Mənə yaşadığımı hiss etdirən təkcə sənsən... İngilis mütəfəkkirdən sitatlar
Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.
Bu gün çağdaş ingilis mütəfəkkir Corc Eduard Murun doğum günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Səninlə keçirdiyim saatları ətrini saçan bir bağ, dümqaranlıq bir alaqaranlıq və ona nəğmə oxuyan bir fəvvarə kimi görürəm. Mənə yaşadığımı hiss etdirən təkcə sənsən. Deyirlər ki, başqa kişilər mələklər görüblər, lakin mən səni gördüm və sən mənə bəs edərsən.
***
Böyük sənətkar həmişə ya öz dövründən qabaqdadır, ya da ondan geri qalır.
***
Bədii ədəbiyyat həqiqət olduğu qədər faydalıdır, çünki o bizə dəyər mühakiməsini tətbiq etmək üçün material verir.
***
Əgər məndən yaxşının nə olduğu soruşularsa, cavabım odur ki, yaxşı elə yaxşıdır və məsələ bununla bitir. Yaxud məndən yaxşının necə tərif edilməsi soruşularsa, cavabım o olacaq ki, onu tərif etmək qeyri-mümkündür və bu barədə deyəcək başqa sözüm yoxdur. Deməli, yaxşı anlayışı tərifə sığmır... Əgər doğrudan da yaxşı olan hansısa hiss olsaydı, onda o, zamana görə mövcud olardı. Lakin buna görə də onu belə adlandırmaq naturalistik səhvə yol vermək deməkdir. Həmişə soruşmaq yerinə düşəcək ki, hissin özü yaxşıdırmı, əgər elədirsə, onda yaxşı özlüyündə heç bir hiss ilə eyni ola bilməz. Qeyd olundu ki, burada "təbii" dedikdə "normal" və ya "zəruri" nəzərdə tutula bilər və nə "normal", nə də "zəruri" anlayışının həmişə yaxşı və ya yeganə yaxşı şeylər olduğunu düşünmək olmaz.
Ona görə də biz nəyinsə təbii olduğu iddiasından qorxub onun yaxşı olmasını qəbul etməli deyilik; yaxşı tərif etdikdə təbii olan hər hansı bir mənanı daşımır; buna görə də təbii olan hər hansı bir şeyin yaxşı olub-olmaması həmişə açıq sual olaraq qalır.
Amma məgər o qədər də aydındırmı ki, normal olan mütləq yaxşı olmalıdır? Doğrudanmı aydındır ki, məsələn, sağlamlıq yaxşıdır? Sokratın və ya Şekspirin mükəmməlliyi normal idimi? Məgər o, qeyri-adi, fövqəladə deyildimi? Məncə, ilk növbədə, o aydındır ki, yaxşı olan hər şey normal deyil; əksinə, qeyri-normal tez-tez normaldan daha üstün olur: xüsusi mükəmməllik, eləcə də xüsusi pislik normal deyil, qeyri-normal olmalıdır.
...Əgər yaxşı başqa bir şey kimi tərif edilərsə, onda hər hansı digər tərifin səhv olduğunu sübut etmək, hətta belə bir tərifi inkar etmək qeyri-mümkün olur.
***
Sokratın və ya Şekspirin mükəmməlliyi normal idimi? Məgər o, qeyri-adi, fövqəladə deyildimi? Məncə, ilk növbədə, o aydındır ki, yaxşı olan hər şey normal deyil; əksinə, qeyri-normal tez-tez normaldan daha üstün olur...
***
Əxlaqi davranış və ya vəzifə alternativi olmayan hər hansı digər həndəsi əməldən daha çox yaxşılıq gətirəcək hərəkəti seçmək öhdəliyi kimi müəyyən edilir...
***
...Mənə elə gəlir ki, gözəlliyin həzz verən şəkildə dərk edilməsi, şübhəsiz ki, sadəcə olaraq ləzzət şüurundan qat-qat böyük dəyərə malikdir.
***
Fəlsəfi suallar o qədər çətindir, qaldırdıqları problemlər o qədər mürəkkəbdir ki, heç kim bu gün, keçmişdə olduğu kimi, məhdud razılıqdan başqa bir şey qazanmağı haqlı olaraq gözləyə bilməz.
***
Məsələn, mən indi iki insan əlinin mövcud olduğunu sübut edə bilərəm. Necə? İki əlimi qaldırıb, sağ əlimlə müəyyən jest edərək "Budur bir əl" deyərək, sol əlimlə də bir jest edib "budur digər əl" əlavə etməklə. Və əgər mən bunu etməklə faktiki olaraq xarici cisimlərin mövcudluğunu sübut etmişdimsə, hamınız görəcəksiniz ki, mən bunu indi başqa saysız-hesabsız yollarla da edə bilərəm: misalları çoxalmağa ehtiyac yoxdur. Amma mən indicə sübut etdimmi ki, həmin vaxt iki insan əli mövcud idi? Mən israr etmək istəyirəm ki, bəli, verdiyim sübut tamamilə qüsursuz idi və ola bilsin ki, başqa heç nəyə bundan daha yaxşı və ya daha sərt sübut vermək mümkün deyil.
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva
"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar? Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















