Icma.az
close
up
RU
Ən çox bahalaşma hansı mənzillərdə olub?

Ən çox bahalaşma hansı mənzillərdə olub?

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ildə daşınmaz əmlak bazarının bütün sektorlarında qiymət artımı baş verib. Torpaq sahələri, yaşayış və qeyri-yaşayış sahələri (obyektlər), eləcə də yeni və köhnə binalarda yerləşən mənzillərdə bahalaşma davam edib.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə il ərzində daşınmaz əmlak orta hesabla 15% bahalaşıb. İlin sonunda isə qiymət artımı daha da sürətlənib: «Bu, həm vətəndaşların, həm də sahibkarların il ərzində topladıqları gəlirlərini ilin sonunda müvafiq istiqamətlərə investisiyalara qoyması ilə bağlıdır. Bu da daha çox daşınmaz əmlak olur. Çünki hazırda investisiya yatırmaq üçün digər istiqamətlər o qədər də əlverişli deyil. Bu baxımdan noyabr-dekabr aylarında əmlakın qiymətində artım daha sürətli olur».

AQC sədri qeyd edib ki, ən çox bahalaşma torpaq sahələrində və bünövrədən tikilən tikililərdə baş verib:

«Ötən il torpaq sahələri təxminən 20%, bünövrədən tikilən yeni tikililər 16% bahalaşıb».

Ekspert əmlak bazarında bahalaşmanın 2026-cı ildə də davam edəcəyini gözləyir. Çünki tikintinin maya dəyəri də artır: «İqtisadi vəziyyət nə qədər çətin və ya maliyyə problemləri mövcud olsa da, daşınmaz əmlakın başa gəlmə xərcləri, onlara yönələn xərclər zaman keçdikcə artıdığna görə – yəni, tikinti materiallarının, işçi qüvvəsinin, yanacağın qiymətlərində artım olduğuna görə, bir kvadratmetrin başa gəlmə xərcləri 2026-cı ildə də artacaq. Belə olduğu halda, bazara təklif qiymətlərinin də artacağı gözlənilir».

Qiymətləndiricilər Cəmiyyətinin sədri bildirir ki, indiyədək olduğu kimi, 2026-cı ildə də investisiya bazarında daşınmaz əmlakı əvəz edəcək yatırım istiqaməti olmayacaq. Ona görə də investorlar yenə də ən çox əmlaka yatırım edəcəklər.

“Çünki ağır iqtisadi vəziyyət proqnozaları və qiymətlərin bahalaşması vətəndaşları daha çox daşınmaz əmlak bazarına yönəldir. Daşınmaz əmlak öz ehtiyatlarını, kapital yığımını qorumaq üçün ən etibarlı istiqamətdir. Hal-hazırda banklara o qədər də depozitlər qoyulmur, yatırım üçün daşınmaz əmlak sahəsi prioritet hesab olunur”, – deyə sədr əlavə edib.

Vüqar Oruc daşınmaz əmlakın qiymətlərinin stabilləşmə şərtlərindən də danışıb:

“Daşınmaz əmlakın qiymətində stabilləşmə və ya hər hansı enmə o zaman mümkün ola bilər ki, alternativ investisiya istiqamətləri olsun, fond birjaları, qiymətli kağızlar birjaları çalışsın. Bu da, yaxın prespektivdə görünmür”.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Yanvar 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri