Icma.az
close
up
RU
Mən müəllim deyiləm, Mahirəm!

Mən müəllim deyiləm, Mahirəm!

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təvazökar insanlar haqda yazmaq çox çətindir.

Səbəbini deyim: indi mən yazsam ki, Mahir Qabiloğlu görkəmli jurnalistdir, narazı qalacaq.

Əşşi, bununla canımı qurtarsam nə var ki?!

Əvvəl özümə zəng edəcək: "O nədir, yenə ağlına gələni yazmısan?! Görkəmli özünsən".

Əminəm ki, Mahirin bu yazını oxuyan dostları indi bığaltı qımışırlar: “Əl çəkməz”.  

Mən də elə düşünürəm. Bilirəm ki, mənimlə sağollaşmadan telefonu sondurəcək. Sonra ilk işi ortaq dostumuz, tanınmış redaktor Əfqan Qafarlıya zəng etmək olacaq: "Seymurun yazısını Modern.az-dan çıxar".

O da qalacaq iki dostun arasında…

Mahir Qabiloğlunun dediyinə görə, dekabrın 4-də onun 59 yaşı tamam olur. Mən onun hər dediyinə inanıram. Çünki heç vaxt yalan danışdığını görməmişəm.

Yaşı ilə bağlı niyə tərəddüd etdiyimi də yazım: Ən azı 15 ildir yaxşı münasibətimiz var. Belə çıxır ki, biz tanış olanda Mahir Qabiloğlunun 44 yaşı olub. Amma mən onu həmişə ağsaqqal mövqeyində görmüşəm…

Bizi söz birləşdirir. Şübhəsiz ki, Mahir Qabiloğlu istedadlı jurnalistdir. Amma onun jurnalistikanın dar qəlibinə sığdırmaq mümkün deyil. O, əla publisist, zəhmətkeş yazıçıdır. Bir neçə kitabı çıxıb. “İtbaşı” romanı üç hissədən ibarətdir. 2014-cü ildə yazdığı “Cəncəhim”i oxumasam da, oxuyanlar çox bəyənir.

Böyük Qabilin bulağından su içən adam başqa necə olmalıdır?!

Mən Modern.az saytında Mahirin 100-ə yaxın məqaləsini oxumuşam. O yazıların ən azı 50-nə məmuniyyətlə imzamı qoyardım. 50-si isə tərif olduğu üçün müəlliflik hüququna şərik çıxmaq istəmirəm. Məsələn, Mahir Hacıbala Abutalıbovu o qədər ustalıqla tərifləyir ki, az qalsın vaxtilə Bakının keçmiş meri əleyhinə yazdığım tənqidi məqalələrə görə peşman olum…

Bizim Mahir həm də çox etibarlı adamdır. Nə vaxt görüşsək mərhum dostu, görkəmli dilçi-alim Buludxan Xəlilovu xatırlayır. Rəhmətlik Buludxan müəllimi xatırlayanda Mahirin çöhrəsinə sevincqarışıq kədər çökür.

Dost Mahir üçün həm varlığında, həm də yoxluğunda dəyərlidir…

Mahir Qabiloğlu bir neçə il AzTV-də işləyib. Ölkədə nə qədər vəzifədə olan, vəzifə üzünə həsrət qalan adam varsa, hamısını yaxşı tanıyır. Zarafat deyil, AzTV məktəbi keçib…

Mahir çox səxavətli adamdır. Yazı-pozudan nə qazandığını bilmirəm. Bildiyim odur ki, heç kim onun yanında əlini cibinə sala bilmir. Hərdən mənə elə gəlir ki, əsgər yoldaşım Səməd bu sözləri Mahir haqda deyib: “Xərcləmək üçün pullu yox, ürəkli olmaq lazımdır”.

Onun geniş ürəyi var.

Bizim Mahir həm də zəhmətkeş ata, qayğıkeş babadır. Övladları, nəvələri ilə nəfəs alır. Nəfəsi geniş olsun!

Mahir Qabiloğlu haqda uzun yazmaq olar. Amma o, uzunçuluğu xoşlamır. Hətta sağlığı da uzadanda əsəbləşir: Yeməyi soyutma!”

Düşünürəm ki, dost haqda üyüdüb-tökmək deyil, ürəkdən yazmaq lazımdır. Bizim yanımızda onun yeri həmişə başdadır.

Az qalmışdı yadımdan çıxsın. Mən ona həmişə Mahir müəllim deyirəm. Rəsmi müraciəti xoşlamadığı üçün sözü ağzımda qoyur: “Mən müəllim deyiləm, Mahirəm!”

Bəli, o Mahirdir!

Mahir adamdır…
 

Seymur Verdizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri