Icma.az
close
up
RU
Sezer Bozkuş: Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər möhkəm təməllər üzərində qurulub

Sezer Bozkuş: Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər möhkəm təməllər üzərində qurulub

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Avropa İttifaqı regionda etibarlı iki ölkə kimi Türkiyə və Azərbaycanı diqqət mərkəzində saxlayır


Qarşılıqlı təsir isə hər iki ölkənin qlobal dünyada regional güc kimi mövqelərini daha da gücləndirir

IV Türkiyə-Azərbaycan Enerji Forumu bu gün İzmirdə keçirilir. Türkiyə və Azərbaycan coğrafi mövqeləri sayəsində qlobal enerji və ticarət dəhlizlərinin formalaşdığı strateji əhəmiyyətli bir regionda yerləşirlər. Bu iki ölkənin əməkdaşlığı yalnız regional deyil, dünya enerji təhlükəsizliyi və iqtisadi inkişafında da mühüm rol oynayır. Enerji ötürmə və ticarət yollarının birləşməsi, həmçinin Avropa bazarlarına inteqrasiyanı gücləndirərək onların regionun yeni geosiyasi mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır. Bu baxımdan, əməkdaşlıq modelləri və enerji forumları gələcəyin regional güc dinamikalarını müəyyən edən əsas amillərdən biridir.


Bakırçay Universiteti İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin dosenti, türkiyəli iqtisadiyyatçı Sezer Bozkuş Kahyaoğlu Sherg.az-a bu gün keçirilən forumdan və Türkiyə-Azərbaycanın iqtisadi əməkdaşlıqda atdığı addımlardan söz açıb:


"Türkiyə və Azərbaycan coğrafi baxımdan şərq-qərb və cənub-şimal oxunda mühüm geostrateji ərazidə yerləşir. Türkiyə ilə Azərbaycanı birləşdirə biləcək dəhliz əslində Xəzər dənizi ilə İzmir körfəzini birləşdirəcək dəhlizdir. Bu dəhliz yalnız ticarətin-insan və mal axınının deyil, həm də enerjinin ötürülməsinin yolunu açacaq və bununla da dünyanın ehtiyac duyduğu enerji üçün yeni bir məkanın formalaşmasına səbəb olacaq. Buradakı enerji ötürmə xətləri Azərbaycanın Avropa Enterkonnektə sisteminə qoşulmasına imkan verəcək və region daxilində enerji sahəsinin formalaşmasına şərait yaradacaq. Həmçinin bu hal miqyas üstünlükləri və xarici iqtisadi təsirlər sayəsində enerjidə həm səmərəliliyi, həm də iqtisadi effektivliyi artıracaq. Coğrafi sahənin genişliyi isə bərpa olunan enerji mənbələrindən daha çox faydalanmağa imkan verəcək".


İqtisadiyyatçı Türkiyə ilə Azərbaycan arasında mümkün enerji anlaşmalarının və münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu vurğulayıb:

"Hər iki dövlət Avropa İttifaqı ilə etibarlı və güvənilən münasibətlər qurmaq potensialına sahib ölkələr kimi dünya geosiyasətində əhəmiyyət qazanmasına səbəb olacaq. Bu tip əlaqələr şəbəkəsi qlobal iqtisadiyyata təsir edə biləcək regional güc münasibətlərinin yaranmasına yol aça bilər. Xüsusilə Azərbaycan, coğrafiyasında yeni bir mərkəz ölkə kimi öz geosiyasi mövqeyini və regional güc statusunu gücləndirərək qlobal miqyasda təsir göstərə biləcək yeni bir aktor kimi önə çıxa biləcək.

Buradakı əsas məqam ondan ibarətdir ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı şəkildə bir-birinin regional güc olma təsirini artırır və bu qarşılıqlı təsir böyük əhəmiyyət kəsb edir. Türkiyənin Azərbaycanın yanında yer alması Azərbaycanın gücünü, Azərbaycanın Türkiyənin yanında olması isə Türkiyənin gücünü artırır. Bu qarşılıqlı təsir isə hər iki ölkənin qlobal dünyada regional güc kimi mövqelərini daha da gücləndirir.

Avropa İttifaqı istənilən şəraitdə bu regionda etibarlı iki ölkə kimi Türkiyə və Azərbaycanı diqqət mərkəzində saxlayır. Çünki Avropanın enerji təhlükəsizliyi bu iki ölkənin mövcudluğuna bağlı olaraq önəm qazanır. Yeni dövrdə Türkiyə və Azərbaycan Asiya və Sakit Okean bölgəsinin dünya iqtisadiyyatında yeni bir qapısı kimi önəm qazanıblar".


S.Bozkuş IV Enerji Forumunun təkcə enerji ilə bağlı bir tədbir deyil, həm də enerji vasitəsilə regional güc statusunun formalaşdığı bir görüş kimi qiymətləndirilməli olduğunu bildirib:

"IV Enerji Forumu İşçi Qruplarının hidrokarbon, bərpa olunan enerji, petrokimya, elektrik bazarı, elektrik paylanması, istehsalı, tənzimləmə, enerji səmərəliliyi və mədən sahələrini əhatə etməsi bu yeni strategiyanın yaranma səbəbinin ən vacib göstəricisidir. Əsas istehsal amilləri kimi qəbul edilən bu işçi qrup başlıqları, bu gün dünya iqtisadiyyatının 60-65%-ni əhatə edən sektorları təşkil edir. Bu sahələrdə inkişaf isə həmin ölkələr üçün müqayisəli üstünlük yaradaraq onların önə çıxmasına zəmin yaradacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri