Icma.az
close
up
RU
Mənzilə vay, medala vay, fəxri ada vay və “Nömrə 1” davası… Təbriz VƏFALI YAZIR

Mənzilə vay, medala vay, fəxri ada vay və “Nömrə 1” davası… Təbriz VƏFALI YAZIR

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Təbriz VƏFALI

***

Azərbaycan dünyada yeganə dövlətdir ki, yalnız bizim ölkədə jurnalistikanın inkişafı, onun ictimai və dövlət maraqlarına uyğun şəkildə tərəqqi etməsi üçün medamıza dövlət dəstəyi göstərilir. Məsələn, respublikamızda media orqanlarının maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması, jurnalistlərin mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Hətta 411 mətbuat nümayəndəsinə mənzilin təmənnasız verilməsi və hədiyyə edilməsi də dünyada analoqu olmayan təqdirəlayiq addımdır. Amma... 

2013-cü ildə jurnalistlər üçün tikilmiş birinci binadan mənzil almaq üçün müraciət edən və ev ala bilməyən 1200 nəfər arasında yeganə mətbuat nümayəndəsi mən oldum ki, etiraz etmədim. Hətta KİV-lərdə dərc olunan məqalələrimdə,  müsahibələrimdə, açıqlamalarımda, sosial şəbəkələrdəki statuslarımda həmkarlarıma müraciət etdim ki, etirazı bir kənara qoyub dövlət başçısına dəstək olaq, prezidenti dəstəkləyək və onu ruhlandıraq ki, jurnalistlər üçün daha çox binalar tikilsin, fəxri ad, medal, diplom alacaq jurnalistlərimizin sayı ilbəil artsın.

Amma müraciətimin faydası olmadı. 2-ci bina üzrə mənzil alanların siyahısı ictimaiyyətə təqdim olunduqdan sonra mənzil alan jurnalistlərə qarşı “qara piar”ın aparılması, dövlət başçısının jurnalistlərin mənzillə təmin olunması ilə bağlı siyasətinin ziddinə olaraq təbliğat mexanizminin işə düşməsi, İlham Əliyevi dəstəkləmək əvəzinə prezidentin əvəzsiz xidmətlərinə kölgə salınması nəticəsində jurnalistlər üçün tikilmiş üçüncü bina şəhid və qazi ailələrinə verildi. Və jurnalistlər üçün bir daha bina tikilməyəcək...

İyulun 21-də dövlət başçısı bəzi həmkarlarımıza “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun, 1-ci və 3-cü dərəcəli “Əmək” ordeninin, “Tərəqqi” medalının, “Əməkdar jurnalist” fəxri adının və fərdi təqaüdün verilməsi ilə əlaqədar sərəncam imzalayıb. 

Həmin sərəncam yayımlanandan üzübəri bəzi mətbuat nümayəndələri sosial şəbəkələrdə söz davasına, qiyama qalxıblar. 

Srağagündən etibarən sosial şəbəkələrdə oxuduğumuz statuslar “Mənim haqqıma girdilər, mənim medalımı, fəxri adımı başqasına verdilər”, “Öz adamlarını irəli çəkdilər”, “Filan jurnalisti tanımıram, ona niyə veriblər?” “Bəhmənkəsi nəzərə almalıydılar”, “Filankəsin mətbuatda xidməti azdır”, “Peşəkar və tanınmış jurnalistəm, amma medal, fəxri ad almaq üçün “yuxarıda” adamım yoxdur” və sair barədədir.

Baxırsan ki, iki xəbər, bir məqalə yazan, peşəkar mətbuatda yenicə addımlamağa çalışan özünü mətbuatın kralı, bir nömrəlisi elan edir, fəxri ad, medal və fərdi təqaüd davası döyür. Yaxud, yanan odun üstünə benzin tökmək istəyənlər yazırlar ki, ay filankəs, sənin haqqın idi, medal, fəxri ad almalıydın. Belələrinin qazına gələnlər də başlayıblar ki, mən filankəsdən üstünəm və 1 nömrəli jurnalistəm, mənə niyə vermədilər, filan...  

Həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Amma atalarımız deyib ki, başına gələn başmaqçı olar. Mənzil məsələsinə görə aparılan “qara piar”, dövlət başcısının əleyhinə, onun mediaya dəstək siyasətinin ziddinə aparılan təbliğat nəticəsiz qaldı və jurnalistlər üçün tikilmiş 3-cü bina həmkarlarımıza verilmədi. Ona görə də gəlin birlikdə ölkə rəhbərinə  dəstək olaq, onu ruhlandıraq ki, növbəti illərdə daha çox jurnalist həmkarımız fəxri ad, medal, fərdi təqaüd alsın. 

Əks halda qısqanclığımız, paxıllığımız öz başımızı yeyəcək, həm Əli aşından, həm də Vəli aşından olacağıq...

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 İyul 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri