Icma.az
close
up
RU
“Mənim yerimə kim olsaydı, premyer liqada işləmək istəyərdi”

“Mənim yerimə kim olsaydı, premyer liqada işləmək istəyərdi”

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gələn mövsümdən elitada mübarizə aparacaq “İmişli”nin baş məşqçi postuna portuqaliyalı mütəxəssis Kriştiano Souzanı gətirəcəyi deyilir.

“Futbol+”ə açıqlama verən klubun idarə heyətinin sədri Aqşin Mürsəlov da bu ehtimalı təsdiqləyib. Biz “İmişli”ni premyer-liqaya çıxaran Fərid Namazovun da bu məsələ ilə bağlı mövqeyini öyrəndik:

“Bu xəbərləri ancaq mətbuatdan izləyirəm. Komanda ilə iyunun əvvəlinə qədər müqaviləm var. Yəqin ki, bu barədə oturub rəhbərliklə söhbət edəcəyik. Başqa heç nə deyə bilmərəm. Komandanın premyer-liqaya yüksəlməsi tək mənim yox, rəhbərliyin, digər məşqçilərin, futbolçuların və azarkeşlərin də əməyinin məhsuludu. Davam edib premyer-liqa təcrübəsi yaşamaq istərdik. Yenə də son qərar rəhbərliyindi. Mənim müqaviləmin müddəti bitir. Uyğun olsa, qalacam, olmasa da, yollarımız ayrılacaq. Amma həqiqətən də, hələ ki ciddi məsələ yoxdu ortada. Portuqaliyalı məşqçini jurnalistlər görüb, ona görə elə yazırlar, onları da başa düşürəm. Bacardığım qədər soyuqqanlı olmağa çalışıram, peşəkarlığı qoruyuram. Hazırda müqaviləmin müddəti davam edir. Aqşin Mürsəlovun nə dediyini heç tam bilmirəm. Bu barədə söhbətimiz də olmayıb. Axırıncı dəfə İmişlidə görüşmüşük. Bu işin özəyində var ki, məşqçi gəlir, məşqçi gedir. Mənim yerimə kim olsaydı, premyer-liqada işləmək istəyərdi. Əziyyət varsa, komandanı elitaya çıxarmışıqsa, bəlkə də işləməyə şans olar”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyun 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri