Icma.az
close
up
RU
Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəşəriyyətin minilliklər boyunca axtardığı bir sual var: “İnsan niyə qocalır və ölümlü olur?” Elmin inkişafı ilə bu suala cavablar dəyişmiş, təbiətin qanunları biokimyəvi mexanizmlərlə izah olunmağa çalışılmışdır. Lakin bu izahların heç biri qocalmanın qarşısını ala bilməmiş, insan ömrü yalnız süni müdaxilələrlə azacıq uzadılmışdır. Halbuki, Kainatın özündə hər şey enerjidir. Maddənin, zamanın və həyatın əsasında görünməz bir qüvvə dayanır – Efir.
Bu gün “Efir enerjisi” kimi tanınan, lakin qədim mətnlərdə və ilahi kitabların simvolik ayələrində dəfələrlə işarə olunan bu enerji, təkcə fiziki aləmi deyil, canlı orqanizmin ruh və bədən harmoniyasını da müəyyən edir. Qədim filosofların, elmi mistiklərin və ruhani liderlərin israrla toxunduğu bir həqiqət var: insan yalnız maddə deyil, insan enerjidir – insan işıqdır – insan Tanrının nəfəsidir.
Son illərdə apardığım tədqiqatlar və klinik müşahidələr göstərdi ki, Efir enerjisi ilə düzgün təmasda olan insan orqanizmi özünü bərpa edə bilir – həm də hüceyrə səviyyəsində. Bu enerji yalnız fiziki müalicə ilə kifayətlənmir, eyni zamanda zehni, mənəvi və psixoloji gəncləşmə prosesini də hərəkətə gətirir.
Bu məqalədə sizə Efir enerjisinin mahiyyətini, onun canlı orqanizmə təsirini, hüceyrə səviyyəsində gəncləşmə mexanizmlərini, mənəvi yenilənmə ilə əlaqəsini və praktik tətbiqlərlə əldə olunmuş kliniki nəticələri təqdim edəcəyəm. Məqsədim bir müalicə metodunu deyil, bir həyat fəlsəfəsini – unudulmuş bir Tanrısal proqramı yenidən insanlığa xatırlatmaqdır.
Bəşəriyyət enerjiyə qayıtdıqda, həyat da ona qayıdacaq. Bu qayıdış – Efirə qayıdış – həm bioloji gəncliyin, həm də mənəvi oyanışın açarıdır.
Efir – Tanrının enerjisi
Kainatın yaradılışı ilə bağlı ən qədim fəlsəfi və metafizik mətnlərə baxdıqda, maddənin əsasında bir "görünməyən", lakin hər şeyi birləşdirən enerjidən bəhs olunur. Qədim yunan filosofları bunu “aether”, hind fəlsəfəsi “prana”, Çin təbabəti isə “çi” adlandırmışdır. 
Mendeleyev isə bu anlayışı elmi sistemə daxil etməyə çalışaraq, cədvəlində “sıfır qrupu” və "sıfır xanası"na “efir elementi”ni daxil etmişdi (Alimin ölümündən sonra bu element cədvəldən çıxarıldı). 
Bu enerji gözlə görünməz, cihazla ölçülməz, lakin varlığı ilə hər şeyi daşıyır, nizamlayır, canlandırır. Əgər biz maddəni Tanrının cismə çevrilmiş nuru kimi görürüksə, efir bu nurun özü – “Tanrının nəfəsi”dir. Qurani-Kərimdə bu metafizik gerçəklik belə ifadə olunur: “Allah göylərin və yerin nurudur” (Nur surəsi, 35). Bu ayə təkcə fiziki işığı deyil, yaradılışın enerji təməlini izah edir – məhz efir enerjisini.
Bu enerji maddənin daxilinə nüfuz edər, onun daxili harmoniyasını təmin edər. O, nə zamansa bəşəriyyətə bəxş edilmiş, lakin zaman keçdikcə unutdurulmuş, üstü örtülmüş, elmi dairələrdə "yoxa çıxarılmış" bir enerji növüdür. Ancaq bu yoxluq sadəcə siyasi-ideoloji məqsədlərlə yaradılmış elmi blokadadır. Efir hələ də buradadır və bizi tərk etməyib. O, insanın daxili enerjisində yenidən oyadılmağı gözləyir.
Efirin canlı orqanizmə təsiri
Canlı orqanizmin hər hüceyrəsi, əslində, kiçik bir antenna kimi çalışır. Bu hüceyrələr Efir dalğalarına – daha dəqiq desək, yüksək vibrasiyalı rezonanslara cavab verir. Bədənin enerji tarlası (bioplazmatik sahəsi) Efirin axını ilə tənzimlənir. İnsan sağlam ikən bu axın sərbəstdir, sanki bir çay kimi orqanizmin bütün hissələrindən keçir. Lakin stress, qorxu, mənfi emosiyalar, zəhərli qidalanma və süni elektromaqnit sahələri bu axını pozur.
Bu pozuntu bədənin təbii harmoniyasını poza və ilkin olaraq “funksional pozğunluq” kimi özünü göstərsə də, uzunmüddətli şəkildə toxuma və orqanlarda morfoloji dəyişikliklərə – yəni xəstəliklərə səbəb olur. Müasir tibb xəstəliyi orqanda görür, lakin səbəbi enerjidə gizlidir. Efirin normal axını bərpa olunduqda, bədən özünü sağaltmağa başlayır. Bu, Tanrının yaradılışdakı “öz-özünü bərpa proqramı”nın aktivləşməsidir.
Bioloji cavanlaşma və Efir
Bioloji cavanlaşma sadəcə qırışların yox olması və ya dərinin gənc görünməsi deyil. Əsl cavanlaşma hüceyrə səviyyəsində baş verir. Bədənimizdəki hüceyrələrin yenilənməsi, mitoxondrial funksiyaların optimallaşması və DNT-nin reaktivliyinin yüksəlməsi, birbaşa enerji tarlamızın vəziyyəti ilə bağlıdır.
Efir enerjisi bədəndə hüceyrə membranlarının elektrik potensialını bərpa edir, enerji mübadiləsini gücləndirir və "ölü hüceyrələrin" yerini yeni və canlı hüceyrələrlə əvəzləyir. Telomerlər – hüceyrənin yaşını təyin edən xromosom ucları – efir dalğaları ilə müdafiə olunur. Klassik tibb bu telomerlərin uzadılmasının mümkün olmadığını iddia etsə də, Efir sahəsi aktivləşdirildikdə, telomeraz fermentinin fəaliyyəti artır və hüceyrə yaşlanmaq əvəzinə, gəncləşməyə başlayır.
Bu enerji hormonal sistemə də birbaşa təsir göstərir. Epifiz və hipofiz vəzilərinin funksiyası Efir axınından qidalanır. Bu da melatonin, serotonin və dopamin səviyyələrinin normaya dönməsinə səbəb olur – yəni bədən yenidən öz “bioloji saatını” doğru işlətməyə başlayır.
Mənəvi və zehni gənclik
Qocalıq yalnız bioloji bir proses deyil, mənəvi bir haldır. Bəzən 30 yaşında biri içində çoxdan yaşlanmış olur, çünki ümidsizlik, travmalar, sıxıntılar onun ruhunu “köhnəldib”. Efir enerjisi yalnız bədəni deyil, ruhu da yeniləyir. Bu enerji sevgi, ümid və ruhani bağışlama hissləri ilə rezonansa girir.
Mənəvi baxımdan Efir, insanın içindəki "Tanrısal parçanı" oyadır. Bu zaman insan həyatı daha şüurlu, daha ilahi, daha saf bir şəkildə qəbul etməyə başlayır. O, artıq zamandan qorxmur, çünki zamana hökm edən bir enerjiyə bağlandığını hiss edir. Ruhun gəncliyi geri döndükdə, bədənin gəncliyi də qaçılmaz olur. Məhz bu səbəbdən, qədim müdriklər uzunömürlülüyün sirrini sadə qidada, təmiz niyyətdə və “enerji ilə birgə axmaqda” görürdülər.
Klinik və praktik nəticələr
Efir enerjisini praktiki müalicədə tətbiq etdiyim yüzlərlə hal göstərir ki, bu enerji yalnız nəzəri bir anlayış deyil – real şəfa vasitəsidir. Parkinson, miqren, xroniki yorğunluq sindromu, endokrin sistem pozğunluqları, avtoimmun xəstəliklər – bütün bu diaqnozlara malik xəstələr Efir seansları nəticəsində gözlənilməz sürətlə yaxşılaşmışlar.
Ən təəccüblü nəticələr isə onkoloji xəstəliklərdə müşahidə olunmuşdur. “Xərçəngdən belə qurtuldum” adlı kitabımda qeyd etdiyim real faktlar, bu xəstəliyin də Efir enerjisi ilə müalicə oluna biləcəyini sübut edir. Bu zaman bədənin içindəki təbii immun mexanizmlər, sanki “uyudan oyadılır” və şişi düşmən kimi tanımağa başlayır.
Mən müalicə prosesində sadə, lakin yüksək təsirli üsullardan – səslə kodlama, rezonansla yönləndirmə, enerji balanslaşdırma texnikalarından istifadə edirəm. Efirin seanslar vasitəsilə insana ötürülməsi bəzən cəmi 15 dəqiqə çəkir, lakin nəticəsi həftələrlə davam edir.
Nəticə və çağırış
Elm və ruhaniyyət arasında körpü tikməyin vaxtı çatmışdır. Efir enerjisi bu körpünün özüdür. O həm Tanrının nuru, həm kainatın nəfəsi, həm də insanın daxili şəfasıdır. Bəşəriyyətin onu unutması qocalığı, xəstəliyi və ümidsizliyi gətirdi. Onu yenidən xatırlamaq isə – sağalma, yenilənmə və dirçəliş deməkdir.
Təbiətin, kainatın, ruhun ritminə uyğun yaşamağı öyrənməliyik. Efir enerjisi ilə işləməyi, onu sezməyi və bədənimizdə axıtmağı bacardıqda – bioloji yaş sadəcə rəqəmə çevriləcək. Əsl gənclik – ruhun enerjili, bədənin isə Efirin içində titrəməsi ilə mümkündür.
Elmi cəmiyyətlərə, tibb dünyasına, həkimlərə və mütəfəkkirlərə səslənirəm: Efirə qayıdın. O, sadəcə keçmişin enerjisi deyil. O, gələcəyin özüdür.
Dr. Paşa Yaqub,
Elmi-lədun bilicisi, beşi ensiklopediya, biri roman olmaqla, 39 kitabın müəllifi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 İyun 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see325

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see260

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see226

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see224

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see223

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see192

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see183

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see181

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see181

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see180

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see176

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see176

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see175

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see171

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see169

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see161

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri