Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Bakıda ölmək “bahalaşır”

Bakıda ölmək “bahalaşır”

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtda qəbir yerlərinin qiyməti getdikcə bahalaşır; deputat və ilahiyyatçı torpaq satışına görə tədbirlər görməyə çağırdı

Bakıda qəbir yerlərinin qiyməti ilbəil bahalaşır. Bu da vətəndaşlarda narazılıq doğurur. Çünki hər kəsin “son mənzil” almaq üçün yüksək imkanı olmur. Nazirlər Kabinetinin müvafiq qərarına görə, ölkədə qəbir yerləri pulsuzdur. Amma hazırda əlçatmaz qiymətlər müəyyənləşdirilib.

"Trend" mövzu ilə bağlı deputat Ceyhun Məmmədovla həmsöhbət olub. Onun sözlərinə görə, qəbir yerlərinin tapılması və alınması getdikcə çətinləşir: “Qəbiristanlıqlarda yer tapılması getdikcə çətin prosesə çevrilir. Burada qiymətlər müxtəlifdir, yerdən asılı olaraq qəbir yerlərinin qiymətləri dəyişir. Hansı ərazilərdə artıq yerlər yoxdursa, biz oralarda qiymətlərin artdığını görürük. Bu tendensiya sürətli formada gedir. Bu hal insanlarımızı da müəyyən mənada narahat edir”.

Deputatın sözlərinə görə, dövlət tərəfindən müəyyən addımlar atılır: “Son illər bəzi yeni qəbiristanlıqların yaradılması onu göstərir ki, dövlət bu məsələyə diqqətlə yanaşır. Biz prosesin necə tənzimlənməsi və qiymətlərin artmaması üçün nə edilə biləcəyi barədə ciddi düşünməliyik”.

İlahiyyatçı, jurnalist Rəsul Mirhəşimli mövzunu “Yeni Müsavat”a belə şərh etdi:  “Bakıda qəbir yerləri ilə bağlı problemlərin yaşanmasının subyektiv və obyektiv səbəbləri var. Paytaxtda əhali sayının artması ilə şəhərdə yaranan tıxaclar, ekoloji durumun korlanması və s. bu kimi səbəblərlə yanaşı, vətəndaşların dünyasını dəyişmiş yaxınlarının dəfni zamanı da çətinliklərlə üzləşməsi bu problemlər arasında yer alır. Nazirlər Kabinetinin qəbir yerlərinin pulsuz olması ilə bağlı müvafiq qərarının olması da bu sahədə neqativləri aradan qaldıra bilmir. Mövcud praktika bu tələbin tez-tez pozulduğunu və qəbir yerlərinin qeyri-rəsmi yollarla satıldığını göstərir. Məzar yerlərinin əlçatmaz qiymətə çevrilməsi cəmiyyətin bütün təbəqələrinə aid olan ləyaqətli dəfn olunma haqqını kommersiyaya çevirmək deməkdir. Bu vəziyyəti dəyişmək üçün konkret addımlar atılmalıdır. Bunlardan birincisi, qəbir yerlərinin ayrılması zamanı şəffaf prosedurlar tətbiq olunması, hər bir mərhum üçün ayrılan yerin elektron sistemdə qeydiyyata düşməsi ola bilər. Bu sistem vasitəsilə vətəndaşlar öz müraciətlərini rahatlıqla edə, sistem isə sui-istifadə hallarının qarşısını ala bilər. Qanuni pulsuz olması nəzərdə tutulan qəbir yerlərinin satışına cəhd edən şəxslərə qarşı hüquqi tədbirlər görülməlidir. Bakıda və paytaxtın ətrafında əhali artımı nəzərə alınaraq əlavə qəbiristanlıqların açılması da məzar yerləri ilə bağlı problemin həllinə yardımçı olar”.

O ki qaldı məsələyə dini cəhətdən yanaşmaya, R. Mirhəşimli qeyd etdi ki, insanın axirət üçün hazırlaşması, o cümlədən qəbir yerini əvvəlcədən müəyyənləşdirməsi İslam dinində qəbahət sayılmır: “Əsas odur ki, bu addım israfçılıq və ya təkəbbür niyyəti ilə yox, səliqəli və dəyərlərə uyğun şəkildə atılsın. Lakin görünən odur ki, əksər hallarda insanlar qəbir yerlərinə münasibətdə israfçılığı nümayiş etdirir. İsraf etmək isə İslam dininə görə bəyənilməyən əməllərdən sayılır. Artıq uzun illərdir ölkəmizdə qəbiristanlıqlar İslam dininin qaydaları və prinsiplərindən çıxarılaraq, bütpərəstlik elementlərini özündə ehtiva edən mənzərənin yaranmasına səbəb olub. İnsanlarımız sanki məzarların dəbdəbəli olması uğrunda bir-biriləri ilə yarışa giriblər. Halbuki bu təmtəraqdan qaçaraq, mərhumun ruhuna dualar qazanmaq üçün imkansızlara əl tutmaq, yoxsulların ehtiyacını ödəmək daha yüksək dəyər qazandırar. Nəticə olaraq, qəbir yerlərinin mövcud qiymət siyasəti həm hüquqi, həm sosial, həm də dini baxımdan narahatlıq doğurur. İctimai ədalətin bərpası və hər kəsin ləyaqətli şəkildə dəfn olunması üçün hökumət və bələdiyyə strukturları təcili və sistemli tədbirlər görməlidirlər”.

Qeyd edək ki, Azərbaycanda ölən şəxsin dəfn edilməsi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsaslanır. Qaydalara əsasən, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 May 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see446

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see286

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see270

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see209

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see207

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see206

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see205

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see194

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see194

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see194

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see193

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see191

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see187

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see187

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see187

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see187

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri