Icma.az
close
up
RU
Öyrənməyi öyrədən adam

Öyrənməyi öyrədən adam

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur kəşfiyyatçı, diplomat, yazıçı Leonid Şebarşinin gündəliyində belə bir qeyd var idi: "Keçmişə qayıtmağa dəyməz. Orda artıq heç kim yoxdur".

Keçmişə qayıtmaq onsuz da mümkün deyil. Adı üstündədir: keçmiş. Keçib getmiş mənasında.

Ancaq insanın yaddaşında elə adlar, həyatında elə adamlar var, heç vaxt keçmiş - keçib getmiş deyil. Aranıza nə qədər zaman dolsa da, bir-birinizə gedən yollar, cığırlar vaxtın axarında bəlkə də "azıb" "yolda qalsa" da, bir-birinizdəki izlər bir az solub-solixsa da, emosional doğmalıq bağları qırılmır, energetik simsarlıq bağlantıları "yorulmur". Çünki bu "keçmiş" elə "indiki keçmiş", diri tarix, canlı xatirə, nəfəs alan - hal-hazırda yaşayan yaddaşdır.

Şebarşinin "yaşayan" keçmişində bəlkə artıq heç kim yox idi və bəlkə elə bu fikri-emosional tənhalığa dözə bilməmişdi deyə bir yazın gözəl günündə özü öz ömrünə nöqtə qoydu. Bizim isə həyatımıza vergüllərlə davam etmək haqqımız var, çünki dönüb geriyə də, ətrafa da boylananda görürük, yox, tənha deyilik: həyatımız qənimət insanlarla doludur. Amma, əslinə qalsa, insan elə təbiətcə tənhalıq deməkdir. Artur Şopenhauerə görə, tənhalıq - azadlığın qiymətidir. Yəni azadlığın üçün ödədiyin bədəl kimi düşün. Özünün səsini dinləyə bilmək fürsəti kimi düşün. Frans Kafka ömrünün sonlarında deyirdi: "Mənim tənhalığım adamlarla dolu idi". İzdihamın içində öz tənhalığını qoruya bilmək özü də xoş bəxt olsa gərək.

Sevdiyimiz, bizi sevən bütün insanlarla hər yerdə və həmişə birlikdə deyilik. İllərlə, bəlkə ömür boyu görüşə bilmədiklərimiz belə var. Ancaq duyğusal kontaktlar qaldıqca, o insanlar sənin həyat teatrının səhnəsindədir. Kimisi baş rolda, kimisi epizodik rolda, kimiləri kütləvi səhnələrdə, kimiləri səhnə arxasında. Sənin "səhnə"ndə rol almayan, ancaq səni uzaqdan-yaxından tanıyan qalan hər kəs isə, sadəcə, tamaşaçıdır.

Mənim də həyatımda belə insanlar var. Onların arasında Məktəb və Həyat müəllimlərim də ayrıca özəl yerə yiyəlik edirlər.

Bizə dərs deyənlər (istər məktəbdə, istər həyatda) çox olur. Onların heç də hamısı müəllimin deyil. Müəllim, bəli, əslində öyrədən deyil, öyrənməyi öyrədəndir. Bu baxımdan, iqtisad elmləri namizədi, dosent Zöhrab Eyvazovun məndə ayrı yeri var. Bəlkə tələbə kimi onun üçün yüzlərdən, minlərdən biri idim. Bəlkə məni tələbəlik dövrümdə görə bilmədi, o cavan, qanı qaynayan rəngli-qaynaşan, işıqlı-sayrışan izdihamın içində görə də bilməzdi. Dediyim kimi, onun saysız-hesabsız tələbələrindən biri olmuşam. Ancaq mən Zöhrab müəllimi görə bilmişdim (bununla lovğalanmıram, axı biz çox idik, o tək!), onun daxili konstitusiyasına bələd olmuşdum.

Bilirsiniz, istənilən toplumda yuxulu, yarımyuxulu kütlə böyük olanda, ayıq başların işi başdan aşır; bir olsan da, yüzlər, yüz minlər, milyonlar üçün gecə-gündüz "mənəvi keşik" çəkirsən. O qədər çox adamın dərdi ilə yüklənirsən, axırda bu ictimai yükün qabağında öz fərdi dərdini unudursan (bəzən hətta xatırlamağa belə utanıtsan). Ayıq adamların işi həmişə çətin olub; ayıqsansa, mütıəq ayıq-sayıq olmalısan. Özün könüllü olaraq öz başına bəla götürmüsən və bu aydınlıq "özbaşınalığına" o qədər qapılmısan, sonda başındakı "bəla" ya vurulmusan. Vətəni, milləti sevmək deyillər ha, bax, o, quru pafos-filan deyil, Vətənin, Millətin dərdini... sevməkdir. Sevməsən çəkə bilməzsən axı bu dərdi.

Zöhrab Eyvazov 50 ildən çoxdur, xalqın balalarına dərs deyir; adam işini sevməsə, auditoriyanın romantikasını duymasa, yarım əsrdən çox müəllimlik edə bilər?! Yox!

Gözümüzün gördüyü hır şey - əkilən ağac bağbanın, tikilən ev ustanın, çəkilən yol mühəndisin... ətrini aldığı romantikanın meyvələridir, elə deyilmi?! Yetmiş beş yaşında da bu romantikanı hiss edən adamın ən azı yüz iı yaşamağa niyə haqqı olmasın?!

80-ci illərin lap sonunda siyasi iqtisad müəllimimiz Zöhrab Eyvazovun Universitetdə - pilləkən meydançasında ayaqüstü söhbət zamanı mənə və bir neçə tələbə yoldaşıma dediklərini bəlkə özü unudub, ancaq mən yaddan çıxarmamışam. O demişdi: "Fənnimizin sosializm bölməsini oxumasanız da, qiymət yazacam, o, elm deyil, ideologiyadır, amma kapitalizm bölməsini oxumayan kim olur-olsun, məndən qiymət almayacaq".

Zöhrab müəllim kimi insanlar, bax, buna görə çox qiymətlidir: nəyi öyrənmək lazım olduğunu öyrədir. Şəxsən mənim Zöhrab Eyvazovdan o pilləkən meydançasında aldığım dərs iki semest keçdiyimiz siyasi iqtisad fənnindən heç də kiçik deyildi. Bizə öyrənməyi öyrətdiyinə görə şəxsən mən Müəllimimi çox sevirəm. Əqidəli Müəllim əsl Ustaddır. Zöhrab Eyvazov kimi.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Yanvar 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri