Icma.az
close
up
RU
525ci qəzet Elmin Məmmədov: Azərbaycan məqsədi ekoloji təşəbbüsləri əhatə edən səmərəli tənzimləyici sistem yaratmaqdır

525ci qəzet Elmin Məmmədov: Azərbaycan məqsədi ekoloji təşəbbüsləri əhatə edən səmərəli tənzimləyici sistem yaratmaqdır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycanın məqsədi aviasiya təşkilatları ilə sıx əməkdaşlıq şəraitində ekoloji təşəbbüsləri əhatə edən səmərəli tənzimləyici sistem yaratmaqdır.

525.az "Report"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov COP29 çərçivəsində keçirilən “Beynəlxalq Aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksək səviyyəli panel müzakirəsində deyib.

"Qarabağ və Şərqi Zəngəzur bölgələrinin azad edilməsi "yaşıl enerji zonaları" üçün yeni imkanlar yaradır və Azərbaycanı təmiz enerji sahəsində regional liderə çevirir. Prezident İlham Əliyev Azərbaycanın azad edilmiş ərazilərini bölgənin zəngin bərpa olunan enerji resurslarından istifadə edərək "yaşıl enerji zonası"na çevirmək üçün hərtərəfli bir baxış ortaya qoyub. Ölkənin beynəlxalq ekoloji sazişlərdə iştirakı davamlı inkişafa sadiqliyini bir daha vurğulayır", - E. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Paris Sazişinin sadiq tərəfdaşıdır: "Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvü olaraq biz beynəlxalq standartlar, tələblər və təşəbbüslərə uyğun olaraq öhdəliklərimizi, xüsusilə də ekoloji məsuliyyətlərimizi yerinə yetirməyə sadiqik. Biz ətraf mühitin dayanıqlılığı və məsuliyyətinə diqqət yetirərək effektiv siyasət formalaşdırmaq üçün aviasiya çərçivələrimizi fəal şəkildə inkişaf etdirir və gücləndiririk. Məqsədimiz aviasiya təşkilatları ilə sıx əməkdaşlıq şəraitində qlobal və regional səviyyədə həm qısa, həm də uzunmüddətli ekoloji təşəbbüsləri əhatə edən səmərəli tənzimləyici sistem yaratmaqdır. Biz karbon emissiyalarının və beynəlxalq aviasiyanın iqlim dəyişikliyinə təsirinin azaldılmasına sadiqik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri