Mənzillərin qiyməti niyə bahalaşır?
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mənzil bazarında bahalaşma davam edir. Xüsusilə də, Bakıda bu artım daha dərindən hiss olunur.Təbii ki, qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Çünki ən azından son illər , son aylar tikinti materiallarının qiyməti də bahalaşıb. Bu, qiymət artımına baxmayaraq, sakinlər yeni mənzillər almaqda israrlıdır.
Əmlak üzrə ekspert İlham Kərimli bildirir ki, bir çox adamlar əldə etdikləri vəsaiti mənzil almağa yönəldirlər. Onlar düşünürlər ki, əldə pul, qızıl saxlamaqdan isə mənzilə yatırım etsələr daha sərfəli və etibarlıdır.Məsələyə belə kontekstindən yanaşanlar haqlıdırlar. Ən azından ona görə ki. Bakıda mənzillərin qiyməti ucuzlaşmaq əvəzinə, hər ay yüksəlir.İkinci bir məsələ isə süni qiymət artımı ilə bağlıdır.
Bax , bu, süni qiymət artımı yaradan amilləri aradan qaldırmaq lazımdır. Buna da şərait yaradan mənzil bazarına hegemonluq edən qüvvələrdir.O qüvvələr isə hər şeyə nəzarət edir, özlərinə sərf edəndə qiyməti aşağı salır, sərf etməyəndə qaldırırlar. Belə addımlar isə əhali arasında narazılıqlar yaradır, başqa sözlə demiş olsaq, mənzil bazarında xaosun baş alıb getməsinə rəvac verir. Görünən odur ki, mənzil bazarına diqtə edənlər bahalaşmadan milyonlar qazanır, ev alanlar isə böyük maddı ziyana düşürlər!!!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 27 Mart 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















