Icma.az
close
up
RU
Məqsəd Azərbaycanın gələcəyini möhkəm təməllər üzərində qurmaqdır Mövqe

Məqsəd Azərbaycanın gələcəyini möhkəm təməllər üzərində qurmaqdır Mövqe

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

“2019-cu ilin noyabr ayında ölkədə bir ilk olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzdində Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə Əlaqələr Şöbəsi təsis olundu. Bu təsisat ilk dönəmdə ölkənin siyasi camiəsində xüsusi rezonans doğurmasa da, zaman keçdikcə siyasi münasibətlər sistemində yeni bir mərhələnin başlanğıcının qoyulduğu məlum oldu. Belə ki, yeni təsis edilmiş şöbənin rəhbərliyi ilk gündən etibarən ölkədə fəaliyyət göstərən siyasi təşkilatlarla dialoq və ən əsası da qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atmış oldu. Təbii ki, bu fəaliyyət Azərbaycan Prezidenti cənab İlham Əliyevin elan etdiyi yeni siyasi münasibətlər sisteminin bərqərar olmasının vacibliyi ilə bağlı sərgilədiyi siyasətin reallaşması kontekstində göstərilən ardıcıl və məqsədyönlü siyasətin həyata keçirilməsi üçün göstərilən fəaliyyət kimi qiymətləndirilməlidir. Tarix sübut etmişdir ki, milli birliyə nail olmaq istəyən lider və sərkərdə, cəmiyyəti dövlət və milli maraqlar baxımından vahid mövqedən çıxış etməyə yönəltməklə böyük nailiyyətlər əldə edə bilir. Azərbaycan Prezidenti də bu ənənəni müasir dövrün tələblərinə uyğunlaşdıraraq milli birliyin yeni siyasi modelini formalaşdırdı. Əslində uzun illər davam edən mənəvi parçalanma və torpaqlarımızın işğal altında olması da bu modelinformalaşdırılmasını labüd etmişdi”.
Ölkə.az xəbər verir ki, bunu  Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Deputatın sözlərinə görə,  yeni siyasi konfiqurasiya, siyasi institutların böhran vəziyyətindən çıxarılması və onları dövrün çağırışlarına hazırlamaq məqsədi daşıyırdı və hesab edirəm ki, qarşıya qoyulan hədəflərə çatıldı. “Siyasi partiyalarla kommunikasiyalar bərpa edildi, münasibətlər sisteminə qarşılıqlı hörmət və dialoq ruhu gətirilmiş oldu. Hətta pandemiya dövrünün çətinliklərinə baxmayaraq, yeni təsis edilmiş şöbə, hörmətli Ədalət Vəliyevin rəhbərliyi ilə bu prosesi düzgün istiqamətləndirə bildi”, -o vurğulayıb.
Deputat bildirib ki, 2020-ci ilin iyulunda Ermənistanın Azərbaycana qarşı təxribatları və ardınca baş vermiş 44 günlük Vətən müharibəsi cəmiyyətdə siyasi məsuliyyət anlayışını yenidən müəyyənləşdirmiş oldu: “Bu dövrdə dövlətçilik ənənələrinə sadiq siyasi partiyalar milli maraqlar naminə vahid mövqedən çıxış edərək bu tarixi sınaqdan üzüağ çıxdılar. Bu ağır günlərdə iqtidar-müxalifət birliyinin sarsılmazlığı vahid Azərbaycan modelini dünya üçün nümunəyə çevirdi. Qürurluyam ki, müxalifət partiyası olaraq, biz də xalqımızın ümummilli məsələlərinin həllində üzərimizə düşən tarixi məsuliyyəti dərk edərək, dövlət maraqlarını hər şeydən üstün tutduq. Qələbədən sonra Prezident cənab İlham Əliyev çıxışlarının birində bildirdi ki, bir sıra siyasi partiyalar yüksək siyasi mədəniyyət və məsuliyyət nümayiş etdirərək milli həmrəyliyə töhfə verdilər və bu birlik Qələbə modelinin əsas düsturuna çevrildi.
Bu gün Siyasi Partiyalarla və Qanunvericilik Hakimiyyəti ilə Əlaqələr  Şöbəsi üzərinə düşən missiyanı uğurla davam etdirməkdədir. Azərbaycanı gələcəyə daşıyan çağırışların mahiyyəti düzgün istiqamətləndirilir, siyasi münasibətlər sistemində qarşılıqlı etimad möhkəmlənir. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti də bu mövqeni paylaşmaqda və dəstəkləməkdədir. Lakin təəssüf ki, istisnalar da yox deyil. Belə ki, bəzi “siyasilər” yeni modelin mahiyyətini zamanında dərk etməyərək və ya bilərəkdən fərqli “mövqe” tutaraq destruktiv yanaşma sərgiləyirlər. Həmin “siyasətbazlar” bu gün də yeniliyi dəstəkləmək əvəzinə, köhnə münasibətlər sisteminə qayıtmağa üstünlük verməkdədirlər. Amma, onun fərqində deyillər ki, sağlam mühitə kölgə salmaq cəhdləri ilə yalnız öz mahiyyətlərini üzə çıxarmış olurlar. Bütün bunların fərqində olsaydılar anlayardılar ki, süni intellektin, texnoloji tərəqqinin və yeni dünya düzəninin formalaşdığı bir dövrdə əvvəlki nəticəsi olmayan fəaliyyət heç bir halda siyasi uğur gətirə bilməz və ən əsası da ziyanlıdır”, - o qeyd edib.
Deputat əlavə edib ki, bu gün möhkəm dayaqlar üstündə bərqərar olmuş yeni siyasi münasibətlər sistemi, yeni siyasi konfiqurasiya artıq milli birliyin müasir modelinə çevrilib: “Bu modelin əsas məqsədi isə dövlətin və xalqın iradəsini birləşdirmək, Azərbaycanın gələcəyini möhkəm təməllər üzərində qurmaqdır”.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri