Icma.az
close
up
RU
Mən pul istəyim, sən avtomobildən danış FOTO

Mən pul istəyim, sən avtomobildən danış FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Belə bir sual ortaya çıxır: A ölkəsinin vətəndaşının sürdüyü avtomobilin B ölkəsinin siyasətçisinənə aidiyyatı var? Dövlət hansısa məqsədlə avtomobil aldıqda sisyasi seçim edə bilər. Vətəndaşı isə sırf texniki məsələlər maraqlandırır. 

Son illərin təhlili göstərir ki, avtomobil də siyasət predmeti ola bilər. bunu Ukrayna timsalında aydın görmək mümkündür. Volodimir Zelenski Qərbdən yardım istədikdə cəmi 1 gün sonra saytlarda ukraynalılara məxsus lüks avtomobillərin fotoları peyda olur. Elə bu həftəki xəbərlərə nəzər salsaq azı 10 belə xəbərə rast gəlrik. Məsələn, “tüninq olunmuş “Toyota” Kiyevdə göründü”, “Ukraynada yarım milyonluq “Ferrari” görüntüləndi”, “Monakoda (Parisdə, Berlində) Ukrayna nömrəli maşın”, “Ukraynaya 800 min dollarlıq avtomobil gətirildi” və s. tipli xəbərlər hər ay tirajlanır.

Ilk baxışdan bunlar adi, şou tipli xəbərlərdir. Ciddi avtomobil saytları bunlara yer ayırmaya da bilər. lakin işə siyasət qarışanda hər şey dəyişir. Artıq Baydenin postu ilə vidalaşmasına təxminən 40 gün qalıb. Onun da 10 gündən çoxu qeyri-iş günlərinə təsadüf edir. Rəsmi Kiyev isə bu perioddan maksimum istifadə etməyə çalışır. Çünki Tramp gəldikdən sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. 

Lüks avtomobillərlə bağlı xəbərlər eyni zamanda ucuz maşınlara dair məlumatlarla müşayiət olunur. 
Ukrayna mətbuatının son 1 illik dövrünü təhlil etsək belə təsəvvür yaranır ki, “Bentley”, “Rolls-Royce”, “Ferrari” kimi dəyəri yüz minlərlə ölçülən avtomobillərin satışı çox ciddi şəkildə artıb. Dəyəri 100 min dolları ötən bəzi modellərin satışı ilə ərzində ikiqat çoxalıb. Qiymət 10 min dollardan aşağı olan maşınların satışı isə tam əksinə, aybaay azalır.

Sizcə, müharibə gedən ölkədə bunun əksi olmalı deyilmi?

Vüqar Yaşaroğlu 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri