Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Memarlıq, şəhərsalma və dövlətçilik: Heydər Əliyev irsinin müasir Azərbaycan modelində rolu

Memarlıq, şəhərsalma və dövlətçilik: Heydər Əliyev irsinin müasir Azərbaycan modelində rolu

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı və Şamaxı bölmələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Memarlıq, şəhərsalma və dövlətçilik: Heydər Əliyev irsinin müasir Azərbaycan modelində rolu” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.

Tədbirdə rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında müstəsna xidmətlər göstərib. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs ölkədə sabitliyin təmin olunması, iqtisadi inkişafın sürətləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi baxımından fundamental əhəmiyyət daşıyıb.

N.Cəlilov vurğulayıb ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsində şəhərsalma və memarlıq məsələləri də xüsusi yer tutub. Onun rəhbərliyi dövründə Azərbaycanın şəhər infrastrukturunun inkişafı, memarlıq irsinin qorunması və müasir urbanizasiya prinsiplərinin tətbiqi istiqamətində mühüm addımlar atılıb. Bildirilib ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması da bu strateji xəttin davamı kimi xüsusi əhəmiyyət kəsb edir.

Baş direktor qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə də diqqət mərkəzindədir. Bu baxımdan Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ölkəmizin qlobal urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi sahəsində artan rolunun göstəricisidir. Belə mötəbər beynəlxalq platformaya ev sahibliyi etmək Azərbaycanın şəhərsalma, memarlıq və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri Kamal Hüseynov çıxışında Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən biri olan azərbaycançılıq ideologiyasının milli kimliyin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və xalqın birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib.

Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev çıxışında qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə elm, təhsil və milli kadr potensialının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Şamaxı bölməsində keçirilən tədbirdə rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Ulu Öndərin rəhbərliyi ilə formalaşdırılan inkişaf strategiyası ölkənin müxtəlif sahələrində sistemli islahatların həyata keçirilməsinə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və uzunmüddətli inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə imkan yaradıb.

Tədbirdə Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Rəsədxana əməkdaşları Ümummilli Liderin Şamaxı şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri