Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

“Mən hələ mübarizəmi bitirməmişəm“ Kamala Harris

“Mən hələ mübarizəmi bitirməmişəm“ Kamala Harris

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bütün karyeram xalqa xidmət üzərində qurulub və bu, mənim qanımdadır..."

ABŞ-ın keçmiş vitse-prezidenti yenidən prezidentliyə namizəd ola biləcəyini istisna etməyib

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris hesab edir ki, bir gün ölkəyə qadın prezident rəhbərlik edəcək və bu məsələdə onun heç bir şübhəsi yoxdur.

Moderator.az xəbər verir ki, bu barədə o, BBC-nin "Bazar günü Laura Kyunsberqlə" proqramına verdiyi müsahibədə bəyan edib.

Gələcəyə baxış və qadın lider inamı

Harris bu fikrini açıq şəkildə ifadə edib. O, qohumlarının - nəvələrinin və bacısı qızlarının qadın prezidentin ölkəyə rəhbərlik etdiyi günləri görəcəyinə inandığını söyləyib. Harrisdən "bəlkə o qadın siz olasınızmı?" sualına cavab sadə, amma çox mənalı olub: "Ola bilər". Beləliklə, o, prezidentlik uğrunda yenidən mübarizə aparmaq ehtimalını ilk dəfə açıq şəkildə təsdiqləyib. "Mən hələ mübarizəmi bitirməmişəm", - o, əlavə edib. "Bütün karyeram xalqa xidmət üzərində qurulub və bu, mənim qanımdadır".

Tramp haqda sərt sözlər və demokratiya ilə bağlı xəbərdarlıq

Kamala Harris müsahibəsində Donald Trampı bir daha "tiran" adlandırıb və deyib ki, onun illər öncə etdiyi xəbərdarlıqlar tamamilə doğru çıxıb. "O, ədliyyə nazirliyini siyasi silaha çevirmək istədiyini açıq deyirdi və o, bunu etdi",  - Harris vurğulayıb.

O, həmçinin Tramp administrasiyasının tənqidə dözümsüzlüyünü misal kimi göstərib. Harris komediya aparıcısı Cimmi Kimmelin müvəqqəti efirdən uzaqlaşdırılmasını xatırladaraq bildirib ki, prezidentin təyin etdiyi tənzimləyici orqanlar satiriklərə qarşı təzyiq vasitəsinə çevrilib. "O qədər incə dərilidir ki, zarafata belə dözə bilmir, amma bütöv media şirkətlərini susdurmağa çalışır", - o, qeyd edib.

Harris eyni zamanda bəzi Amerika biznes liderlərini və institutlarını da tənqid edərək, onların "hakimiyyətə yaxın olmaq və ya yoxlamalardan yayınmaq üçün" Tramp qarşısında tez təslim olduqlarını iddia edib.

Ağ Ev isə bu çıxışa sərt reaksiya verib. Prezidentin mətbuat katibi Ebigeyl Cekson bildirib: "Kamala Harris seçkilərdə sarsıdıcı məğlubiyyətə uğrayanda amerikalıların onun absurd yalanlarına inanmadığını anlamalı idi. Görünür, indi də həmin acıdan qurtula bilmir və xarici mediada qəzəbini boşaldır".

Uğursuz kampaniya, yeni kitab və mümkün qayıdış

Kamala Harris yaxınlarda "107 gün" adlı kitabını nəşr etdirib. O, bu kitabda prezident seçkilərində iştirak etdiyi qısa, amma gərgin dövrdən - cəmi 107 gündən danışır, çünki Co Bayden səhhəti ilə bağlı mübahisələr fonunda yarışdan çıxdıqdan sonra Harris kampaniyaya məhz bu müddət ərzində başlaya bilib.

Müsahibə zamanı jurnalist Laura Kyunsberq ondan soruşub: "Sizcə, Bayden daha tez istefa verməli idimi?" Harris bu suala birbaşa cavab verməkdən yayınsa da, onun səsinin tonundan sualın onu hələ də düşündürdüyü hiss olunurdu. Çünki bir çox demokratlar hələ də düşünür ki, əgər Bayden vaxtında geri çəkilsəydi, Harris Trampı məğlub edə bilərdi.

Lakin Harris kampaniyanın uğursuzluğunu əsasən gec başlanması ilə izah edir. "Vaxt az idi. Mən seçicilərlə əlaqə qurmağa, ev və uşaqlara baxım kimi əsas problemlərlə bağlı fikirlərimi çatdırmağa imkan tapmadım", - o, bildirib.

Yeni dövrün başlanğıcı?

Kamala Harris indi prezidentliyə namizədliyini rəsmən elan etməyib, lakin onun davranışları və ritorikası artıq yeni başlanğıcdan xəbər verir. Hazırda o, yeni kitabının təqdimatı üçün Avropanı gəzsə də, müşahidəçilərin fikrincə, bu tur faktiki olaraq siyasi səhnəyə qayıdışın başlanğıcı ola bilər.

O, müsahibədə bir qədər daha açıq, daha səmimi və qərarlı görünürdü. Qızıl tonlu London otelinin salonlarında çəkilmiş bu söhbət, sanki Oval kabinetin təmtərağını xatırladırdı. "Mən hələ mübarizəmi bitirməmişəm", - deyə təkrar edən Kamala Harris gələcəkdə yenidən ABŞ-ın ən yüksək kürsüsü uğrunda mübarizəyə atılmağa hazır görünür.

Hələlik isə onun qarşısında bir sual açıq qalır: demokratlar sağ populizmə qarşı hansı yolla dayanacaq və Harris bu mübarizədə yenidən liderliyə iddialı ola biləcəkmi?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri