Icma.az
close
up
RU
Şirinbəyli 244 minlik xəzinəsini oğurlayan qadını bağışladı, amma... SİYAHI

Şirinbəyli 244 minlik xəzinəsini oğurlayan qadını bağışladı, amma... SİYAHI

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəyli evindən 244 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu oğurluğu onun evində xadimə işləyən Ruhiyyə Məmmədova adlı şəxs edib. Oğurluğu edən şəxs tutulsa da, Əmir Şirinbəyli şikayətçi olmaması ilə bağlı notarial qaydada ərizə verib.

“AzPolitika” “Gününsəsi.info”ya istinadla bildirir ki, Əmir Şirinbəyli vaxtilə evində xadimə işləmiş Məmmədovanın həbsdən buraxılmasını istəyib. Zərərçəkmiş qismində tanınan məmur məhkəməyə ərizəsində qarşı tərəflə barışdığını göstərib, ona azadlıqdan məhrumetmə yox, alternativ cəza verilməsini xahiş edib.

Xatırladaq ki, Əmir Şirinbəylinin evindən 2024-cü ilin payızında ümumilikdə 244 min 790 manat dəyərləndirilən çoxsaylı qızıl-zinət əşyaları oğurlanıb. Həmin əşyaların siyahısı:

-“PASQUALE BRUNİ” firmasına məxsus 33 min 410 manat dəyərində “Giardini Secretis” qızıl üzüyü;

- eyni firmaya məxsus və həmin dövrün məzənnəsi ilə 47 min 626 manat dəyərləndirilən (25 min 190 avro) “Giardini Secreti” qızıl sırğa;

- “ROBERTO COİN” firmasına məxsus 3 min 930 manatlıq bilərzik, həmin firmadan 10 min 890 manatlıq sırğa;

- “MESSİKA” firmasına məxsus, hər biri 10 min 620 manat dəyərləndirilən iki boyunbağı, bu firmadan 4 min 350 manatlıq “Lucky Eye” bilərziyi və 5 min manatlıq daha bir bilərzik;

-7 min 325 manatlıq “Move Noa” üzüyü, 1700 manatlıq tək almaz qaşlı üzük;

-“Cartier” firmasına məxsus, dəyəri 1250, 1940, 4100 dollar olan müxtəlif üzüklər, bu firmanın 7 min 395 manat (4350 dollar) dəyərində sırğası, eyni firmanın 13 min 600 manatlıq (8000 dollar) qolbağı;

-“Van Cleef” firmasına məxsus, 15 min 700 manatlıq (7000 funt) bilərzik, eyni firmaya aid 20 min manatdan çox dəyərində (9000 funt) boyunbağı və 24 min 700 manatlıq (11 min funt) sırğa.

Məmurun evində xadimə işləmiş 48 yaşlı Ruhiyyə Məmmədova bildirib ki, qızı xərçəng xəstəsidir, onun müalicəsi üçün bu addımı atıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrum edilib.

Əmir Şirinbəyli ona alternativ cəza verilməsi barədə ərizəni apellyasiya məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi onu həbsdən buraxmaqdan imtina edib. Lakin cəzasını 6 ay azaldaraq, 5 ilə endirib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri