Icma.az
close
up
RU
Mənzillərdə istilik sayğaclarının quraşdırılması kimə sərf edəcək?

Mənzillərdə istilik sayğaclarının quraşdırılması kimə sərf edəcək?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əhaliyə verilən istilik enerjisi mütləq şəkildə sayğacla ölçülməlidir".

Bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev yerli mediaya verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, istilik sayğaclarının quruluşu qaz, su və elektrik sayğaclarından fərqli olaraq daha mürəkkəbdir. Mənzillərə istilik bir nöqtədən deyil, bir neçə boru xətti vasitəsilə ötürüldüyü üçün hər batareyaya ayrıca sayğac quraşdırmaq həm texniki, həm də inzibati baxımdan çətinlik yaradır. Bu səbəbdən qurum prosesin mərhələli şəkildə həyata keçirilməsini planlaşdırır.

Bəs yeni sistemin tətbiqi qiymətlərə necə təsir göstərəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, istilik enerjisinin sayğacla ölçülməsi həm ədalətli, həm də effektiv hesablaşma sisteminə keçidi təmin edə bilər: 

“Artıq əhaliyə verilən istilik enerjisi sayğaclar vasitəsilə ölçüləcək. Bu o deməkdir ki, əvvəlki kimi binalar və mənzillər orta istehlak əsasında deyil, faktiki istifadə etdikləri istiliyə görə ödəniş edəcəklər.Yeni sistemin tətbiqi bütün abonentlər üçün eyni təsir yaratmayacaq.

Daha az istilik istifadə edən ailələr və ya enerji baxımından qənaətli mənzillər (məsələn, yaxşı izolyasiyalı binalar) daha az pul ödəyəcəklər. İstilik itkisi çox olan, pəncərələri çox və divarları termal olmayan binalarda isə ödəniş artacaq, çünki real istehlak daha yüksək olacaq”.

Onun sözlərinə görə, bu vətəndaşları enerji səmərəliliyinə və qənaətə təşviq edəcək:

“Sayğaclı sistemin əsas üstünlüyü ədalətli bölüşdürmədir. Əvvəllər istilikdən az və ya çox istifadə etməsindən asılı olmayaraq, binalarda bütün mənzillər eyni məbləğ ödəyirdi. İndi isə kim nə qədər istifadə edirsə, o qədər də ödəniş edəcək.

Bu, Avropa ölkələrində də tətbiq olunan beynəlxalq təcrübəyə uyğundur. Bununla yanaşı, sayğac sistemi nəzarəti və şəffaflığı artıracaq, enerji itkisi və qeyri-rəsmi itkiləri azaldacaq”.

Ekspert qeyd edib ki, bununla istilik enerjisinə qənaət 10–20 % artıra bilər:

“İstehlakçılar arasında bərabərlik təmin olunacaq, istilik təchizatında şəffaflıq və hesabatlılıq yüksələcək. İstilik enerjisinin sayğacla ölçülməsi ədalətli və səmərəli sistemə keçid hesab olunur.

Lakin bu sistemin tam uğurlu olması üçün sayğacların düzgün quraşdırılması, kalibrasiyası və texniki xidmətinin mütəmadi aparılması vacibdir”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:331
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri