Icma.az
close
up
RU
“Mən də sənin haqqında olanları açıb tökəcəm” Müğənni aparıcıya cavab verdi

“Mən də sənin haqqında olanları açıb tökəcəm” Müğənni aparıcıya cavab verdi

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Aparıcı Səidə Bəkirqızının müğənni Rəqsanə İsmayılovanın son günlər sosial şəbəkələrdə yayılan fotosessiyası ilə bağlı səsləndirdiyi fikirlərə müğənninin cavabı gecikmədi.

Bakupost.az xəbər verir ki, Rəqsanə İsmayılova sosial şəbəkə hesabında paylaşım edərək aparıcının ünvanına sərt və tənqidi fikirlər səsləndirib.

Müğənni bildirib ki, əgər qarşı tərəf peşəkar olsaydı, vaxtilə çalışdığı televiziya kanalından uzaqlaşdırılmazdı:

“Hərəsi bir dənə yutub, instaqram səhifəsi açıb, adlarını jurnalist qoyublar. Sən kimsən bizim haqqımızda danışasan? Bəsdir də. Ayıbdır. Nə edək, indi dava edək səninlə? Qadınsan, get yetimlərini saxla. Sən yaxşı peşəkar olsaydın, səni kanalda saxlayardılar, kəllənə bir yumruq vurub səni ordan bayıra atmazdılar.

İndi biz də ağzımızı açaq? Birini sən deyəcəksən, on beşini mən deyəcəm. Səhifə açmısan, ordan yetimlərinə zəhər qazanırsan, get qazan da... bizim adımızı çəkmə. Bəsdir də, ay abırsız, həyasız.

İş orasındadır ki, qadın qadın haqqında danışır, qadın qadına düşmənlik edir. Sən qadınsan, bir əlini vicdanının üstünə qoy, de, kiminsə balaları haqda danışıram, onun da balaları var, qulaq asırlar. Mən necə insanam, nə cürəm özüm yaxşı bilirəm. Sənin məni təqdim etməyinə ehtiyacım yoxdur”.

Müğənni əlavə edib ki, aparıcının da keçmişində səhvlər olub və bunu hamı bilir:

“Amma sən bu gün başa düş ki, sənin də həyatında səhvlərin olub. Səni istəməyən o qədər jurnalist dostların var ki... Hamı sənin keçmişini bilir də. Mən bilmirəm ki… öyrənərəm, hamısını açaram ortaya, amma istəmirəm. Deyirəm, nəyimə lazımdır, şəxsi həyatıdır, qarışmıram. Hələ başıma o iş gələndə çıxıb ağzından böyük danışmısan. Nə etmişəm sənə, güllə atmışam?”.

Rəqsanə İsmayılova fotosessiyası ilə bağlı həyat yoldaşının münasibətindən də danışıb:

“Sən mənim ərimin kişiliyindən danışırsan? Əvvəla, Fazil bəy bilir ki, onun həyat yoldaşı müğənnidir. Bütün dünyada fotosessiya edəndə yaxşıdır, bəzi müğənnilər edəndə xoşunuza gəlir, mən edəndə daşım niyə bu qədər ağır olur, düşür hamınızın təpəsinə? Elə altından qalxa bilməyəsiz.

Belə də yaxşı edirəm. Ərim icazə verir, əlimin içindən gəlir. Sənin də ətrafın var, qonum-qonşun var, hansısa mühitlərdə işləmisən. Mən də onları açıb ortaya qoyacam”.

Xatırladaq ki, bir neçə gün öncə aparıcı Səidə Bəkirqızı müğənninin fotosessiyasını tənqid etmişdi.

“Soyunmaq nə vaxtdan iddia olub? Sizi aldadıblar, fotosessiyanız heç də yaxşı görünmür”.

Lalə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Yanvar 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri