Icma.az
close
up
RU
Azərbaycan İsrail: möhkəm təməllər üzərində qurulan münasibət

Azərbaycan İsrail: möhkəm təməllər üzərində qurulan münasibət

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev: "Azərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur"

"Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. Qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur.

Bu gün ölkələrimizin iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayan Azərbaycan Prezidenti cari ilin yanvarında Davosda israilli həmkarı ilə görüşünü, apardığı fikir mübadiləsini və müzakirələri ən xoş təəssüratlarla xatırladığını diqqətə çatdırıb. "İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir", - deyə Prezident İlham Əliyev əlavə edib.

YENİ STRATEJİ HƏDƏFLƏR

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır və Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq isə ən yüksək səviyyədədir. Xalqlarımız ümumi tarixlə, dini əlaqələrlə, mədəniyyət və musiqi ilə, tolerantlıqla və qonaqpərvərliyə sevgi ilə bir-birinə bağlıdırlar.

Ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar mühüm rol oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan ilə İsrail arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. Təbii ki, bu əlaqələr - iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır.

Bildiyimiz kimi, İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir. "Biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur", - deyən Prezident çıxışlarının birində bildirmişdir.

İsrail ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq xeyli artmaqdadır. Müstəqilliyimzin ilk illərində Azərbaycan sənaye sahələrini tənzimlədikdən və iqtisadiyyatını sərbəstləşdirdikdən sonra İsrail şirkətləri Azərbaycan bazarlarına nüfuz etdilər. Bir çox şirkət xidmət sənayesinə investisiya yatırdı. Məlumdur ki, İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. O, neftə olan tələbatının mühüm hissəsini Azərbaycan nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir.

"YƏHUDİLƏR AZƏRBAYCANIN TAM BƏRABƏR HÜQUQLARA MALİK VƏTƏNDAŞLARIDIR"

Vurğulamaq yerinə düşər ki, 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Mövcud əlaqələrin inkişafında təbii ki, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu çıxışların birində qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burada azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirmişdir: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. …yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır".

Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında yəhudi icmasının rolunu dəfələrlə qeyd edib. Azərbaycan dövlətinin başçısının çıxışlarının birində vurğuladığı kimi, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir. Azərbaycanın yəhudi icması ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə fəal kömək edir. Azərbaycan 2 min ildir yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətəndir. Yəhudi icması antisemitizmin olmadığı bu ölkədə o vaxtdan yaşayıb və yaşayır. Hazırda Azərbaycanda 7 sinaqoq, 2 yəhudi ibtidai məktəbi, 3 bağça və 1 "Yeşiva" fəaliyyət göstərir.

Azərbaycanın əsl qürur yeri olan Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır. Azərbaycanda yaşayan yəhudilərin Şabat bayramının Qırmızı Qəsəbədə keçirməsi həqiqətən də buranın onlara doğma diyar olmasından xəbər verir. Burada ayrı-seçkilik kimi hallardan əsər-əlamət yoxdur. Onlar burada sülh şəraitində xoşbəxt yaşayırlar. Odlar diyarında yəhudilər və müsəlmanlar əsrlər boyu dinc yanaşı və harmonik həyat sürürlər. Azərbaycan özünün tolerantlıq nümunəsi ilə dünyada mövcud olan bütün stereotipləri məhv edir. Azərbaycan nümunəsi göstərir ki, əsas dinlərin - iudaizm, xristianlıq və islam dinlərinin nümayəndələrinin qarşılıqlı hörmət əsasında harmonik inkişaf etmələri üçün bu cür dinc yanaşı yaşamaq mümkündür.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:428
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri