Icma.az
close
up
RU
Memorial Kompleks gələcək nəsillərə tarixi dərs verəcək ŞƏRH

Memorial Kompleks gələcək nəsillərə tarixi dərs verəcək ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev,Birinci xanım Mehriban Əliyeva və digər rəsmi şəxslərlə birgə 26 fevral 2026-cı il tarixində Xocalı şəhərində yeni inşa edilmiş Xocalı Soyqırımı Memorial Kompleksinin rəsmi açılışında iştirak edərkən, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması ilə bağlı bir sıra mühüm məqamlara toxunmuşdur".

Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev bu soyqırımı erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qanlı cinayət kimi qiymətləndirmişdir:

"Çıxışda bildirmişdir ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilmişdir. Uzun illər ərzində Azərbaycan dövləti, ictimai və qeyri-hökumət təşkilatları, xüsusilə Heydər Əliyev Fondu vasitəsilə dünyada Xocalı soyqırımının tanıdılması, tarixi təhriflərin qarşısının alınması və beynəlxalq səviyyədə ədalətin bərqərar edilməsi üçün geniş kampaniya aparmışdır. Bu təşəbbüslər nəticəsində təxminən 20-dən artıq ölkə Xocalı hadisələrini genosid kimi rəsmi tanımışdır". 

Millət vəkili deyir ki, ölkə başçısı həmçinin vurğulamışdır ki, Azərbaycanın əsas prioriteti — ölkənin ərazi bütövlüyünün tam bərpası və ədalətin təmin olunması olmuşdur. Uzun illər davam edən hazırlıq, güclü ordu və iqtisadiyyatın formalaşması nəticəsində Azərbaycanın haqq işini beynəlxalq səviyyədə tanıtdığına və bu yolda qələbə qazandığına diqqət yetirilmişdir. 

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində müharibə cinayətkarlarının bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan şəxslər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bu, ədalətin tam təntənəsidir".

Deputatın sözlərinə görə, Prezident həmçinin inşa edilmiş Memorialı “sarsılmaz yaddaşın təcəssümü” kimi xarakterizə etmişdir. Bu kompleks yalnız faciənin xatirəsini əbədiləşdirməyəcək, eyni zamanda, gələcək nəsillərə tarixi dərs verəcək, xalqın əzmkarlığını və şərəfini yaşadacaqdır:

"Memorial kompleksinin Azərbaycanın güclü və suveren dövlət olduğunu göstərən mühüm simvoldur. Azərbaycan artıq 1990-cı illərdəki vəziyyətdə olmadığı, güclü ordu və sabit siyasətə malik olduğu bütün dünyaya nümayiş etdirilmişdir. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində dünyadadövlətimiz qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır. Bu gün xalqımız sülh içində yaşayır və bunun təminatçısı Azərbaycan dövlətidir, ölkə başçısının siyasətidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Mart 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri