Icma.az
close
up
RU
Mən onun köləsi deyiləm, şükür Allaha, 19 a yaxın...

Mən onun köləsi deyiləm, şükür Allaha, 19 a yaxın...

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Əvvəl məqsədim rol almaq, daxilimdəkini göstərmək idi ki, sən buna qadirsən. Yoxsa mən niyə gedim filmə çəkilim? Pul verirlər? Vermirlər. Xarici ölkələrdə milyonlar verirlər. 36 milyon, yox, 38 milyon olmalıdır. 2 milyonun davasını edirlər. Biz burada qəpik-quruş alırıq. Amma bizim aktyor tayfası nə qədər bu sənəti sevir ki, pulsuz-parasız özlərini şəhid edirlər".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva "Podkast kimi adam" yutub layihəsində deyib. Aktrisa həmkarlarının aldığı qonorarlardan şikayətlənib:

"Bunu teatrlarda gördüm. Baxıram ki, gündə çıxıb rol oynayır, özünü öldürür. Düşünürəm ki, onda can qalmaz, buradan xərəkdə apararlar. Amma yenə səhnəyə çıxır. Çünki sənətini sevir. Adam var, tanıyıram, özünə də demişəm ki, səhnədən niyə minnət qoyursan mənə. 600 nəfərlik zalda bir nəfər olur ki, başa düşür. Siz, səhnədəki 40 nəfər aktyor pul verib gələn o şəxs üçün oynamalısınız.

Bu dəqiqə sənət biznesə dönüb. Son dövrlər bəzi şeylər xoşuma gəlir. Əvvəl pis idi, getdikcə yaxşılığa doğru gedir. Amma görək hamı eyni yaşanır? Eləsi var biznes kimi baxır. Gözündə ancaq puldur. Buna mənəvi ixtiyarın yoxdur. Ora təbliğat maşınıdır. Əvvəl biz oradan nəsə öyrənmişik, indi gənclər nəsə götürməlidir. Problemlər çoxdur, düzələcək yavaş-yavaş". 

G.Baxşıyeva hansı səbəblərdən filmlərə çəkilmədiyinə aydınlıq gətirib:

"Bəzi "rejissorlar" olub ki, çəkilişin ikinci günü hər şeyi qoyub çıxıb getmişəm. Başa düşmüşəm ki, onlarla çəkilmək mümkün deyil. Çünki onlar bilmirlər nə çəkirlər. Bilirlər, sadəcə mənə uyğun deyil. Bəzi rejissorların gözündə aktyor ən aşağı pillədə duran məxluqdur. Elə deyil. Sənin filmini ərsəyə gətirən aktyordur. Ona yanaşman fərqli olmalıdır. Gənclərdə yanaşma fərqlidir. Komandadır gəlib, oturdular divanda, monitorda işləyirlər. Aktyor gəlib-gəlməyib maraqlanmırlar. Aktyor bütün günü çəkiliş meydançasında olmalı deyil, epizoduna çəkilib getməlidir. Ona görə də son vaxtlar çəkilişlərə getmirəm. İncəsənət Universitetinin uşaqlarından təklif alanda çəkilirəm. Başqa kimi çəkməlidirlər ki?

Bir dəfə biri zəng edib, sponsordur. Başladı filmin ssenarisini mənə danışmağa. Demək lazımdır ki, sizi filmə çəkmək istəyirik, ssenarini göndərək, bəyənsəz razılıq verin. 1 saat danışır telefonda. Deyir, bilirsiniz kimlər çəkilir, filankəslər. Cavab verdim ki, mən nə edim? Ürəyimdə artıq ona "yox" demişəm. Çünki davaranışı xoşuma gəlməyib. Dedim nəyi danışmaq lazımdır, ssenarini oxumalıyam, bir də pulunu de mənə. Dedi yaxşı, danışarıq. O, danışarıq indiyə qədər danışırıq. Üzr istəyirəm, sən ağıllısan, pul qazanmaq istəyirsən? Bu aktyor-aktrisa küt adamlardır? Abırına sığınıb deyəcək "yaxşı". Amma sən o filmin hesabına 250 minlik maşın alacaqsan. Ona görə də filmlərə çəkilmirəm. Normal düşüncəyə malik olan insanlarla çəkilirəm. Mən onun köləsi deyiləm. Bu mənim sənətimdir, amma o demək deyil ki, onu ucuz tuturam. Şükür Allaha, 19-a yaxın filmim var".   (Axşam.az)
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Aprel 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri