Məmurun 244 minlik qızılını oğurlayan qadın məhkəməyə gəlmədi
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vəzifəli şəxsin evindən külli miqdarda oğurluqda təqsirləndirilən Məmmədova Ruhiyyə İdris qızının məhkəmə prosesinin növbəti iclası keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilən Ruhiyyə Məmmədova iştirak etməyib. Hakim proses zamanı təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayıb. R. Məmmədova məhkəmə iclasına gəlməməyini xəstəliyi ilə əlaqələndirib. Həmçinin bildirib ki, vurduğu ziyanın yarısını zərərçəkənə ödəyib, qalanını isə yaxın müddətdə ödəyəcək.
Hakim təqsirləndirilən şəxsin məhkəməyə üzrsüz səbəbdən gəlməməyini protokola qeyd etdirərək, məhkəmə prosesini fevral 21-ə kimi təxirə salıb.
Cinayət işində zərərçəkən qismində tanınan Əmir Şirinbəyli də növbəti dəfə məhkəmə iclasında iştirak etməyib. Prosesdə onun əvəzinə nümayəndəsi iştirak edib. Anket məlumatlarına görə, Ə. Şirinbəyli Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini vəzifəsində çalışır.
İttiham aktına görə, Ruhiyyə Məmmədova Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinir.
Qeyd edək ki, təqsirləndirilən şəxs Ruhiyyə Məmmədova baş vermiş cinayət əməlində özünü təqsirli bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 31 Yanvar 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















