Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məmməd həbsə girəndən sonra arvadı Nadirlə bir evdə yaşamağa başlamışdı

Məmməd həbsə girəndən sonra arvadı Nadirlə bir evdə yaşamağa başlamışdı

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəmkir rayonunda 56 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində ötən ilin noyabrın 11-də  baş verib.
1970-ci il təvəllüdlü Həsən həmin gün saat 12 radələrində qonşuluqda yerləşən Nadirə məxsus fərdi yaşayış evinin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruq ilə Natiqin (adlar şərtidir – red.) baş və üz nahiyyələrinə vurub. 
İş üzrə izahat verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qonşuluqda yaşayan Nadirlə aralarında normal münasibətlər yoxdur: “Nadir mənimlə qonşuluqda yaşayan və hazırda həbsdə olan Məmməd adlı şəxsin həyat yoldaşı Günel ilə qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşadığı şəxsdir. Məmməd, həyat yoldaşı Günel və Günelin qeyri-rəsmi münasibətdə birgə yaşadığı Nadirlə aramızda yaranmış problemlər 4 il əvvəl başlayıb. 4 il bundan əvvəl rəhmətə getmiş dayım Vüqara məxsus fərdi yaşayış evində yanğın çıxmışdı və ev tamamı ilə yararsız hala düşmüşdü. Həmin hadisədən sonra qonşuluqda yaşayan Günel həmin evi özünün yandırması barədə ətrafda sözlər danışmışdı. Biz bu səbəbdən Günelin məsuliyyətə cəlb edilməsini istədik. Günel danışdığı sözləri təkzib etdi və həmin vaxtdan aramızda münaqişəli vəziyyət yarandı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Günelin qeyri-rəsmi şəkildə birgə yaşadığı Nadir adlı şəxs mütəmadi olaraq onları narahat etməyə, evlərinin pəncərələrinə daş atmağa, siqaret kötüyünü həyətlərinə tullamağa və hazırda Bakı şəhərində olan qızı Təhminənin barəsində real olmayan əxlaqsız fikirlər səsləndirməyə başlayıb:
“Həmin vaxt mən Rusiya Federasiyasında işləyirdim. 2025-ci ilin noyabr ayında Məmməd mənim nəvəm və mərhum dayımın gəlininə xəsarət yetirdiyi üçün həmin vaxt məsuliyyətə cəlb olunaraq həbs edilməsini öyrəndim. Daha sonra Rusiya Federasiyasından yaşadığım kəndə gəldim. Mən yaşadığım evə gəldikdə nəvəmin müalicəsinin davam etdiyini və hələdə tam sağlamlığına qovuşmadığını gördükdə daha da əsəbləşdim”. 
Həsənin ifadəsinə görə, daha sonra yaşadığı evin arxasında olan həyətyanı bağ sahəsində olarkən Nadirin 2 nəfər xurma meyvəsi alıcısı ilə Məmmədə məxsus fərdi yaşayış evinin yanında olan bağ sahəsindəki xurmalara baxmalarını görüb:
“Həmin vaxt əsəbləşərək Nadirə irad bildirdim və buranı tərk etməsini istədim. Nadir mənə qeyri-etik şəkildə cavab qaytardığı üçün daha da əsəbləşdim və bağ sahəsindən küçəyə, Nadirin evinin qarşısına çıxdım. Bu vaxtı Nadir də Məmmədin evindən küçəyə çıxdı. Mən əsəbləşərək Nadirin baş və üz nahiyyəsindən 2 dəfə yumruqla zərbə vuraraq onu döydüm. Həmin vaxt orada olan tanımadığım 2 nəfər xurma meyvəsi alıcısı şəxs bizi ayırdı. Mən də yaşadığım evə getdim. Daha sonra mənim barəmdə polisə şikayət edilməsini öyrəndim”.
İş üzrə zərərçəkmiş Nadirin sözlərinə görə, Həsən adlı şəxs onunla qonşuluqda yaşayır, aralarında normal münasibətlər yoxdur:
“Mən uzun müddətdir ki, Məmməd adlı tanışımın fermasında heyvanlarını saxlayıram. Məmməd həbsdə olduğu üçün həmin yerdə gözətçilik edirəm. Məmməd həbs edildiyi vaxtdan Həsən mənimlə münasibətini pozdu. Məlum hadisə günü Məmmədin həyətyanı torpaq sahəsində olan xurma meyvələrini onun həyat yoldaşı Günelin göstərişi ilə satmaq üçün həmin bağa alıcı gətirdim. Həmin vaxt Həsən qonşu sahədən məni və alıcıları gördü, təhqir edərək xurma məhsulu satmağa hüququmun olmamasını dedi. Həmin vaxt alıcılar münaqişəli məsələ olmasını gördü. Bu zaman Həsən öz torpaq sahəsindən yanıma gəldi və məni Məmmədin evinin qarşısında təhqir etməyə başladı. Həmin vaxt aramızda mübahisə yarandı və Həsən yumruqla 2 dəfə üz nahiyyəmdən vuraraq məni döydü. Həmin vaxt orada olan xurma alıcısı olan adını bilmədiyim 2 nəfər şəxs bizi ayırdı. Mən dərhal bu bərədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdim”. 
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri