Icma.az
close
up
RU
Ən böyük memorial kompleks Ağdamda İNŞA EDİLƏCƏK

Ən böyük memorial kompleks Ağdamda İNŞA EDİLƏCƏK

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi böyük risk və qəhrəmanlıq tələb edir. Xüsusilə Ağdam və Füzulidə mina çirklənməsi çox yüksək səviyyədə olub. Hazırda Füzulinin böyük hissəsi təmizlənib. Bu, çox vacibdir, çünki Füzuli Qarabağın hava qapısı hesab olunur və bütün region üçün mühüm infrastruktur və nəqliyyat mərkəzidir.
Bizim.Media xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.
O qeyd edib ki, Ağdamın baş planı müxtəlif ölkələrdən olan, bu sahədə tanınmış beynəlxalq ekspertlərin iştirakı və əməkdaşlığı nəticəsində hazırlanıb.
“İşğaldan əvvəl Ağdamda tarixi mərkəz, eyni zamanda, şəhərin inzibati mərkəzi idi. Yeni şəhərsalma prinsiplərinə uyğun olaraq, həmçinin keçmişin, bu günün və gələcəyin təbii sintezini qorumaq məqsədilə yeni baş planda inzibati mərkəz tarixi mərkəzdən ayrılıb. Bununla bizim tarixi və mədəni baxışımızın qorunması təmin edilir. Tarixi şəhər mərkəzindəki bəzi dağıntılar isə saxlanılacaq. Onlar açıq səma altında yaradılacaq memorial komplekslərin bir hissəsi olacaq. Şəhərlərin bu şəkildə yenidən qurulması bizim üçün simvolik əhəmiyyət daşıyır”, - deyə xüsusi nümayəndə bildirib.
Emin Hüseynov vurğulayıb ki, Ağdam memorial kompleksi azad edilmiş ərazilərdə yaradılacaq bütün memorial komplekslər arasında ən böyüyü olacaq.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Oktyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri