“Mənzil təminatı sahəsində gördüyü işlər nümunəvidir” KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan hökumətinin davamlı şəhərsalma sahəsində nümayiş etdirdiyi liderlik yüksək qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, bunu Somalinin ictimai işlər, yenidənqurma və mənzil naziri Əyyub İsmayıl Yusif WUF13 çərçivəsində keçirilən “Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı” mövzusunda panel müzakirəsi zamanı deyib.
Nazir xüsusilə vurğulayıb ki, Bakıdakı yüksək səviyyəli görüş beynəlxalq əməkdaşlığın gücləndirilməsi və davamlı inkişaf üzrə dialoqun inkişafı baxımından mühüm platformadır.
Onun sözlərinə görə, Azərbaycanın mənzil təminatı, şəhərlərin inkişafı və inklüziv siyasət istiqamətində gördüyü işlər bir çox ölkələr üçün nümunə təşkil edir.
O qeyd edib ki, mənzil məsələsi yalnız sosial xidmət deyil, həm də insan ləyaqətinin, sosial inteqrasiyanın və təhlükəsiz gələcəyin əsas sütunlarından biridir.
Nazir əlavə edib ki, iqlim dəyişiklikləri, urbanizasiya və sosial problemlər fonunda dayanıqlı yaşayış məkanlarının yaradılması bütün dövlətlərin ortaq məqsədinə çevrilməlidir.
Somali hökumətinin də ölkədə bərpa, yenidənqurma və davamlı inkişaf istiqamətində yeni şəhərsalma və mənzil siyasətini prioritet elan etdiyini bildirən nazir xüsusilə məcburi köçkünlərin və həssas icmaların yaşayış şəraitinin yaxşılaşdırılması üçün işlərin davam etdirildiyini vurğulayıb.
Çıxışının sonunda somalili nazir iştirakçıları əməkdaşlığı genişləndirməyə çağıraraq, beynəlxalq tərəfdaşlığın dayanıqlı və təhlükəsiz şəhərlərin qurulmasında əsas rol oynadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 May 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















