Icma.az
close
up
RU
Məlumatlarının vahid landşaftda birləşdirilməsi mərkəzin başlıca prioritetlərdəndir

Məlumatlarının vahid landşaftda birləşdirilməsi mərkəzin başlıca prioritetlərdəndir

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsəd-zadə nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Cəbrayıl müəllim, rəhbərlik etdiyiniz “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” yenilənərək, “Rəqəmsal Səhiyyə Mərkəzi” adı ilə fəaliyyət göstərməsi qərarı hansı zərurətdən yarandı və bu dəyişiklik nə kimi perspektivlər vəd edir?

- Qeyd etmək istəyərdim ki, mərkəzin adının dəyişdirilməsi təkcə simvolik xarakter daşımır, eyni zamanda qarşıya qoyulan daha geniş strateji hədəflərin təzahürüdür.

Ümumiyyətlə, səhiyyə məlumatlarının kağız daşıyıcılardan elektron formata keçirilməsi prosesləri Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003 - 2012-ci illər)" icrası məqsədilə 2005-2012-ci illəri əhatə edən və uğurla həyata keçirilmiş Dövlət Proqramları çərçivəsində başlanılıb. 2006-cı ildən etibarən “Vətəndaşların elektron sağlamlıq kartı”, “Tibbi müayinə kartı”, “Nümunəvi tibbi informasiya sistemləri” yaradıldı və tibb müəssisələrində tətbiq edilib.

Səhiyyənin elektronlaşdırılması sahəsində artan hədəflərin vaxtında və daha yüksək peşəkarlıqla qarşılanması, elektronlaşdırma proseslərinə nəzarət mexanizminin gücləndirilməsi məqsədilə bu sahədə ixtisaslaşan qurumun yaradılması aktuallaşdı. Nəticədə, 2010-cu ildə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi“ yaradılıb. Həmin dövrdə səhiyyə sahəsinin elektronlaşdırılması prosesləri daha da sürətləndi. Dövrün tələblərinə uyğun olaraq, 20-dən çox tibbi elektron reyestr, 40-dan çox elektron xidmət, “Kadrların avtomatlaşdırılmış uçot”, “Yoluxucu xəstəliklərin elektron müşahidə”, “Vahid qan bankı”, “Təcili tibbi yardım stansiyasının dispetçer xidmətinin sistemləri” kimi ölkədə səhiyyə sahəsinin inkişafında müstəsna rol oynayan layihələr reallaşdırılıb.
Səhiyyə məlumatlarının vahid sistemdə toplanması məqsədilə bütün sistemlərin “Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS)”ndə 2012-ci ildə birləşməsi həyata keçirilib. Son illər həyata keçirilən mühüm rəqəmsallaşma prosesləri nəticəsində Rəqəmsal resept, Dərman vasitələrinin dövriyyəsinin təqib və izləmə, e-Epikriz, e-Bülleten kimi yeni sistemlər VSİS çərçivəsində yaradılıb.

Hazırda ölkəmizdə rəqəmsallaşmanın sürətlə elektronlaşmanı əvəz etməsi səhiyyə sahəsinidə də öz əksini tapıb. Səhiyyənin rəqəmsallaşdırılması istiqamətində başlıca prioritetlər səhiyyə məlumatlarının rəqəmsallaşaraq vahid landşaftda birləşdirilməsi, bu məlumatlara rahat interfeyslər vasitəsilə, vətəndaşların və tibb işçilərinin əlçatalığının təmin edilməsi, səhiyyə sahəsində qərarverici orqanların dəqiq analitik və statistik məlumat əldə etməsi, dövlət qurumlarının göstərdiyi xidmətlərdə və fəaliyyətində tələb olan tibbi məlumatların əldə edilməsi kimi məqsədlərin həyata keçirilməsndən ibarətdir. Səhiyyənin rəqəmsallaşması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, bütün dünyada aktual olan kibertəhdidlərin qarşısının alınması, idarəçiliyin effektivliyinin artırılması qarşıda duran vacib vəzifələrdir.

Qeyd edilən məqsəd və vəzifələri uğurla icra etmək məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiya Qərarı ilə "Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi"nin adı dəyişdirilərək "Rəqəmsal Səhiyyə Mərkəzi" adlandırıldı və müasir çağırışlara cavab verən Nizamnaməsi təsdiq edilidi. Mərkəzin strukturunun, fəaliyyət istiqamətlərinin, kadr potensialının müasir çağırışlara uyğun formalaşdırılması, rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış kadrların işə cəlb edilməsi prosesi artıq başlanıb. Mərkəzin fəaliyyəti ölkədə səhiyyə sahəsinin rəqəmsallaşmasına mühüm töhvə verəcəyinə inanırıq.

- Səhiyyənin rəqəmsallaşmasının gələcəyi ilə bağlı hədəfiniz nədir və Rəqəmsal Səhiyyə Mərkəzi bu hədəfə çatmaq üçün necə töhfə verə bilər?

- Səhiyyənin rəqəmsallaşması üzrə hədəflər bütün dünyada oxşardır və gələcək perspektivlər olduqca ümidvericidir. Rəqəmsal texnologiyaların inkişafı səhiyyə xidmətlərinə və məlumatlarına çıxışın yaxşılaşdırılmasında böyük rol oynayır. Teletibb və elektron sağlamlıq qeydləri kimi rəqəmsal vasitələrin tətbiqi xəstənin sağlamlığının diaqnozunu, müalicəsini və monitorinqini yaxşılaşdıra bilər. Səhiyyə məlumatlarının vahid landşaftda birləşdirilməsi və təhlili ictimai sağlamlığı yaxşılaşdırmaq və səhiyyə müəssisələrinin fəaliyyətini optimallaşdırmaq üçün əsaslandırılan qərarlar qəbul etməyə kömək edəcək. Səhiyyə xidmətlərinin sürətinin, dəqiqliyinin və əlçatanlığının artırılması üçün rəqəmsal həllərin tətbiqi qarşıda duran ən prioritet məsələlərdən biridir. Hazırda Rəqəmsal transformasiya çərçivəsində prioritet istiqamətlər Tibbi Rəqəmsal Əkiz Sisteminin yaradılması, Rəqəmsal səhiyyə standartlarının və təsnifatlarının tətbiqi, tibbi məlumatların vahid informasiya məkanının formalaşması, sadə və asan anlaşılan elektron xidmətlərin tətbiqidir. Mərkəzin bütün fəaliyyəti bu hədəflərə çatmağa yönəlib.

- Səhiyyənin rəqəmsallaşmasında gələcək illərdə ən böyük təsirə malik olacaq yeni texnologiyalar (məsələn, süni intellekt, blokçeyn, əşyaların interneti) hansılardır? Mərkəzin rəqəmsal sağlamlıq həllərinin inkişaf edən texnologiyalar və səhiyyə ehtiyaclarına uyğun olmasını təmin etmək üçün hansı strategiyalar hazırlanır?

- Rəqəmsal səhiyyə innovasiyaları pasiyentlərə göstərilən xidmətlərin həm keyfiyyətini, həm də əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu texnologiyalar həkimlərin işini avtomatlaşdırmaqla yanaşı, pasiyentlərin vaxt və məsafə baxımından məhdudiyyətlərini aradan qaldırır. Məsələn, teletibb texnologiyasının tətbiqi ucqar ərazilərdə yaşayan vətəndaşlara keyfiyyətli tibbi məsləhətlər almaq imkanı yaradır. Süni intellektin tətbiqi xəstəliklərin erkən diaqnostikası və müalicə prosesini sürətləndirir. Süni intellekt əsaslı sistemlər böyük həcmdə tibbi məlumatları avtomatik emal edərək, tibbi personalın iş yükünü azaldır. Təbii dil emalı (Natural Language Processing, NLP) texnologiyaları həkim qeydlərini avtomatik analiz edib strukturlaşdırır. Süni intellekt pasiyent məlumatlarını analiz edərək, fərdi müalicə planları hazırlayır. Genetik analizlərə əsaslanaraq xəstəliklərə qarşı fərdi risk səviyyəsini qiymətləndirir və preventiv tədbirlər təklif edir.

Süni intellekt radiologiya sahəsində də xüsusi əhəmiyyət kəsb edir. Rentgen, MRT və KT görüntülərini analiz edərək, həkimlərə daha sürətli və dəqiq diaqnoz qoymağa kömək edir. Məsələn, dərin öyrənmə (deep learning) modelləri xərçəngin erkən mərhələlərdə aşkarlanmasına kömək edə bilər.

“Tibbi əşyaların interneti” vasitəsilə müxtəlif cihazlar vasitəsilə tibbi məlumatların toplanması və sağlamlığın monitorinqi prosesini heç zaman əvvəllər görünməyən səviyyəyə qaldırır.
Tibbi Rəqəmsal Əkiz Sistemi (TRƏS) vətəndaşların müxtəlif tibb müəssisələrinə müraciətlərinin, müalicələrinin, laborator müayinələrinin, müxtəlif formatda qeyd edilən radioloji müayinələrinin, peyvəndlərinin, reseptlərinin məlumatlarını əhatə edir. Bu layihənin həyata keçirilməsi həkimlərə vətəndaşın sağlamlığı haqqında tam dolğun məlumat almağa, daha dəqiq və operativ diaqnoz qoymaqla düzgün müalicə təyin etməyə, tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə imkan verəcək.

Səhiyyə sahəsinin strateji hədəflərinə çatmaqda bu sistemlərin tətbiqi çevikliyi artıracaq və elmi-tibbi araşdırmalar üçün geniş məlumat bazası formalaşdıracaq.

- Rəqəmsal səhiyyə həllərinin həm xəstələr, həm də səhiyyə işçiləri üçün əlçatan və istifadəçi dostu olmasını necə təmin edilir?

- Vətəndaşların rəqəmsal səhiyyə həllərindən daha geniş və effektiv istifadə etməsi üçün sadə və intuitiv platformaların yaradılması əsas prioritetdir. İstifadəçilər üçün “Elektron Səhiyyə” və “Reseptim” mobil tətbiqləri istifadəyə verilib. Bu istifadəçi dostu mobil tətbiqlər vətəndaşlara səhiyyə xidmətlərini daha əlçatan etmək məqsədi güdür. “Elektron səhiyyə” mobil tətbiqi vasitəsilə vətəndaşlar, tibb işçiləri, sahəvi biznes fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən faydalana bilirlər.

Bununla yanaşı, vətəndaşların maarifləndirilməsi məqsədilə vebinarlar, təlimlər təşkil edilir və sosial media üzərindən məlumatlandırıcı məzmunlar paylaşılır. Xüsusilə, səhiyyə sahəsində ixtisaslaşmış “Sağlam Radio” 93.0 FM vasitəsilə rəqəmsal yeniliklər haqqında da məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

- Səhiyyə rəqəmsallaşmasında məlumat pozuntuları və ya kibertəhlükəsizlik təhdidləri ilə bağlı risklər necə idarə olunur?

- Hazırda rəqəmsal səhiyyədə ən aktual məsələlərdən biri, məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunmasıdır. Eyni zamanda, rəqəmsal səhiyyə həllərinin əlçatan olması da vacibdir. Bu məsələlərə yanaşarkən, biz texnoloji tərəqqini nəzərə alaraq həm hüquqi, həm də sosial aspektləri diqqətlə qiymətləndiririk.

Şəxsi məlumatların məxfiliyi və təhlükəsizliyinin təmin edilməsi bizim üçün ən yüksək prioritetdir. Bunun üçün “Rəqəmsal Səhiyyə Mərkəzi”ndə xüsusi “Kibertəhlükəsizlik Şöbəsi” yaradılıb. Burada müasir kibertəhlükəsizlik alətləri və xidmətlərindən istifadə edilir. Bu alətlər və xidmətlər yalnız informasiya təhlükəsizliyini təmin etməklə yanaşı, həm də məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını qorumağa yönəldilib. Məlumatların təhlükəsizliyini təmin etmək üçün şifrələmə texnologiyaları, çoxfaktorlu autentifikasiya və məlumatların saxlanılması ilə bağlı beynəlxalq təhlükəsizlik standartlarına uyğun tədbirlər görülür. Mövcud infrastrukturun qorunması, müxtəlif təhdid modellərinin analizi, gələcəkdə yarana biləcək potensial risklərin qarşısının alınmasını üçün tədbirlər həyata keçirilir. Bundan əlavə, sistemlərdə mütəmadi olaraq təhlükəsizlik auditi aparılır və yalnız icazəli şəxslərin məlumatlara çıxışı təmin edilir.

- Səhiyyə sisteminin rəqəmsallaşmasında qurumun hansı əsas tərəfdaşlıqlarını qeyd etmək istərdiniz? Bu əməkdaşlıqların uğur qazanması üçün hansı addımlar atılır?

- Səhiyyənin rəqəmsallaşmasında dövlət qurumları, texnoloji şirkətlər və beynəlxalq səhiyyə təşkilatları ilə sıx əməkdaşlıq edirik. Qanunvericiliyə uyğun olaraq məlumatların “MyGov” rəqəmsal hökumət platformasına inteqrasiyası mərhələli şəkildə davam etdirilir.

Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə “Səhiyyə sahəsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi” hazırlanıb və 2024-cü ilin sentyabrdan həyata keçirilir. Sistemlərdə mövcud olan məlumatların dürüstləşdirilməsi, sistemlər arasında inteqrasiya, məlumatların paylaşılmasını və əlaqələndirilməsi üzrə tədbirlər icra edlir. Bu sahədə qarşılaşdığımız ən böyük çətinliklər, məlumatların standartlaşdırılması və müxtəlif platformalar arasında uyğunluğun təmin olunmasıdır. Bu işlərin uğurla həyata keçirilməsi üçün biz sistemli yanaşmanı, qarşılıqlı dəstəyi və güclü əlaqələr qurmağı vacib hesab edirik. Nəticə etibarı bu əməkdaşlıq ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına təkan verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər ən qədim quşlardan birini aşkar etdilər

04 Mart 2025 15:58see182

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see138

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see132

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see130

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see129

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see128

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see128

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see125

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see124

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see122

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see121

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see120

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see120

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see119

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see119

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see117

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see117

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see117

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see116

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri