Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Mendeleyev cədvəlindəki bu element sonsuzluğa son qoyur MARAQLI KƏŞF

Mendeleyev cədvəlindəki bu element sonsuzluğa son qoyur MARAQLI KƏŞF

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Sonsuzluq (infertillik) — müasir dövrün həm tibbi, həm də sosial baxımdan narahatedici problemlərindən biridir. Qadın sonsuzluğu əksər hallarda orqanik və funksional pozuntularla izah edilsə də, bu yazıda daha dərin — ruhani və enerji mənşəli səbəblərə toxunulacaq.

Mənəvi və elmi-lədun bilgilərlə yanaşaraq iddia edirəm ki, qadının analıq orqanlarında yığılan neqativ enerji sonsuzluğun əsas səbəblərindən biridir. Bu enerji vaxtında neytrallaşdırılmazsa, orqanlarda enerji tıxanıqlığı, funksional durğunluq və nəticə etibarilə sonsuzluğa gətirib çıxarır.

Bu problem tibbi vasitələrlə deyil, Efir enerjisi ilə uğurla müalicə oluna bilər.


Sonsuzluğun görünməyən səbəbi: Neqativ enerji

Bəzi qadınlarda tibbi müayinələr tamamilə normal nəticələr göstərsə də, hamiləlik baş tutmur. Bunun səbəbi çox vaxt diqqətdən kənarda qalır:

-Həyat yoldaşı ilə emosional uyğunluğun pozulması

-Gecikmiş və ya travmatik abort təcrübəsi

-Daxili peşmanlıq, özünü günahlandırma və ya utanc hissi

-Ana olmaq qorxusu və ya öhdəlikdən qaçma hissi

-Uşaqlıq və yumurtalıq bölgəsində neqativ enerji yığılması

Bu cür hallarda orqanlar funksional olaraq sağlam olsa belə, enerji axını pozulur və yumurtalıqlar, borular və uşaqlıq kifayət qədər "canlılıq" daşımır.

Efir enerjisi nədir və necə işləyir?

Efir enerjisi — kainatın yaradılışında iştirak edən ilkin və tükənməz enerjidir. Bu enerji maddənin yox, ruhun və həyatın daşıyıcısıdır. Bu enerjini Mendeleyev öz cədvəlində “Nyutoniyum” adlandıraraq, “sıfır” qrupunda, “sıfır” xanasında, “Hidrogen”dən əvvəl yerləşdirmişdi. Təəssüf ki, Alimin ölümündən sonra bu element cədvəldən çıxarıldı. (“Nyutoniyum” elementinin mövcud olduğu cədvəl yazıya əlavə edilir.) Alimlər bu elementi Efir enerjisi adlandırdılar. Məşhur Alim Nikola Tesla bu elementin sirlərini öyrənərək, “Enerjinin naqilsiz ötürülməsi” və “Daimi işləyən mühərriklər” kimi, inqilabi kəşflər etdi. Uzun illər apardığım araşdırmalardan sonra nəhayət, Efir enerjisini insan sağlamlığına, xəstəliklərin müalicəsinə tətbiqi yollarını öyrənmək də mənə nəsib oldu. 

Əgər insan orqanizmini bir şəhər, orqanları isə fərdi binalar kimi təsəvvür etsək, Efir enerjisi bu şəhərə işıq, istilik və can verən elektrik enerjisi kimidir.

Efir enerjisi analıq orqanlarına yönəldildikdə:

-Yığılan neqativ enerji təmizlənir

-Enerji blokajları aradan qalxır

-Yumurtalıqlar aktivləşir

-Uşaqlıq bölgəsində həyat impulsları güclənir

-Bədənin analıq proqramı yenidən "oyadılır"

Efir seanslarının tətbiqi və təsiri

Efir enerjisi ilə müalicə, hər hansı bir tibbi manipulyasiya olmadan, tamamilə enerji tənzimləməsi və ruhani rezonans əsasında həyata keçirilir. Bu proses həm fiziki, həm də psixoloji və ruhani müstəvidə qadını balanslaşdırır, illərlə toplanmış emosional qalıqlar, qorxular və neqativ hisslər bədəndən azad olmağa başlayır.

Əksər pasiyentlər ilk seansdan sonra yüngüllük, daxili istilik və göz yaşlarına səbəb olan bir rahatlama hiss etdiklərini bildirirlər.

3–7 seans arasında enerji sahəsi tənzimlənir və bioloji ritm bərpa olunur.


Efirin təsirləri:

-Yumurtalıqların funksional aktivliyi artır

-Uşaqlıq qan dövranı canlanır

-Enerji blokları aradan qalxır

-Hormon balansı təbii şəkildə normallaşır

-Ümumilikdə qadında ana olmağa hazır olma hissi güclənir

Bu proses yalnız enerji ötürməsi deyil — daxili ruhani oyanışın başlandığı bir mərhələdir.

Pasiyent təcrübələri: Sağalma hekayələri

Mənim klinik təcrübəmdə bu yanaşma ilə illərlə ana ola bilməyən qadınların analıq sevincini yaşadığına  dəfələrlə şahid olmuşam. Aşağıda bəzi konkret hallar təqdim olunur:

Nümunə 1: Emosional blokaj

35 yaşlı bir qadın illərlə sonsuzluq diaqnozu ilə müxtəlif klinikalarda müalicə almışdı. Təbii yollarla hamilə qalması mümkün sayılmırdı. Seanslar zamanı məlum oldu ki, o, illər əvvəl yaşadığı bir itki hadisəsini hələ də qəlbində daşıyır.

Efir enerjisi ilə bu ağrılı emosional yük boşaldıldı, və cəmi 2 ay sonra o, təbii yolla hamilə qaldı.


Nümunə 2: Neqativ enerji və qorxu

Bir başqa pasiyent, görünüşcə çox pozitiv və sağlam idi. Amma seans zamanı onun bətn bölgəsində “qorxu enerjisi” aşkarlanmışdı — uşaq sahibi olacağı halda azadlığını itirməkdən qorxurdu. Bu blokaj həll olunduqdan sonra o da 3-cü seansdan sonra enerji axınındakı fərqi hiss etməyə başladı.

Həmin il ailə qurmasının 9-cu ildönümündə hamiləlik xəbərini aldı.

(Efir enerjisi ilə seansdan sonra dünyaya gələn körpələrdən biri ilə çəkdirdiyim fotonu yazıya əlavə edirəm)

Bu tip hallar sübut edir ki, sonsuzluğun səbəbi yalnız maddi deyil, həm də ruhani və enerjidir.

Tövbə və bağışlanma — Enerji axınının açarı

Sonsuzluğun enerji mənşəli səbəblərindən biri də keçmişdə yaşanmış mənəvi travmalar, günah hissi və bağışlanmamış duyğuların qadının bədənində və enerji sahəsində toplanaraq blok yaratmasıdır.

Tövbə nədir?

Tövbə — sadəcə bir dini ayin deyil. Ruhun öz içindəki yükləri boşaltması, özünü yeniləməsi və daxili aləmdə təmizlənməsidir. Tövbə edən qadının bətn bölgəsindəki enerji sıxıntısı azalır, çünki bu bölgə həm də duyğuların və "ruhani anılığın" daşıyıcısıdır.

Bir çox qadınlarda:

-Keçmişdə edilən abortlar,

-İstəmədən yaşanmış münasibətlər,

-Valideynin və ya cəmiyyətin basqısı ilə alınan qərarlar,

-Və ya uşaq dünyaya gətirməmək üçün edilmiş dualar, andlar — enerji səviyyəsində tıxanma yaradır.

Bu tıxanıqlardan azad olmanın yolu:

-Dərin və səmimi tövbə etmək,

-Keçmişdəki hadisələrlə barışmaq,

-Özünü və başqalarını bağışlamaqdır.

Bağışlamaq — analıq yolunun açarıdır

Qadının daxilində kiməsə (xüsusən həyat yoldaşına, valideynə və ya özü-özünə) olan kin və küdurət analıq bölgəsində enerji blokajı yaradır. Bu, tibbi cihazlarla aşkarlanmasa da, enerji ilə çalışan insanlar üçün açıq-aşkar hiss olunur.

Efir seanslarından əvvəl və ya sonra pasiyentə tövsiyə olunur:

-Keçmişini yazaraq üzə çıxarsın

-Özünü danışaraq ifadə etsin

-Səssizcə içində olanları Allaha etiraf etsin

-Bağışlasın — hətta bağışlanmağa layiq olmayanları da

Çünki bağışlamaq — qarşı tərəf üçün deyil, öz ruhun azadlığı üçün edilir.

Sonsuz qadın üçün ruhani tövsiyələr

Efir enerjisi ilə müalicə yalnız seanslar zamanı deyil, gündəlik həyatın hər anında davam edən bir prosesdir. Aşağıda sonsuzluqla mübarizədə ruhani güclənmə və enerji tarazlığını bərpa etmək üçün tövsiyələr verilir:

1) Səhərlər təbiətlə ünsiyyət qurun

Günə günəş işığı altında dərin nəfəs alaraq başlayın.

Təbiətdə yerimək və xüsusən ağacların arasında olmaq Efir enerjisini artırır.

2) Bətn bölgəsini sevgi ilə qəbul edin

Əlinizi yavaşca bətninizə qoyun və ona xoş sözlər söyləyin:

“Səni sevirəm, səni bağışlayıram, sən sağalacaqsan, sən ana olmağa hazırsan...”

Bu cür sözlər energetik blokları yumşaldır və Efir enerjisinin axınını gücləndirir.

3) Tövbə və bağışlanmanı hər gecə təkrarlayın

Gün sonunda zehninizdə bağışlama meditasiyası edin: “Kimə qarşı kinim varsa, onu bağışlayıram. Kim məni incitmişsə, onu azad edirəm. Və özümü də bağışlayıram.”

Dua və zikrlərdən istifadə edin

Uşaqlıq və yumurtalıqların enerji səviyyəsini artırmaq üçün ruhani zikrlər çox faydalıdır. Məsələn:

“Ya Bəqi” – davamlılıq və sabitlik enerjisini çağırır

“Ya Mucib” – dualara cavab verəni çağırmaq

“Ya Badi” – yenidən başlanğıc və yaradılış enerjisi

Bu sözləri nəfəs ritminizlə təkrarlamaq daxili hüceyrə səviyyəsində dəyişiklik yaradır.

Bəslənmə və su enerjisi

Qadın enerjisi üçün əsas mənbə: saf, canlı su.

Hər səhər aç qarına bir stəkan su için və onu içməzdən əvvəl belə niyyət edin:

“Bu su ilə bədənimdəki bütün neqativ enerji çıxıb getsin və yerinə həyat enerjisi dolsun.”

Təzə meyvə-tərəvəz, xüsusilə nar, balqabaq, yerkökü və xurma qadın bədənini enerji ilə doldurur.

Səbirli olun və təzyiq etməyin

Hər bir müalicə zaman istəyir. Bəzən enerji müalicəsi dərhal nəticə verməz, çünki ruhun da “doğuş vaxtı” var.

Özünüzə belə deyin:

“Mən ana olacağam, amma ruhum da, bədənim də əvvəlcə buna hazırlaşmalıdır.”

Qısaca desək:

Sonsuzluq yalnız tibbi deyil, enerji və ruhani səviyyədə də dərin bir səfərdir. Bu yolda səbir, sevgi, dua və Efir enerjisi qadını yenidən “doğmağa” hazırlayır.

Nəticə və çağırış

Sonsuzluq — yalnız bioloji yox, həm də enerji və ruhani tarazlığın pozulmasıdır. Tibbi baxımdan tam sağlam görünən qadının hamilə qala bilməməsinin arxasında, çox zaman, keçmişin izləri, daxili qorxular, bağışlanmamış duyğular və neqativ enerji yığıntıları dayanır.

Bu məqalədə izah edilənlər göstərir ki:

Bətn bölgəsi yalnız fizioloji yox, mənəvi bir məbəd kimidir.

Orada toplanan hər duyğu, hər fikir, hər qorxu — zamanla orqanizmdə enerji tıxanıqları yarada bilər.

Bu tıxanıqlar isə sonsuzluğun görünməyən səbəblərinə çevrilir.

Lakin hər bir qaranlıqda bir işıq qapısı var. O qapını açmaq üçün tibbdən daha artıq enerji, dua, bağışlanma və Efir enerjisi tələb olunur.

Çağırış:

Əziz analıq arzusunda olan qadınlar —

Bilin ki, siz bu dünyaya yalnız qadın yox, ana olmaq üçün gəlmisiniz.

Əgər bu hal gecikirsə, deməli ruhunuz və bədəniniz əvvəlcə bir az təmizlənməli, hazırlaşmalı və barışmalıdır.

Bu yol:

Təbii və İlahi bir yoldur

Özünə qayıdış yoludur

Ruhun və bədənin harmoniyası yoludur

Əgər siz bu çağırışı qəbul edirsinizsə —

- Tövbə edin,

- Bağışlayın,

- Dua edin,

- Enerji seanslarını qəbul edin

- Və ən əsası — ana olacağınıza inanın!

Unutmayın:

"Hər bir qadının içində doğulmaq üçün gözləyən bir uşaq, və hər bir ruhun içində analığa hazırlaşan bir qadın var."

Paşa Yaqub, 
Həkim. Elmi-Lədun bilicisi 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 İyul 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri