Icma.az
close
up
RU
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi FOTO

Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi FOTO

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluqda ittiham olunan 1977-ci il təvəllüdlü xidmətçi Ruhiyyə Məmmədovanın məhkəməsi başa çatıb.

Gununsesi.info xəbər verir ki, Bakı şəhər sakini Ruhiyyə 2024-cü il sentyabrın 19-dan həmin ilin oktyabr ayının 17-nə kimi olan müddət ərzində xadimə işlədiyi evdən oğurluq edib. O, ümumi hesabalamaya görə 244 min 790 manat 93 qəpik məbləğində qızıl-zinət əşyalarını ələ keçirib.

İstintaq orqanı tərəfindən Ruhiyyənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruhiyyə ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, iş axtararkən zərərçəkmişin evində dayə işləyən Vüsalə ona təmizlikçi işi təklif edib: “Mən də razılaşdım, sentyabr ayından zərərçəkmişin evində işləməyə başladım.

Evi təmizləməyə gedəndə zinət əşyalarının olduğu qab yerə düşdü. İçindəki bütün qızıllar ətrafa səpələndi. İttiham aktında qeyd olunan bütün qızıl-zinət əşyalarını götürdüyümü etiraf edirəm. Bəzi qızıllar tozsoranın içərisinə girdi və orada qırıldı. Onları götürüb cibimə qoydum. Sonra da “28 May” metrostansiyası yaxınlığında bir mağazada İbrahim adlı şəxsə satdım.

Satdığım bütün qızıl əşyalara görə İbrahim mənə təxminən 3000-3500 manat pul verdi. Mən bu əməli övladım ağır xəstə olduğu üçün törətmişəm, çox peşmanam”.

Ruhiyyə qeyd edib ki, qızılları oğurlayan zaman evdə yaşayanların bundan xəbəri olmayıb, Vüsalə də bilməyib: “Qızılların qırıqlarını da satmışam. Evdən götürdüyüm qızılların hamısını zərgər İbrahim geri qaytardı. İbrahim qızılları müstəntiq Zaur müəllimə gətirərək vermişəm. Sonradan hamısı ekspertizaya göndərildi. Qızılların hamısı geri qaytarıldıqdan sonra 26000 manat məbləğində ödənilməmiş ziyan qaldı. Həmin məbləğ tozsoranın arasında qırılan qızıllar, həmçinin İbrahimin yoxlamaq məqsədilə qırdığı sırğa hesabına yarandı. Sonradan zərərçəkmiş şəxs ilə aramızda barışıq yaratmaq istəyən Şahin müəllim bizi danışığa dəvət etdi. Danışıq zamanı mənim ilkin olaraq 10000 manat ödəməyim barədə razılığa gəldik. 6000 manat bankdan kredit çəkdim, 4000 manat da faizə pul götürdüm, 10000 manatı tam hazır edərək zərərçəkmiş şəxsə ödədim. Pulu ödədiyimə dair qəbz də aldım. Hazırda mənim 16000 manat borcum qalıb Həmin 16000 manatı da aybaay hissə-hissə ödəməyim barədə razılaşmışıq”.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunub: “Böyük qızım xərçəng xəstəsidir. Əməlimin oğurluq olduğunu bilsəm də, övladım üçün etməyə məcbur oldum. Götürdüyüm qızılların elə yüksək məbləğli olduğunu bilməmişəm. Qızılları İbrahimə satanda öz qızıllarım olduğunu demişəm. Saleh boyunbağı üçün mənə 900 manat pul verdi. Saleh həmin qızılı müstəntiqə təhvil verdi. Bütün qızılları İbrahimə satmışam. Sadəcə boyunbağını Salehə satmışam. Saleh bəy İbrahim bəyin mağazasının yaxınlığında işləyib”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhiyyə Məmmədova 5 il 5 ay 27 gün müddət azadlıqdan məhrum edilib. Onun cəzasını ümuni rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya şikayəti verilib. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.

Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2025-ci il tarixli hökmü dəyişdirilib. Ruhiyyə Məmmədovanın cəzası 4 il 11 ay 27 günə endirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 May 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see233

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see190

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see182

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see145

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri