bəhram Bağırzadə nə vaxtdan yazıçı olub ki?” Əliağa Vahidin qızından SƏRT QINAQ

“Bəhram Bağırzadə nə vaxtdan yazıçı olub ki?” Əliağa Vahidin qızından SƏRT QINAQ

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Bəhram Bağırzadə nə vaxtdan yazıçı olub ki, ondan kitab alırlar? O nə yazıb? Hansı kitabları yazıb? Mən onu yazıçı hesab etmirəm. O aktyordur. Yaxşı da aktyordur. Mənə də çox adam deyir ki, bəlkə atan haqda nəsə yazasan, xatirələr dərc edəsən? Deyirəm ki, mənlik deyil. Yazsaydım bu neçə ili yazardım da. Atamın kitablarını qardaşım satırdı. Gedib dayanırdı Nərimanovun heykəlinin qabağında, taksi sürücülərinə kitabları satırdı və qazandığı pulları da cibinə qoyurdu. Hər yerdə deyirdi ki, “bacım ölüb, tək mənəm”. Bütün yardımları, köməkləri o alırdı. Mən atamda pul görməmişəm. Sadəcə olaraq pensiyama 40 manat əlavə pul ödəyirdilər”

Bunu Moderator.az-a açıqlamasında Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib. O daha sonra əlavə edib:


“O gün atam haqda “Ötən günlər” verilişini göstərirdilər. Mən telefonda baxdım. Verilişdə olanlar deyirdi ki, Vahid deyib ki, böyük Füzulinin yadigarı özüməm. O kişi həqiqətən də özünü Füzuli ilə bir tuturdu. Xəqanidən, Seyid Əzim Şirvanidən tərcümələr edirdi. Fars dilində də bilirdi. Atam xəstə idi, astmadan əziyyət çəkirdi. İndiki zamanda olsaydı müalicə ala bilərdi. Bizə iki otaq ev aldı, adımıza kassaya 500 manat qoydu. Əlindən nə gəlirdisə sağlığında bizim üçün etdi” deyə o bildirib.
O daha sonra Yazıçılar Birliyinin sədri Anarın onlarla maraqlanmadığını bildirib:


“Yazıçı Anar bir dəfə də olsun bizimlə maraqlanmayıb. O boyda adamdır, hərhalda qapı-qapı düşüb bizimlə maraqlanası da deyil. Amma mən də Əliağa Vahidin qızıyam. Bir dəfə bizə köməyi dəyib. Anamın o vaxt mikrorayonda bir otaqlı evi var idi. Atam dünyasını dəyişəndən sonra anam müraciət etdi, Yazıçılar Birliyi bu evi ona verdi. Anam rəhmətə gedəndən sonra Anarın yanına gedib müvəqqəti o evdə yaşamağım üçün xahiş etdim. Qardaşımın oğlu da ora qeydiyyatda idi. Anar məni həmin evə qeydiyyata saldı. Sonra qardaşım arvadı eşitdi bu məsələni, həmin evi əlimdən aldı. Guya mənə başqa ev verəcəkdilər” deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri