Icma.az
close
up
RU
Məqsədyönlü gender siyasəti: demokratik inkişafa mühüm töhfə

Məqsədyönlü gender siyasəti: demokratik inkişafa mühüm töhfə

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan qadınları tarixən dövlətin və xalqın müdafiəsi, ölkənin sosial-iqtisadi inkişafında, eləcə də mədəniyyət sahəsində əhəmiyyətli işlər görmüşdür. Qadınlarımız 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə səsvermə hüququ qazanmışdır. Bu, Şərq ölkələri arasında ilk nümunə kimi qadınların siyasi hüquqlarının tanınması və onların ictimai-siyasi həyada iştirakının təmin edilməsi baxımından mühüm bir addım idi.

XX əsrin əvvəllərində maarifçilik hərəkatının güclənməsi ilə qadınların elm və təhsilə marağı artmış, onlar cəmiyyət həyatının müxtəlif sahələrində daha böyük rol oynamışlar. Xanımlar, həmçinin milli-mənəvi dəyərlərimizi qoruyaraq ana dili və mədəniyyətimizin ən etibarlı dayağı olmuşlar. Əldə edilən uğurlar təkcə yerli deyil, həm də beynəlxalq səviyyədə Azərbaycan qadınlarının mədəni və intellektual potensialını ortaya qoyur.

Müstəqilliyin bərpası və dövlət quruculuğu prosesində qadınların özünəməxsus rolu olub. Ulu Öndər Heydər Əliyev tarixi və siyasi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə xüsusi önəm verməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan çox mühüm təşəbbüslər irəli sürüb. Ümummilli Liderin xalqımızın zəngin ənənələrinə və dəyərlərinə, dövlətçilik maraqlarına uyğun və dövrün çağırışlarına adekvat cavab verən gender siyasəti də bu baxımdan xüsusilə vurğulanmalıdır. Gender siyasəti demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması istiqamətində atılan addımların tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirib. Sabitlik və inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü illərdə milli-mənəvi dəyərlərə, milli maraqlara və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan məqsədyönlü gender siyasəti həyata keçirilib.

Ulu Öndərin rəhbərliyi ilə hazırlanan, 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi – referendum nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında gender siyasətinin hüquqi əsaslarının təsbit olunması bu kontekstdə qeyd olunmalıdır. Beynəlxalq hüquqi aktlar və konvensiyalarda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının yer aldığı Azərbaycan Konstitusiyasında gender məsələləri də öz əksini tapmışdır. Bununla yanaşı, dahi Liderin imzaladığı bir çox Fərman və sərəncamlar qadın hüquqlarının müdafiəsinə yönəlmişdir. Müdrik dövlət xadiminin müvafiq fərmanları ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi, Azərbaycanın “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulması və digər addımlar gender siyasətinin səmərəliliyini təmin etmək üçün əlverişli zəmin yaratmışdır. Heydər Əliyev irsinin tədqiqi deməyə əsas verir ki, Ümummilli Lider çağdaş gender siyasəti həyata keçirməklə mütərəqqi nümunə yaratmış, dünya birliyinə uğurla inteqrasiya edən Azərbaycanın müasir və demokratik dövlətlər sırasında layiqli yer tutmasını təmin etmişdir.

Ulu Öndərin gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, qadınların ictimai həyatın bütün sahələrində daha geniş iştirakının təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilmişdir. Azərbaycan dövləti gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi istiqamətində əhatəli tədbirlər reallaşdırmışdır. 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qadınların cəmiyyətdə daha bərabər və təhlükəsiz şəraitdə yaşamasını təmin etmək məqsədini daşıyır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qadınların nüfuzunu artırmaq və onların uğurlarını dünyaya tanıtmaq məqsədilə mühüm işlər həyata keçirib. Onun rəhbərliyi ilə reallaşdırılan humanitar layihələr Azərbaycan qadınlarının böyük potensialını dünyaya təqdim edir.

Zərif cinsin nümayəndələri müasir cəmiyyətdə olduqca mühüm rol oynayırlar. İctimai həyatın bütün sahələrində qadınların uğurları onların yüksək mübarizə əzmini və dözümlülüyünü göstərir.

Nurlan Həsənov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Mart 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri