Icma.az
close
up
RU
Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər...

Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər...

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda, xüsusən paytaxt Bakıda mənzillər qiyməti kifayət qədər yüksəkdir. Bununla belə, qiymət artımı dayanmır, bahalaşma davam edir.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Bankın “Pul Siyasəti İcmalı – Avqust 2025” buraxılışında da 2025-ci ilin II rübündə mənzil bazarında qiymət artımının müşahidə edildiyi bildirilir. Qeyd olunur ki, bu ilin II rübündə qiymət indeksi 1-ci rübə nəzərən 1.1 faiz artıb.

Ümumilikdə isə son bir il ərzində mənzil bazarında 14 faizə qədər bahalaşma müşahidə olunur.

Eyni zamanda, mülkiyyət hüququ əldə edən daşınmaz əmlakların sayında azalma var. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 204 min 494 əmlakla bağlı mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 207 mindən çox olub.

Əslində, mənzil bazarında qiymət artımı təəccüblü deyil. Çünki Bakıda tikintilərin sayı əvvəlki illərlə müqayisədə kəskin azalıb. İlkin mənzil bazarında təklif olunan daşınmaz əmlakların sayı əvvəlki illərdə olduğu qədər çox deyil. Təklif azaldıqca qiymətlər də bahalaşır.

Digər tərəfdən, Bakının mərkəzi hissəsində (“Sovetski”, “Kubinka” və s.) və s. yerlərdə aparılan söküntülər zamanı əhaliyə ödənilən kompensasiyalar da mənzil bazarına təsir göstərən amillərdəndir. Evləri sökülən vətəndaşların əlində pul kütləsi yaranır və onlar özlərinə yeni evlər almaq üçün kütləvi şəkildə mənzil axtarışına başlayır. Bu da dərhal bazarda fəallığa səbəb olur və qiymətlərə təsir göstərir.

İpoteka kreditləri də mənzil bazarında canlanma yaratmaqla yanaşı, həm də bahalaşmaya gətirib çıxaran faktorlardan hesab edilir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 02:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri