Icma.az
close
up
RU
Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim

Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Bu dəqiqə heç kimi günahlandırmağa haqqım yoxdur. Əgər kimisə günahlandırsam, gərək onu bu vəziyyətə gətirəni günahlandırım. Biz özümüz zəmanəni idarə edirik. Niyə incəsənətin bugünki vəziyyətindən narazı olmalıyam? Dramaturq yazmırsa, yoxdursa, götür klassikadan istifadə et. Aktyor seçilmirsə, əlifbadan başlayaq".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı rejissor Nail Naiboğlunun yutub layihəsində deyib. Aktrisa sənət adamlarının həyatından, incəsənətdən danışıb:

"Aktyora dərs deyən müəllimlərdən başlayaq. Ona bu sənəti öyrədən, necə gözəl məbəd olduğunu deyir. Bu məbəddən girmək üçün hər şeyini qurban verməlidir. Sənətkarın pulu, gözəl şəraiti olmur. Sənətkarın 99,99 faiz mənzili olmur. Bunu bilə-bilə sənətə gedir. Niyə? 2 saat, 45 dəqiqəlik çıxışında arzularını oynayır, özünü kral hesab edir. Aktyora bunları başa sala-sala sənətə gətirmək lazımdır. O bilməlidir ki, qurban gedir. Əbəs yerə demirlər ki, incəsənət qurban tələb edir. İnsan hansısa səhvi ya qudurğanlıqdan, ya da ehtiyacdan edir".

Aktrisa qadın-kişi münasibətlərindən danışıb:

"Ərlə arvad ailədə öz arasında fərq qoymamalıdır. Qadın ərini kiçiltməməlidir. Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim. Həyat yoldaşı sənin "emblemin"dir. Başının tacı, kişindir. Elə ev yoxdur ki, ora hər şey əla düşüb. Sevgi bir müddət sonra hörmətə, öyrəşməyə çevrilir. İstər həyatda, istər həyat yoldaşının yanında pərdə götürməməlisən. Qadının üstündə nəzarət güclü olmalıdır. Heç kim inciməsin. Qadının üstündə zəhm olmalıdır. Yumruqdan yox. Bir dəfə kanal rəhbərinə zəng vurdum ki, eyibdir, nəvəm, gəlinim baxır. Qorxuram, bizə gələndə televizoru söndürürdüm. Cavab verdi ki, bilirsiz bu veriliş nə qədər qonorar gətirir".

Aktrisa "Niyə yeni aktyorlar yetişmir" sözlərinə etiraz edib: 

"Bu qədər eqoist olmaq olmaz. Cavan uşaqlar var. Aktyor 120-130 manat alırdı. 50 faiz artanda 75 manat edir. Bir də kateqoriyalar: əyalət, şəhər, akademik... Aktyorların da ailəsi, balası var. İstəyirlər balalarını tanısınlar.  Aktyorun məşq vaxtı ürəyi gedib. Təcili yardım gəlib ki, acdır. Bir dəfə dostuma dedim niyə çəkilmirsən? Dedi, Sumqayıtdan durub Bakıya gəlmək üçün avtobus və metroya minlməliyəm. Yolda öləcəyəm, basdıranda bilməyəcəklər kiməm. Ondansa oturmuşam evimdə. Niyə deyirəm ki, dərdinizi danışmayın? Siz məhkumsunuz".

Bəşirqızı yaşadığı küsülülüklərdən söz açıb:

"Mən də yalan danışmışam: kiminsə çantamda nəyinsə olduğunu bilməməsi üçün. Müqəddəs yalan danışmışam: kiminsə evini yıxmadan. Hər bir insanı bağışlayaram, ürəyimdə kin yoxdur. Xətrimə dəyəni silirəm. 15 il danışmadığım adamla səhnədə birlikdə rol oynadım. Gəldi, qarşımda diz çökdü. Dedim, aktyoruq, bir səhnədə oynaya bilərik. Amma get işinlə məşğul ol, səni insan saymıram. Tək Afaqla olmaz. Səhnədə gül, alqış lazımdır. Başıma yığmışam cavanları, orta yaşlıları. Mənim tamaşamda onlar xoşbəxt olurlar. Buna görə mənə paxıllıq çəkmək olmaz. Bilmirsən bir saat yarım səhnədə nələr çəkirəm. Yenə də bu vəziyyətdə səhnəyə çıxır, gülüş payını tamaşaçıya verirəm". (Axşam.az)
Milli.Az
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Aprel 2026 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri