Icma.az
close
up
RU
Memorial Kompleks həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır Kamaləddin Qafarov

Memorial Kompleks həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır Kamaləddin Qafarov

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə ölkənin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisə olaraq deyil, həm də mənəvi ədalətin təntənəsi kimi tariximizin yaddaşına həkk olundu”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. O bildirib ki, Cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu mərasimdə iştirakı dövlətin Xocalı həqiqətlərinə verdiyi ali siyasi qiymətin daha bir açıq ifadəsi oldu.

“Xocalı torpağında ucaldılan Xocalı Soyqırımı Memorial Kompleksi yalnız keçmişin xatirəsi deyil, həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır. Dövlət başçısının çıxışında vurğulanan əsas məqamlardan biri Xocalı faciəsinin mahiyyəti ilə bağlı idi. Bu faciə təsadüfi müharibə epizodu yox, planlı şəkildə həyata keçirilmiş, azərbaycanlılara qarşı yönəlmiş kütləvi qırğın aktıdır. Xocalıda baş verənlər insanlığa qarşı törədilmiş ağır cinayətdir və bu cinayətin məsuliyyəti birbaşa Ermənistan dövlətinin üzərinə düşür. Qadınların, uşaqların, qocaların amansızcasına qətlə yetirilməsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub və bu yaddaş heç vaxt susmayacaq.”
Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin ədalət uğrunda aparılan uzunmüddətli mübarizə ilə bağlı səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir:

“Dövlət başçısı xatırlatdı ki, illər boyu Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün həm dövlət qurumları, həm də ictimai institutlar ardıcıl fəaliyyət göstərib. Bu kontekstdə Heydər Əliyev Fondunun təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. Fondun başladığı “Xocalıya ədalət!” xətti beynəlxalq miqyasda informasiya blokadasını yarmağa imkan verdi. Leyla Əliyevanın rəhbərliyi ilə aparılan kampaniya nəticəsində Xocalı faciəsi bir sıra ölkələrdə soyqırımı kimi tanındı. Bu, təkcə diplomatik uğur deyil, həm də tarixi ədalətin bərpasına doğru atılmış mühüm addım idi. Növbəti tarixi mərhələdə isə bütün dünya bizimlə birlikdə artıq ədalətin təkcə tələb olunmadığının, həm də real şəkildə təmin edildiyinin şahidi oldu. Xocalının işğaldan azad olunması, hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi göstərdi ki, Azərbaycan dövləti öz haqqını özü qorumağa qadirdir. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, xalqın bir yumruq kimi birləşməsi nəticəsində ədalət söz yox, əməl səviyyəsində təsdiq olundu. Cinayətkarların məhkəmə qarşısına çıxarılması Xocalı qurbanlarının ruhu qarşısında tarixi borcun yerinə yetirilməsi idi. Bu Memorial Kompleksin məhz Xocalıda açılması da dərin rəmzi məna daşıyır. Çünki illərlə öz doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayan Xocalı sakinləri bu gün həm ədalətin, həm də dövlət qayğısının canlı şahidlərinə çevriliblər. Cənab Prezidentin çıxışında səsləndirilən fikir bir daha təsdiqlədi ki, Azərbaycan xalqı öz tarixini unutmur, düşmənin törətdiyi vəhşilikləri bağışlamır, lakin qisası da hüquq və ədalət çərçivəsində alır. Bu gün Xocalıda ucaldılan Memorial Kompleks Azərbaycan xalqının əyilməz ruhunun, milli ləyaqətinin və dövlət iradəsinin simvoludur”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri