Icma.az
close
up
RU
“Mənim idealım azad və demokratik Belarusdur“ Nikolay Statkeviç

“Mənim idealım azad və demokratik Belarusdur“ Nikolay Statkeviç

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Belarus siyasi mübarizəsinin rəmzi azadlığa buraxılsa da, Vətəni tərk etməkdən imtina edib..."

11 sentyabr 2025-ci ildə Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koel ilə Aleksandr Lukaşenko arasında beş saat davam edən danışıqlardan sonra sensasiyalı xəbər yayılıb: 52 siyasi məhbus azadlığa buraxılıb. Bu, Donald Tramp administrasiyası ilə Lukaşenko rejimi arasında əldə olunmuş qeyri-rəsmi razılaşmanın nəticəsi idi.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Razılaşmanın kölgəsində sərt qərar

Məlumatda deyilir ki, Vaşinqton "Belavia"ya qarşı tətbiq olunmuş sanksiyaları ləğv edib, əvəzində Belarusdan bir çox tanınmış müxalif simalar azadlığa çıxıb. Lakin həmin məhbuslar arasında ən çox diqqət çəkən şəxs, Belarus müxalifətinin "dirəniş rəmzi" sayılan 69 yaşlı Nikolay Statkeviç olub.

O, digər məhbuslardan fərqli olaraq Litvaya aparılmaqdan imtina edib və sərhədi keçməyərək ölkəsində qalıb. Şahidlərin dediyinə görə, o, avtobusdan güclə düşüb, qaçaraq yenidən Belarus ərazisinə daxil olub. Bir müddət sonra isə onun maskalı şəxslər tərəfindən zorla geri aparıldığı barədə məlumat yayılıb.

Milli ordu ideyası ilə başlayan yol

Statkeviç hələ sovet dövründə Belarus kimliyinə sadiqliyi ilə seçilən gənc zabit olub. Minsk Ali Hərbi Mühəndislik Məktəbini bitirdikdən sonra Rusiyanın şimalında xidmət edib. Orada belarus dilində kitablar oxumağa, milli tarixlə maraqlanmağa başlayıb. Bu, sovet dövründə gizli saxlanılan, "təhlükəli" hesab olunan bir addım idi.

SSRİ dağılan günlərdə o, həmfikirləri ilə birlikdə Belarus Hərbçilərinin Birliyini quraraq hərbçiləri Moskvanın əmrlərinə tabe olmamağa çağırıb. O, milli ordunun müstəqillik rəmzi olacağına inanıb. Lakin çox keçmədən onun hərbi karyerası sona çatıb- Belarusun KTMT-yə qoşulmasına qarşı çıxması "zabit adına xələl gətirmək" kimi qiymətləndirilib və ordudan uzaqlaşdırılıb.

Siyasətdə prinsiplər və təqiblər

Statkeviç 1990-cı illərin ortalarında siyasətə atılıb, Sosial-Demokrat Partiyasına rəhbərlik edib. 1999-cu ildə Belarusun Rusiya ilə birləşdirilməsinə qarşı "Azadlıq Yürüşü"nün əsas təşkilatçılarından biri olub. 2004-cü ildə seçki saxtakarlıqlarına etiraz mitinqlərinə görə azadlıqdan məhrum edilib. 2010-cu ildə prezidentliyə namizəd kimi seçkilərə qatılmağa çalışıb, lakin etiraz aksiyalarından sonra altı illik həbs cəzası alıb.

2014-cü ildə qismən əfv edilərək azadlığa çıxıb, lakin 2020-ci ildə yenidən saxlanılıb. Bu dəfə onun günahı Svetlana Tixanovskayanı dəstəkləməsi və seçkiqabağı piketlərdə iştirak etməsi olub. 2021-ci ildə məhkəmə ona 14 il həbs hökmü oxuyub. "Amnesty International" Statkeviçi bir neçə dəfə "vicdan məhbusu" elan edib.

Qərbin alqışladığı, ancaq tamamlanmayan azadlıq

Trampın təzyiqləri ilə sentyabrda yenidən azadlığa çıxıb. Lakin müxalifət liderlərinin çoxu Litvaya, təhlükəsizliyə üz tutduqları halda, Statkeviç bu yolu qətiyyətlə rədd edib. Onun davranışı həm dramatik, həm də rəmzi olub: sərhədi keçməmək, öz ölkəsini tərk etməmək mövqeyi ilə o, müxalifətin əsl "Vətənində qalma iradəsini" nümayiş etdirib.

Svetlana Tixanovskayanın müşaviri Franak Veçorka "Reuters"-ə açıqlamasında belə deyib: "Bu, əsl dramdır. Statkeviç Vətəni tərk etmədi, halbuki rejim insanlara seçim haqqı qoymur: ya ölkəni tərk edirsən, ya da həbsxanaya salınırsan". Hazırda onun harada olduğu barədə rəsmi məlumat yoxdur. Lakin Litva sərhədçilərinin bildirdiyinə görə, o, qısa müddət neytral zonada qaldıqdan sonra Belarus ərazisinə geri dönüb.

Dəyişməyən ideal

Statkeviç hələ 2005-ci ildə, ilk dəfə məhkum olunanda belə deyib:  "Məni dörd yol gözləyirdi: mühacirət, "kimya", zona və güllə. Mən mühacirəti dərhal rədd etdim, çünki ideallarımı satmayacağam. Mənim idealım demokratik və azad Belarusdur". Bugünkü hadisələr göstərir ki, o, bu sözlərinə sadiq qalıb. Azadlıq qazansa da, həqiqi azadlığı yalnız Belarusun özündə, doğma torpağında görür. Onun taleyi indi naməlumdur, amma prinsiplərinə sadiqliyi artıq Belarus siyasi mübarizəsinin rəmzinə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Sentyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri