Icma.az
close
up
RU
MEMİM in “Sənət dialoqu” layihəsi çərçivəsində ilk görüş keçirilib

MEMİM in “Sənət dialoqu” layihəsi çərçivəsində ilk görüş keçirilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Sənət dialoqu” adlı yeni layihə həyata keçirilir. 

XQ xəbər verir ki, layihə çərçivəsində fevralın 28-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) prorektoru, xoreoqraf və pedaqoq, Xalq artisti Təranə Muradova ilə görüş təşkil olunub. Tədbir BXA, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə gerçəkləşib. 

Əvvəlcə çıxış edən MEMİM-in direktoru dosent Vüqar Hümbətov layihə haqqında məlumat verib. Qeyd edib ki, məqsəd tanınmış mədəniyyət xadimlərinin paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərinin şagirdləri ilə görüşlərinin təşkili, sənətkarların öz bilik və təcrübələrini gənc istedadlarla bölüşməsi, gənc nəslin sənət zövqünün zənginləşdirilməsi və onların yaradıcılığının stimullaşdırılmasıdır. 

Xalq artisti Təranə Muradovanın ölkəmizdə xoreoqrafiya sahəsinin inkişafına verdiyi töhfələrdən danışan V.Hümbətov yeni xoreoqraflar nəslinin yetişdirilməsində onun mühüm xidmətləri olduğunu bildirib. 

Mərkəzi İncəsənət Məktəbinin direktoru professor Könül Hüseynova layihənin əhəmiyyətini vurğulayıb, tanınmış xoreoqrafın sənət yolu və pedaqoji fəaliyyətindən söz açıb.

Təranə Muradova rəqs sənəti haqqında məlumat verib, bu sahənin tədrisi və təbliği məsələlərindən danışıb. Rəqs üçün geyim, milli elementlər, musiqi seçimi və s. problemlər ətrafında söhbət aparılıb. O, “Sənət dialoqu” layihəsinə dəvət olunduğuna görə minnətdarlığını bildirib, auditoriyanı maraqlandıran sualları cavablandırıb. 

MEMİM-in əməkdaşı Nicat Həsənzadənin moderatorluğu ilə keçirilən tədbirdə BXA, Azərbaycan Dövlət Uşaq Filarmoniyası, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Vaqif Mustafazadə adına 2 nömrəli, eləcə də 4 nömrəli incəsənət məktəblərinin şagirdlərindən ibarət rəqs kollektivləri rəngarəng proqramla çıxış ediblər. 

Təqdim edilən rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:394
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Mart 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri