Icma.az
close
up
RU
Milli memarlıq irsi və müasir şəhərsalma

Milli memarlıq irsi və müasir şəhərsalma

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naftalanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən növbəti mərasim milli memarlıq irsinin qorunması, onun müasir şəhərsalma ilə vəhdəti və gələcək nəsillərə çatdırılması məsələlərinə həsr olunub. Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Milli memarlıq ənənələrinin müasir şəhərsalmada rolu” mövzusunda məclisdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoekspozisiya ilə tanış olublar. Eyni zamanda, Azərbaycan memarlıq məktəbinin zəngin ənənələrini əks etdirən kitablar və məktəblilərin hazırladıqları əl işlərindən ibarət sərgi böyük maraqla izlənilib.

Sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca ölkəmizdə memarlıq və şəhərsalma sahəsində həyata keçirilən inkişaf strategiyasına həsr edilmiş videoçarx nümayiş etdirilib. Çıxışlarda bildirilib ki, Azərbaycanın zəngin memarlıq irsinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq, şəhərsalma və kurort-turizm sahələrinin inkişafına xüsusi önəm verilib, milli memarlıq ənənələri qorunmaqla yanaşı, müasir şəhərsalma prinsiplərinə əsaslanan inkişaf modeli formalaşdırılıb. Bu strateji xətti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın şəhərsalma siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun tarixi-memarlıq abidələrinin bərpası, qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirdiyi mühüm layihələrdən də bəhs olunub. Bildirilib ki, fondun həyata keçirdiyi bu təşəbbüslər milli-mədəni irsin qorunmasına, gələcək nəsillərə olduğu kimi çatdırılmasına və Azərbaycanın zəngin memarlıq ənənələrinin dünyada tanıdılmasına mühüm töhfə verir.

H.QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri