Mənzil almamışdan əvvəl bunu mütləq yoxlayın ÇAĞIRIŞ
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Bakıda yeni tikilən binalarda mənzillərin səs izolyasiyası ilə bağlı narazılıqlar tez-tez gündəmə gəlir. Bəzi sakinlər qonşu mənzildən gələn danışıq səslərini, televizorun səsini, hətta adi addım səslərini belə eşitdiklərini deyirlər. Xüsusilə körpə uşağı olan ailələrlə qonşular arasında bu məsələ bəzən mübahisəyə səbəb olur.
Bəs Bakıda yeni tikilən binalarda səs izolyasiyası niyə zəif olur? Əsas səbəb nədir?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan tanınmış memar Cahid Həsənov bildirib ki, yeni tikilən binalarda səs izolyasiyası mütləq təmin olunmalıdır: pizza
“Bu gün yeni izolyasiya texnologiyaları kifayət qədər geniş yayılıb. Əvvəllər belə imkanlar o qədər də əlçatan deyildi. Xüsusilə də yeni tikilən və yüksək qiymətə satışa çıxarılan binalarda MTK-lar mütləq səs izolyasiyasını təmin etməlidirlər. Təkcə “Üzü dənizə baxır” kimi reklamlarla mənzil qiymətlərini artırmaq düzgün deyil.
Alıcılar da mənzil seçərkən bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Əminəm ki, MTK-lar alıcıların əsas tələblərindən birinin səs izolyasiyası olduğunu görsələr, bu şəraiti təmin etmək üçün müvafiq addımlar atacaqlar”.
Novator-memar Muxtar Ərturan deyib ki, “VR Standartları 2026 — VR Adaptiv Erqonomik Ölçü Sistemi” daxili məkanların layihələndirilməsi, erqonomik ölçülər, tikinti, akustika və izolyasiya sistemləri ilə bağlı müasir tələbləri əhatə edən normativ sənəd kimi təqdim olunur.
“Bu çərçivədə bir neçə əsas istiqamət nəzərdə tutulur:
Erqonomik ölçü sistemi: Yaşayış sahələrinin, daxili məkanların və mebellərin insan anatomiyasına və rahatlığına uyğun ölçülərlə planlaşdırılması.
Səs izolyasiyası və akustika: Mənzillərdə danışıq, musiqi kimi hava səslərinin, eləcə də yerimə və vibrasiya nəticəsində yaranan zərbə səslərinin qarşısının alınması üçün xüsusi izolyasiya materiallarından, akustik panellərdən və texniki qat sistemlərindən istifadə qaydaları.
Pəncərə və qapı sistemlərinin səs və iqlim uyğunluğu: Pəncərə, qapı və şüşə konstruksiyalarının xarici səs-küyə, temperatur dəyişikliklərinə və digər ətraf mühit amillərinə qarşı davamlılıq göstəricilərinin müəyyənləşdirilməsi.
Sənədin əsas məqsədi tikinti, interyer dizaynı və mənzil təmiri zamanı yaşayış rahatlığını, təhlükəsizliyi və tikinti keyfiyyətini yüksəltməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Noyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















