Məmmədli sakinlərinin nəqliyyat problemi: Avtobuslar kəndə girmir
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Abşeron rayonunun Məmmədli qəsəbəsində yolun yararsız vəziyyətdə olması səbəbindən sakinlər ictimai nəqliyyatdan istifadə edə bilmirlər.
Şikayətdə bildirilir ki, 217 nömrəli marşrut avtobusu kəndin içinə daxil olmur.
"Gündəlik nəqliyyat imkanlarımız məhdudlaşdırıb. Avtobusun kənd ərazisinə daxil olmaması, xüsusilə yaşlıların, məktəblilərin və işə gedib-gələn kənd camaatının hərəkətində ciddi çətinliklər yaradır", - deyə şikayətdə bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, Məmmədli qəsəbəsi yolunda mövcud olan əlverişsiz hərəkət şəraiti nəzərə alınaraq, sərnişindaşımanın təhlükəsizliyini təmin etmək məqsədilə 217 nömrəli marşrut xəttinin hərəkətində müvəqqəti dəyişiklik icra olunub.
"Yenilənmiş sxemə uyğun olaraq, avtobusların hərəkəti aşağıdakı qaydada təşkil olunur. Metronun "Koroğlu" stansiyası istiqamətindən səfərə başlayan avtobuslar Kürdəxanı yolu ilə düz hərəkət edərək Pirşağı-Böyükşor yolundakı dairədən geridönüş edir, Pirşağı yolu ilə düz gəlib sağa dönərək Məmmədli yoluna daxil olurlar. Məmmədli qəsəbəsi istiqamətindən (əks istiqamət) səfərə başlayan avtobuslar isə "Yanardağ" şadlıq sarayına qədər hərəkət edir, daha sonra geridönüş edərək Məmmədli yolundan Pirşağı yoluna daxil olur və Kürdəxanı yolu istiqamətində hərəkəti davam etdirirlər. Yol infrastrukturundakı vəziyyətlə bağlı tətbiq olunacaq dəyişikliklər barədə ətraflı məlumatlar "BakuBus Official" "Telegram" kanalında operativ şəkildə paylaşılır.
Əlavə olaraq bildiririk ki, qeyd olunan yolun mövcud vəziyyətinin yaxşılaşdırılması və təmiri "BakuBus" MMC-nin səlahiyyətlərinə daxil olmadığından, məsələ ilə bağlı aidiyyəti quruma müraciət etməyiniz xahiş olunur", - deyə Ə.Əliyeva bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 01 İyun 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















