Icma.az
close
up
RU
Mənə jurnalistikanı öyrədən diplomat...

Mənə jurnalistikanı öyrədən diplomat...

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Azərbaycan Dövlət İnformasiya Agentliyi dünyadakı müxbir postlarını genişləndirərkən ABŞ-də yeni açılan xüsusi müxbir postuna təyin olunmuşdum. Jurnalistika karyeramı ölkə çərçivəsində fəaliyyət göstərən müstəqil media qurumunda başlamışdım - reportyor kimi çalışdığımız ərazi əsasən paytaxt idi.

Ümummilli lider Heydər Əliyevin şəxsən mətbuata verdiyi önəmdən nümunə götürən istər hökumət, istərsə də qeyri-hökumət təşkilatlarının rəhbərləri jurnalistlərə açıq, səmimi və yardımçı idilər. Ezam edildiyim posta yollanarkən Vaşinqtonda da bənzər iş mühiti ilə qarşılaşacağımı düşünürdüm. Lakin ABŞ paytaxtının xəbərlər aləmi çoxşaxəli, reportyorluq qaydaları isə yerli siyasi sistemə uyğun idi. Məsələn, Bakıda hadisəni operativ şəkildə çatdırmaq üçün bir çox jurnalistlər yüksəksəviyyəli rəsmilərin əzbər bildikləri cib nömrələrinə zəng edib məlumatı dəqiqləşdirə bilirdilər. Amerika idarələrində isə bütün ictimai əlaqələr qəti surətdə müvafiq şöbələr tərəfindən aparılırdı. Hərdən verdiyin suala cavabı bir-iki gün gözləməli olurdun və ya keçilməz divara çevrilən “no comment” (“şərhimiz yoxdur”) cavabı alırdın. Bu, ABŞ siyasi həyatı ilə yeni tanış olan xarici müxbirlərdə ruh düşkünlüyü yaratmağa, peşəkar qabiliyyətlərini sorğu-sual etməyə səbəb olurdu.

Yadımdadır, Çindən olan həmkarlarımdan biri ezam olunduğundan bir qədər sonra bu kimi çətinliklərə tab gətirməyib öz ölkəsinə qayıtmışdı. Mənim isə bəxtim daha çox gətirdi. Çünki ABŞ-də jurnalistliyi Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hafiz Paşayevdən öyrəndim.

Ezam olunduğum ilk günü xatırlayıram. Azərbaycanın ABŞ-dəki səfirliyinə gedib səlahiyyətlərimə başladığımı bildirmək üçün səfirlə görüşmüşdüm. Həmin gün “Washington Post” da daxil olmaqla, bütün əsas qəzetlər ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Dennis Hastertə yeni təyin olunan milli təhlükəsizlik məsələləri üzrə müşavir xanım Nensi Dorn barədə məqalələr dərc edib onun Amerika maraqlarına xidmət etdiyini sual edirdilər. Səbəb isə bu idi ki, xanım Dornun bir zamanlar çalışdığı hüquq firması Panama kanalının Atlantik və Sakit okeanlara çıxışındakı limanlarını maliyyələşdirən Çin şirkətinin maraqlarını qoruyurdu. Qəzetlərdə yaranan “səs-küydən” erməni lobbisi də dərhal yararlanmağa çalışmışdı: həmin hüquq firması Azərbaycanın maraqlarını təmsil etdiyinə görə erməni icması Nensi Dorna qarşı çıxır və ümumilikdə, Respublikaçılar Partiyasına prezident seçkiləri ərəfəsində sərt mesajlar göndərirdi. Halbuki Azərbaycan səfirliyinin hüquq firması ilə əməkdaşlığına xanım Dornun heç bir aidiyyəti yox idi. Səfirlə söhbət etdikdən sonra məsələnin mürəkkəbliyi, eyni zamanda, kontekstdən çıxarılaraq ayrı-ayrı maraqlar üçün primitiv şəkildə istifadə edilməsi məni təəccübləndirmişdi. Bu barədə məqalə yazıb Bakıya göndərməmişdən əvvəl səfirə göstərmək istədim. Hafiz müəllimin qırmızı qələmlə gözucu redaktəsindən sonra məqaləmdən “qan axırdı”. Bu iradlar məsələnin işıqlandırılmasından daha çox Azərbaycan dilinin qənaətbəxş istifadə edilməməsi ilə bağlı idi. Həmin iş gününü bitirəndə mən özüm üçün bir nəticə çıxardım: mövcud bilik baqajım ABŞ xarici siyasətini anlamaq üçün kasaddır. Az bir zamanda sənədlərimi nüfuzlu Corc Vaşinqton Universitetinin beynəlxalq siyasət və tətbiq ixtisası üzrə fakültəsinə təqdim etdim və təhsil aldım. Bundan sonra Dövlət Departamentinin brifinqlərində haqqında söhbət açılan siyasi məsələləri anlamaq, onlarla Azərbaycan və bütün Avrasiyada baş verən hadisələr arasında təhlil aparmaq asanlaşdı, media üzvü kimi ABŞ-nin bölgə üzrə siyasətinə təsir etmək cəhdləri daha səmərəli oldu. Bütün bunlar baş verərkən səfir Hafiz Paşayev istənilən məqamda öz məsləhətlərini və mürəkkəb siyasət məsələlərində bələdçiliyini əsirgəmirdi.

Azərbaycanın xarici maraqlarını Vaşinqton gündəminə gətirmək, ikitərəfli münasibətlərin dinamikasını ictimai əlaqələr baxımından artırmaq, ABŞ hökumətinin siyasi addımlarının “azərbaycanpərəst” və ya “ermənipərəst” kimi sadəlövh prizmalardan qaçaraq, məhz “amerikanpərəst” olduğunu Azərbaycan ictimaiyyətinə çatdırmaq səylərimin daha istiqamətli və daha peşəkar olmasında Hafiz müəllimin rolu əvəzsiz idi. Bu təcrübə mənə anladırdı ki, “xarici müxbir” olmaq sitat və eksklüzivlər arxasınca qaçmaqdan daha geniş bir missiyanı - dayanmadan maariflənmək və maarifləndirməyi ehtiva edən bir işdir. Hafiz Paşayevin səfir kimi qarşısında duran vəzifələri diplomatik ustalıqla, müdriklik və səbirlə, Azərbaycan üçün ən taleyüklü məsələlərdə belə emosiyalara yer verməyərək soyuqqanlıqla yerinə yetirməsi onunla işləyən, təmasda olan hər kəs üçün böyük peşəkarlıq məktəbi idi.

Əməkdaşlığımız davam etdikcə, vaxtaşırı onun rəyini öyrənmək istədiyim məqalələrimdə qırmızı qələmlə etdiyi düzəlişlər azalırdı. Lakin yenə də onları heçə endirə bilmirdim. İxtisasca fizik olan bu diplomatın dilə nəyə görə bu qədər həssaslıqla yanaşdığını anlamaq çətin deyildi: adı “müəllim” sözü ilə həmahəng səslənən görkəmli alim, yazıçı, maarifçi və sevimli pedaqoq Mir Cəlalın ailəsində böyüyən Hafiz Paşayev Azərbaycan dilinin müqəddəs qorunduğuna, sözün qüdrətinin sərhədsiz olduğuna alışmışdır və hamıdan məhz belə yanaşmanı tələb edirdi. Səfirin sərt redaktəsindən çıxmış yazılarımıza utancla baxmaq azmış kimi, həmişə sakit və mülayim səslə söylədiyi “bunu adam dilində yaz” iradını eşitmək məsuliyyət hissimizi artırır, bizi yazılarımız üzərində daha çox çalışmağa vadar edirdi.

Görkəmli alim və yazıçı Mir Cəlal kimi dürüstlük, həqiqət, səmimiyyət vurğunu olan Hafiz Paşayev eyni tərəqqipərvər ruhun daşıyıcısıdır. Bu gün ölkənin ən aparıcı ali təhsil ocağının rəhbəri kimi onun şəxsi və pedaqoji keyfiyyətləri Azərbaycanın ali təhsilində yeni standartı formalaşdırır. Rektor Hafiz Paşayevin başçılığı ilə uğurla fəaliyyət göstərən ADA Universiteti fərqli akademik mühit yaratmaqla yanaşı, müəllim peşəsinin müqəddəsliyini də bərpa edib. Burada çalışan müəllimlər tək elm öyrətmirlər, həm də müstəqilliyi gündən-günə möhkəmlənən Azərbaycan Respublikasının yeni vətəndaş nəslini tərbiyə edirlər. Tələbələrin burada aldığı başlıca dərs budur ki, peşəkarlıq, akademik əxlaq və dürüstlük dəyərləri, şərəf və məsuliyyətlə Vətənə xidmət və ona sevgi hər şeydən uca tutulmalıdır.

Deyirlər ki, müəllimin nüfuzu sərhədlərlə ölçülə bilinməyən sonsuza qədər yayıla bilər. Hafiz Paşayev məhz belə müəllimlərdəndir. Mənə jurnalistikanı öyrədən bu diplomata təşəkkürümü bildirirəm.

Şəfəq Mehrəliyeva

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 İyul 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri