Icma.az
close
up
RU
Mən dovğa içəndə sən peraşki yeyirdin…

Mən dovğa içəndə sən peraşki yeyirdin…

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yediyi qaba tüpürən nankor ermənilərə layiq olduqları yeri göstərdiyin üçün sənə təşəkkür düşür. Hələ də müharibə ritorikası ilə yaşayan vələdüzzinalara yaxşı cavab verirsən – xəbərim var. Deyəsən, bu yaxınlarda belə demişdin: “Müharibə başa çatandan sonra bir il Cəbrayılda leş topladıq. Azərbaycanlılarla müharibə etmək bizim haramıza yaraşır?!”

Düz demisən…

Yəqin eşitmiş olarsan, bu yaxınlarda Cəbrayıla getmişdim. Bilməmiş olmazsan, Cəbrayıla yol çəkmişik. Sarkisyanın başına and olsun, şüşə kimidir. İrəvanın mərkəzində belə hamar yol yoxdur. Sən çəkə bilmədin, biz özümüz çəkdik. Yeri gəlmişkən, biz tərəflərdə sözünün üstündə durmayan kişiyə yaxşı baxmırlar. Amma buna görə narahat olma. Onsuz da biz 200 ildir ermənilərdən kişilik gözləmirik…

Cəbrayılın ucsuz-bucaqsız çöllərində al-əlvan çiçəklər acıb. Rəngini şəhid qanından alan nazlı lalələr əsrarəngiz gözəlliyi ilə adamın gözünü qamaşdırır. Bəsti müəllimənin 40 il əvvəl öz əlləri ilə əkdiyi, ötən həftə öz əlləri ilə dərib bizə hədiyyə etdiyi yasəmənin qoxusu hələ də burnumuzdan getməyib. Cəbrayılda arzularımız ciçək açıb…

Allah cəbrayıllılardan öz səxavətini əsirgəməyib. Bu il Soltanlının çöllərinə şomu dolu kimi yağıb. Dizimizi yerə qoyub yığa bildiyimiz qədər yığdıq. Annanın nə vaxtsa sənə Cəbrayıl şomusundan dovğa bişirdiyinə inanmıram. Amma bizim evdə bişirdilər. Sən ucuz marqarin yağında qızaran peraşki yeyəndə, mən dovğa içirdim…

Nikol, bir vaxtlar xaraba qoyduğunuz kəndimiz indi yenidən inşa olunur. Soltanlıda bir-birindən gözəl evlər tikilir. Tezliklə doğma yurdumuza köçüb ata evimizin çırağını yandıracağıq. Soltanlının gur işıqları kor gözlərinizi qamaşdıracaq…

Bilirəm, başın seçkilərə qarışıb. İnanıram ki, ona-buna tulalıq edən o dılğır rəqiblərinin kürəyini yerə vuracaqsan. Tez-tez “Artsax” deyən o sarsaqların dərsini özün ver. Bizim daha vacib işlərimiz var; qurub-yaradırıq. İtə-qurda ayırmağa vaxtımız yoxdur…

Seymur Verdizadə

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Aprel 2026 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri