Icma.az
close
up
RU
Mən nənəmi çox sevirəm Ulucay Akif

Mən nənəmi çox sevirəm Ulucay Akif

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Ulucay Akifin "Mən nənəmi çox sevirəm" yazısını təqdim edir.

Mən nənəmi çox istəyirəm. Nənəm mənim uşaqlığımın ən isti yeridi.

Yadıma düşür, qardaşımla mənim əlimdən tutub bərbərə aparırdı. Ağlamayaq deyə "marojna" da alırdı. Boyumuz uzananda kostyum mağazasına aparıb təzə kostyum seçirdi bizim üçün.

Şahmat oynayırdıq. Həmişə udurdum nənəmi. O deyəndən sonra anam məni şahmat məktəbinə yazdırdı. Bir ay sonra Bakı üzrə şahmat yarışında qalib oldum.

Atasızlığı hiss etməməyimiz üçün çox çalışdı nənəm. Evimizə bazarlıq elədi, cibimizə xərclik qoydu.

Mənim gözəl nənəm, mənim canım nənəm.

Bir dəfə evimizin damından yıxılmışdım. Qarnım kubikə dəymişdi. Anamla nənəm xəstəxanaya apardı məni. Uziyə saldılar. Həkim dedi ki, mədəmdə qan topalanıb... nəsə elə bir şey... əməliyyat olunmalıydım. Çox ciddi idi vəziyyət.

Sınıqçıya da apardılar məni. Səhərisi gün başqa həkimə getdik, yenə uziyə saldılar. Həkim dedi ki, heç nəyim yoxdu, qan-filan toplanmayıb heç yerində, sapsağlamsan.

Nənəm sevincindən hönkürtüylə ağladı. Əyilib həkimin ayaqlarından öpmək istədi. Həkim güclə ayağa qaldırdı nənəmi.

Mənim gözəl nənəm, mənim canım nənəm.

Bir bilsən, səni nə qədər çox istəyirəm.

Nərd oynamağı nənəm öyrədib mənə. Amma heç vaxt nənəmdən güclü oynaya bilmədim nərdi. Son illərdə gözləri zəiflədi, başladım onu udmağa.

Bizim savadlı olmağımızla forslanırdı. Hər ad günümüzdə bizə üstünə adımız yazılı qələm, fincan, belə şeylər alırdı.

İndi də mənim adımı fəxrlə çəkir hər yerdə. Elə bilir ki, böyük adamam. Telefonunda yutuba girib mənim videolarımı axtarır, baxır, internetdən yazılarımı tapıb oxuyur.

Mənim gözəl nənəm, mənim canım nənəm.

Mən nənəmi çox sevirəm.

Bir-iki il qabaq şəkər xəstəliyinə görə bir gözü tutuldu. Pis oldum. Özünə hiss elətdirmədim. Dedim, ay nənə, guya dünyada iki gözlə görməli nə var e, elə bir gözlə də baxmaq bəsdi. Güldü.

Müdrik qadındı nənəm. Bir gözünün tutulmağını rahat qəbullandı.
Yenə nərd oynadıq. Nərdtaxtanın üstündəki zərin ikinci tayını gec tapmağa başladı, əliylə axtarmağı vərdiş elədi.

Əvvəl, lap əvvəl, uşaq olanda, nənəmə yük olmurdum. Məni vannaya salıb çimizdirirdi. Yeməkləri də özü bişirirdi. Oyananda səhər yeməyimi hazır görürdüm.

Birinci gözü tutulandan sonra nənəmə çətin oldu yemək bişirmək, evi yığışdırmaq… Ona əziyyət olmamaq üçün az gedib-gəlməyə başladım.

Nənəmin ikinci gözü də tutuldu...

Dünən yanında idim.

Səsimi eşitdi, amma üzümə baxmadı. Gördüm ki, heç yerə baxmır.

Mənim gözəl nənəm, mənim canım nənəm.

Bir bilsən, səni nə qədər çox istəyirəm.

Dedi, gəlmə yanıma, qoy yadında həmişəki nənən kimi qalım. Özümü saxladım. Ağlamadım. Elə bildim, mənim gözlərim kor olub.

Mənim canım nənəm, mənim gözüm nənəm.

İpək saçlarını sığalladım, öpdüm.

Ağladı.

Toppuş, yumşaq əllərini öpdüm.

Ağladı.

Nənəm ağlayanda uşaq kimi ağlayır.

Nənəm ağlayanda elə bilirəm, dünyadakı ən çarəsiz adam mənəm.

Bilmədim, nə deyim nənəmə.

Dişimi dişimə sıxdım, ağlamadım.

Mən indi işdə, kompüterimin arxasında oturmuşam, nənəm isə evindədi və heç nə görmür. İstəyirəm, qaçım yanına, dizinin dibində oturum, heç yerə getməyim.

Mənim gözəl nənəm, mənim canım nənəm.

Bir bilsən, səni nə qədər çox istəyirəm.

Nənəm mənim toyumu görmək istəyib həmişə.

Mən nənəmə necə bəyəndirəcəm gəlinini?

Mənim gözəl nənəm, mənim canım nənəm.

Dünən sənin yanında ağlamağa gözüm olmadı, evdə bütün gecəni hıçqıra-hıçqıra ağladım...

Adlar və ayamalar - Aliq Nağıoğlunun hekayəsi "Səriyyə" filmi təqdim edildi Qulu Məhərrəmli: "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see370

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see307

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see303

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see274

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see268

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see234

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see213

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see178

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see176

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see172

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see162

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see159

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see159

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see154

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri