Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Mənzillərdə niyə qaz detektorları yoxdur? AÇIQLAMA

Mənzillərdə niyə qaz detektorları yoxdur? AÇIQLAMA

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Qış fəslinin başlaması ilə dəm qazından zəhərlənənlərin sayı yenidən artıb. Demək olar ki, hər gün dəm qazının səbəb olduğu faciələrə şahid oluruq. Bu cür hadisələrin qarşısını təhlükəsizlik qaydalarına əməl etməklə almaq mümkündür. Mənzillərdə detektorların quraşdırılması qaz sızması halını minimuma endirir.

Bəs nə üçün mənzillərdə detektorlardan istifadə olunmur?

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Metbuat.az-a açıqlamasında bildirib ki, dəm qazı rəngsiz və qoxusuz olduğu üçün insan onu instinktiv olaraq hiss edə bilmir:

“Zəhərlənmə halları ən çox vanna otaqlarında baş verir. Buna görə də ölkəmizdə mövcud qaydalara əsasən, vanna otaqlarında qazla işləyən qurğuların quraşdırılması qadağandır. Qaydalara uyğun olaraq qazla işləyən su qızdırıcıları yalnız mətbəxdə quraşdırıla bilər. Vanna otaqlarında isə yalnız elektrik su qızdırıcılarının istifadəsinə icazə verilir. Bundan əlavə, qazla işləyən su qızdırıcıları olan otaqlarda mütləq havalandırma olmalıdır. Həm süni, həm də təbii havalandırma sistemləri işlək vəziyyətdə saxlanmalı, tüstü bacaları isə ildə ən azı iki dəfə təmizlənməlidir. Qaz cihazlarının quraşdırıldığı mətbəxlərdə isə tavan hündürlüyü minimum 2,2 metr olmalı və otaqda mütləq pəncərə olmalıdır. Təəssüf ki, bəzi hallarda mətbəxlərin pəncərələri ləğv edilir və ya divarla örtülür ki, bu da qətiyyən yolverilməzdir”.

O.Musayev qeyd edib ki, dəm qazının vaxtında aşkar edilməsinin ən effektiv yollarından biri qaz detektorlarının istifadəsidir:

“Avropa ölkələrində bu detektorların quraşdırılması geniş yayılıb və bu işlə lisenziyalı şirkətlər məşğul olur. Təəssüf ki, ölkəmizdə hələ də qaz detektorlarının quraşdırılması ilə bağlı effektiv tədbirlər görülmür. Bununla belə, hər kəs fərdi şəkildə satış məntəqələrindən qaz detektoru əldə edib istifadə edə bilər.

Dəm qazından qorunmağın ən vacib yolu düzgün havalandırmanı təşkil etməkdir. Evlərdə və digər qapalı məkanlarda mütəmadi olaraq havalandırma aparmaq zəhərlənmə riskini xeyli azalda bilər”.

Bəs mənzillər qazlaşdırılarkən sayğacla yanaşı, detektorlarla da təmin olunur?

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, mənzillərin qazlaşdırılmasını “Azəriqaz” İB həyata keçirmir:

“İstənilən mənzilin qazlaşdırılması məqsədilə ASAN Kommunala xüsusi mülkiyyət sənədləri ilə müraciət edilir. Əgər mənzil yeni standartlara və texniki parametrlərə uyğun olarsa, “Azəriqaz” İB həmin müraciət əsasında texniki şərt hazırlayaraq sahibkara təqdim edir. Bundan sonra sahibkar xüsusi lisenziyası olan podratçı şirkətlərdən birini seçərək binanın qazlaşdırılmasını həyata keçirir. Biz yalnız texniki şərti təqdim edirik.

Detektorlar məsələsinə gəlincə, “Azəriqaz” İstehsalat Birliyi texniki şərti təqdim edərkən detektorların quraşdırılmasını məcburi qaydada qeyd edir. Yəni texniki şərtdə bu tələb öz əksini tapır. Əgər yeni tikilən binalarda detektorlar quraşdırılmırsa, “Azəriqaz” İB həmin binanın qazlaşdırılmasını təhvil almır, çünki texniki şərtin tələbləri yerinə yetirilməmiş sayılır”.

Qurum rəsmisi qeyd edib ki, köhnə binalarda isə vəziyyət bir qədər fərqlidir:

“Bu hallarda yalnız texniki müayinələr zamanı “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları mənzil sahiblərinə detektorları öz şəxsi vəsaitləri hesabına əldə etməyi tövsiyə edirlər. Bunun üçün böyük maliyyə vəsaiti tələb olunmur və onların quraşdırılması vacib təhlükəsizlik tədbiri hesab olunur. Lakin yeni binalarda detektorların quraşdırılması artıq məcburi şərt kimi irəli sürülür və qazlaşdırma yalnız bu tələb yerinə yetirildikdə həyata keçirilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Fevral 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri