Icma.az
close
up
RU
“Məni tanımadığım şəxslərlə cinsi əlaqəyə girməyə məcbur etdi” TƏFƏRRÜAT

“Məni tanımadığım şəxslərlə cinsi əlaqəyə girməyə məcbur etdi” TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yevlax rayonunda 1959-cu il təvəllüdlü Musa onun işlətdiyi kafedə xidmətçi işləyən Xumara (adlar şərti göstərilib – red.) işgəncə verməklə cinsi əlaqəyə girməyə məcbur edib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Musa özünə məxsus Yevlax rayonunun kəndi ərazisində yerləşən kafedə xidmətçi işləməklə həmin kafedə olan otaqların birində yaşayan Xumara həmin kafedə yaşamasına və işləməsinə icazə verilməsinə görə ondan maddi, yaşayış yeri baxımdan asılı olmasından istifadə edib. 
Musa Xumarın onunla cinsi əlaqəyə girməyə məcbur etmək qərarına gəlib. 
O, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə Xumara məxsus mobil telefonu ondan alıb. Həmin mobil telefonu sındırmaqla məhv edəcəyini və onu işlədiyi, yaşadığı kafenin ərazisindən qovacağı ilə hədələyib. 
Musa Xumarın qəsdən onunla cinsi əlaqəyə girməyə məcbur edib. Xumar onunla cinsi əlaqəyə girməkdən imtina etdiyinə görə əli ilə və istintaqla müəyyən edilməyən ağac parçası ilə bir neçə dəfə qəsdən onun bədən nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 127.1 (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Xumar bildirib ki, təqsirləndirilən Musanı təxminən 2023-cü ilin mart ayından tanıyır: 
“Mən  2007-ci ildə ailə həyatı qurmuşam, iki azyaşlı övladım var. Əri həddindən artıq spirtli içki qəbul etdiyi üçün və aramızda tez-tez mübahisələr olduğu üçün 2015-ci ildə boşanmışam. Mən boşanandan sonra iki azyaşlı uşaqlarımı dolandırmaq üçün müxtəlif kafelərdə ofisiant işləyərək çörək pulu qazanmışam”.
Zərərçəkmiş qeyd edib  ki, 2023-cü il Yevlax rayonunun kəndi ərazisində yerləşən Musaya məxsus kafeyə gələrək danışıb və Musa ilə ofisiant kimi kafedə işləməsi müqabilində gününə 10 manat zəhmət haqqı alacağı ilə bağlı razılaşıb: 
“Həmin gündən Musaya məxsus kafenin bir otağında qalmağa başladım. Həmin otaqda iki çarpayı olub. Musa da mənimlə həmin otaqda qalıb. Çarpayının birində Musa yatıb, mən də digər çarpayıda yatmışam. Həmin ərəfələrdə 1-2 dəfə Musa məni tanımadığım şəxslərlə cinsi əlaqəyə girməyə məcbur etdi. Mən həmin şəxslərlə cinsi əlaqədə olduğuma görə Musa bir nəfərə görə mənə 15 manat verdi. Lakin mən həmin şəxslərin Musaya nə qədər pul verdiyini bilməmişəm”. 
Xumarın sözlərinə görə, 2023-cü il martın 13-də, gecə saat 1 radələrində Musanın kafesində yatdığı otaqda olan zaman Musa ona yaxınlaşıb, onunla cinsi əlaqədə olmaq istəyib: 
“Mən də Musa ilə razılaşmadım. Musa mənə “sən nəyə görə mənim dediklərimi eləmirsən, gör sənin başına nə oyun açacam” deyərək məni nalayiq ifadələrlə söyüb təhqir edərək döyməyə başladı. Həmin vaxt Musa otaqda olan odun sobasının yanında olan ağac parçası və maşa ilə mənim bədənimin müxtəlif nahiyyələrinə vuraraq mənə xəsarətlər yetirdi. Həmin vaxt Musa mənə məxsus mobil telefonu da əlimdən alaraq sındırdı, kafenin yanındakı su kanalına atdı. Bundan başqa Musa mənim əl çantamda olan 210 manat pulunu da götürdü və mənə “bu pul sənə düşmür, mənim pulumdur”- deyə bildirdi. Ona görə də mən Yevlax rayon polis şöbəsinə gələrək Musanın barəsində müraciət etdim. Musa əli, odun parçası, maşa və dəmir qabla ilə mənim sifətimə, başıma, qollarıma və ayaqlarıma vuraraq mənə xəsarət yetirdi”. 
Xumarın sözlərinə görə, həmin vaxt Musa onunla cinsi əlaqədə olmaq istəsə də, o, Musaya razılıq verməyib və cinsi əlaqədə olmayıb: 
“Musa özünə məxsus kafedə məni məcbur edərək 3 nəfər tanımadığım hərbiçi ilə ayrı-ayrı günlərdə görüşdürüb və cinsi əlaqədə olduğum üçün hərəsi mənə 15 manat pul veriblər. Mən pul müqabilində cinsi əlaqədə olduğum şəxslərdən aldığım puldan Musaya verməmişəm. Həmin şəxslər mənimlə görüşməzdən əvvəl Musa ilə razılaşıblar, Musaya pul veriblər. Lakin Musaya nə qədər pul verdikləri bilməmişəm. Musa məni söyüb təhqir edərək xəsarət yetirən zaman orada ikimizdən başqa heç kimi olmayıb. Hazırda təqsirləndirilən şəxs vəfat etdiyi üçün cinayət işinin icraatına xitam verilməsini xahiş etmişəm”.
Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. 
Məhkəmə sənədlərindən məlum olur ki, məhkəmə istintaqı aparılan zaman Musa vəfat edib. Rəsmi sənədlərə görə, Musa 12 sentyabr 2024-cü il tarixdə yaşadığı evdə ölüb.
Məhkəmə sənədlərinə görə, ibtidai istintaq orqanı tərəfindən Musanın barəsində Cinayət Məcəlləsinin 127.1 və 151-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlinib. 
Məhkəmənin hökmünə əsasən, Musanın Cinayət Məcəlləsinin 127.1 və 151-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri