“Məni təhqir etdilər, alçaltdılar” Obameyanq
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın "Deportivo" klubunun 37 yaşlı hücumçusu Pyer-Emerik Obameyanq Qabon milli komandasında karyerasını başa vurduğunu elan edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Afrika Kubokunda zədəli halda oynamağıma baxmayaraq, məni təhqir etdilər, alçaltdılar və adımı ləkələməyə çalışdılar. Bu, səbir kasasını dolduran son damla oldu və mən burada dayanmaq qərarına gəldim", - deyə o, söyləyib.
Xatırladaq ki, Qabon hökuməti milli komandanın tarix boyunca ən yaxşı bombardiri olan Obameyanqı 2026-cı il Afrika Millətlər Kubokunda yığmanın uğursuzluğunda günahlandırmış və bundan sonra komandanı müvəqqəti olaraq buraxmışdı.
Məlumat üçün bildirək ki, bu, Obameyanqın məyusluq səbəbindən milli karyerasını bitirdiyini elan etdiyi ilk hal deyil. O, 2023-cü ildə də siyasi şərhinə görə yaşanan problemlərdən sonra oxşar bir qərar vermişdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:112
Bu xəbər 04 Sentyabr 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















