Icma.az
close
up
RU
“Mənim canımı niyə aldılar? Gül kimi ailəmizi dağıtdılar...”

“Mənim canımı niyə aldılar? Gül kimi ailəmizi dağıtdılar...”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Yaxınları bir neçə gün əvvəl vəfat edən Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayevanın ölümündə həkim səhlənkarlığı olduğunu iddia edir.

Bu şikayətlə “Qafqazinfo”ya mərhumun həyat yoldaşı Aydın İsayev müraciət edib.

O bildirib ki, yoldaşını kəskin baş ağrısı və bədəninin uyuşması şikayətləri ilə Gəncədə yerləşən “Ozon Tibb Mərkəzi”nə aparıb: “İyulun 1-dən şiddətli baş ağrıları başladı, eyni zamanda əlində keyimə və hərəkət məhdudiyyəti yarandı. Yoldaşımı sözügedən xəstəxanada MRT müayinəsinə götürdülər. Bunun cavabına əsasən beyində iki törəmə olduğu deyildi”.

Ailə daha sonra MRT nəticəsini Gəncə Mərkəzi Klinik Xəstəxanasına apararaq neyrocərrah Ramis Hüseynova müraciət edib: “O, 10 günlük sistem müalicəsi yazdı. Müalicənin ikinci günündən yoldaşımın vəziyyəti pisləşdi. Xəstəxanada əvvəlcə KT (kompüter tomoqrafiyası) müayinəsi təyin olundu. Həmin gün həkim tərəfindən beşgünlük-ümumilikdə 10 sistemdən ibarət müalicə yazıldı. Müalicənin ikinci gününə kimi qidalanması və vəziyyəti normal olub. Ancaq həkimin yazdığı sistemlər vurulduqca durumu ağırlaşdı, əli və ayağı tamamilə tutuldu.

Bundan sonra isə Bakıda Milli Onkologiya Mərkəzinə yönləndirildik. Burada Emin həkim bildirdi ki, “Gəncədə çəkilmiş MRT nəticələri şübhə doğurur”. Buna görə yenidən MRT çəkilməsi tələb olundu”. 

Şikayətçi qeyd edib ki, təkrar MRT müayinəsindən sonra beyində törəmə yox, qansızma olduğu deyilib: “Həkimlər vəziyyətin kritik olduğunu dedilər. Müsbət irəliləyiş olarsa, müdaxilə edilə bilərdi. Amma yoldaşımın vəziyyəti pisləşdiyi üçün Türkiyədən neyrocərrah dəvət etdim. Türkiyəli həkim xəstənin göz reflekslərinin olmadığını, buna görə də əməliyyatın mümkün olmadığını dedi. Sonradan müdaxilə edilsə belə, vəfat etdi”.

Mərhumun həyat yoldaşı bütün bunlarla yanaşı, xəstənin digər tibb müəssisəsinə göndərilməsi üçün verilən göndərişin gecikdirildiyini deyir: “Bu da müalicənin vaxtında başlanmasına mane oldu. Gedən pullara pis olmuram, onu zamanla yenidən qazanaram. Bəs, mənim canımı niyə aldılar? Gül kimi ailəmizi dağıtdılar, ailə tabloma xətt çəkdilər... Evə gedə bilmirik, ev üstümüzə gəlir. Diaqnoz düzgün qoyulsa və vaxtında lazımi tədbirlər görülsəydi, bəlkə də həyat yoldaşımı xilas etmək mümkün olardı”.

Məsələ ilə bağlı “Ozon Tibb Mərkəzi”nə də sorğu ünvanladıq. Mərkəzdən saytımıza cavab olaraq bildirildi ki, tibb müəssisəsi həkimin verdiyi rəyə görə hüquqi məsuliyyət daşımır: “Kəmalə İsayevanın MRT müayinəsi həkim-radioloq Heydər Əlisəfazadə tərəfindən qiymətləndirilib. Heydər Əlisəfazadə Azərbaycan Tibb Universitetinin məzunudur, Səhiyyə Nazirliyinin sertifikasiyasından keçib və tərtib etdiyi MRT rəylərinə görə şəxsən özü məsuliyyət daşıyır. Radioloq MRT görüntülərini qiymətləndirərkən rəyində beyində bədxassəli törəməyə bənzər görüntü olduğunu qeyd edib. Xəstənin ölüm səbəbi həmin törəmədir”.

İttihamlarda adı keçən həkim Ramis Hüseynovla bağlı Gəncə Mərkəzi Klinik Xəstəxanası ilə əlaqə saxladıq. Lakin xəstəxanadan bildirdilər ki, bununla bağlı cavab vermək istəmirlər.

Fatimə Şahverdiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 İyul 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri