Icma.az
close
up
RU
Memarlıq və İnşaat Universitetinin yubiley mərasimi

Memarlıq və İnşaat Universitetinin yubiley mərasimi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetinin yaradılmasının 50 illik yubileyi münasibətilə “Gülüstan” sarayında təntənəli yığıncaq keçirilib.

Mərasimin əvvəlində ali məktəbin yarıməsrlik uğurlarını əks etdirən “Təhsil və irs” sərgisinə baxış keçirilib.

Yubiley məclisində məruzə ilə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, 50 illik yubiley universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmizin hərtərəfli inkişaf dinamikasının daha da sürətləndiyini vurğulayan rektor, son illərdə təhsil sahəsində həyata keçirilən islahatlara diqqət çəkib.

Professor Gülçöhrə Məmmədova 50 il ərzində universitetdən 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisinin məzun olduğunu deyib: “Respublikanın, demək olar ki, bütün iri tikinti layihələrində, şəhərsalma planlaşdırılmasında, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasında AzMİU məzunlarının imzası var. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də məhz bizim məzunlardır. Bu fakt bir daha sübut edir ki, AzMİU yalnız təhsil müəssisəsi deyil, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində rolu olan milli intellekt mərkəzidir”.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndislik və memarlıq potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından biri kimi mühüm rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki, universitetin çoxillik elmi-pedaqoji ənənələri, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirib.

Nazir AzMİU-nun mühüm sosial və strateji layihələrdə fəal iştirakını xüsusi qeyd edib. Bildirib ki, Kəlbəcər şəhərində orta məktəbin tikintisi, eyni zamanda, Qarabağ Universitetinin inşası zamanı AzMİU-nun mühəndislərinin göstərdiyi fəallıq bu gün 50 illiyini qeyd edən ali təhsil ocağının işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi töhfənin bariz nümunəsidir.

Yubiley münasibətilə universiteti təbrik edən qonaqlar çıxış edib, AzMİU-nun ötən illər ərzində qazandığı zəngin təcrübə və formalaşdırdığı güclü elmi-tədris mühiti barədə ətraflı söz açıblar.

Mərasimdə AzMİU-nun 50 illik inkişaf yolunu, elmi-pedaqoji nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən təqdimat filmi nümayiş etdirilib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri