Icma.az
close
up
RU
Azərbaycanın məqsədyönlü enerji siyasəti mühüm regional və qlobal əməkdaşlıq amilidir

Azərbaycanın məqsədyönlü enerji siyasəti mühüm regional və qlobal əməkdaşlıq amilidir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətin diqqətini bir daha ölkəmizin enerji siyasətinə və qlobal təşəbbüslərinə yönəldib. Enerji sahəsində böyük təcrübəyə malik olan Azərbaycan bu mötəbər tədbirlə həm tarixi nailiyyətlərini, həm də gələcəyə dair hədəflərini nümayiş etdirir.

1990-cı illərin əvvəllərində geosiyasi qeyri-sabitlik və iqtisadi çətinliklər fonunda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra imzalanan “Əsrin müqaviləsi” regionda yeni əməkdaşlıq formatlarının əsasını qoyuldu. Dövlətimizin enerji siyasəti strateji tərəfdaşlıq modelinə əsaslanaraq ölkəmizə iqtisadi dividendlər və uzunmüddətli geosiyasi sabitlik gətirdi. Bir çox Avropa ölkələri tərəfindən Azərbaycanın etibarlı təchizatçı kimi tanınması da məhz bu siyasətin təzahürüdür.

Enerji resurslarının düzgün idarə olunması və əldə edilən gəlirlərin məqsədyönlü şəkildə iqtisadiyyatın digər sahələrinə yönəldilməsi ölkənin davamlı inkişafında həlledici rol oynayıb. Müstəqil iqtisadi siyasət nəticəsində qeyri-neft sənayesi, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm kimi sahələrə böyük investisiyalar yatırılıb. Bu amillər, həmçinin ölkənin ÜDM strukturunda diversifikasiyanı təmin edib. İnfrastrukturun yenilənməsi, regionların inkişafı, sosial təminat və təhsil sahələrində irəliləyişlər enerji gəlirlərinin düzgün yönəldilməsinin göstəricisidir. Beləliklə, enerji sektoru ölkə iqtisadiyyatının mühərriki olmaqla yanaşı, digər sahələrin inkişafına da dəstək verir. Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyev qeyd edib ki, neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır: “Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir”.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın beynəlxalq enerji bazarlarında oynadığı rolu əsaslı şəkildə dəyişdirib. Bu layihənin icrası nəticəsində Xəzər dənizindən Avropa bazarlarına uzanan çoxşaxəli və etibarlı infrastruktur formalaşdırılıb. Hazırda 12 ölkəyə təbii qaz ixracı həyata keçirilir və bu rəqəmin daha da artırılması planlaşdırılır. Bu faktor təkcə iqtisadi uğur deyil, həm də regionda sabitlik, qarşılıqlı etimad və strateji əməkdaşlıq anlamına gəlir. Azərbaycan həmin sahədə enerji təhlükəsizliyinə töhfə verən, ölkələrarası körpü rolunu oynayan aktora çevrilib. Bu mövqe Avropa İttifaqı daxil olmaqla bir çox beynəlxalq tərəfdaş tərəfindən yüksək dəyərləndirilir. Dövlətimizin başçısı çıxışında bildirib ki, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib: “Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır”.

Ənənəvi enerji mənbələrindən yaşıl enerjiyə keçid son illərin prioritetlərindən biridir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonası elan edilməsi bu sahədə qəti iradənin göstəricisidir. Bu regionlarda külək, günəş və hidroenerji potensialından istifadə edilməklə ekoloji cəhətdən təmiz enerji istehsalı nəzərdə tutulur. Beynəlxalq şirkətlərlə bağlanmış müqavilələr nəticəsində 2030-cu ilə qədər 6,5 giqavat həcmində yaşıl enerji istehsalı planlaşdırılıb.

Bəzi ölkələrin yaşıl enerjiyə keçid prosesində sərt və ani yanaşmaları iqtisadi və sosial təlatümlərlə müşahidə olunur. Azərbaycanın seçdiyi yol isə mərhələli, çevik və balanslaşdırılmış keçid modelidir. Həmin yanaşma təbii qaz kimi keçid yanacağından hələ də səmərəli şəkildə istifadəni nəzərdə tutur, eyni zamanda yaşıl enerji layihələrinə böyük resurs ayrılır. Beləliklə, enerji sabitliyi qorunur, ekoloji məqsədlər isə tədricən reallaşdırılır. Bu siyasət texnoloji hazırlığın və sosial-iqtisadi adaptasiyanın paralel aparılmasını mümkün edir.

Bakı Enerji Həftəsi göstərir ki, enerji sektoru həm iqtisadi, həm də siyasi və geostrateji əhəmiyyətə malik bir sahədir. Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət təkcə daxili ehtiyacları ödəməyə deyil, regional və qlobal əməkdaşlığı gücləndirməyə yönəlib. Faəl dialoqlar, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqlar və ekoloji məsuliyyətlə yanaşma ölkənin yeni imicini formalaşdırır. Bu gün Azərbaycan bölgədə enerji gündəliyini müəyyən edən, regional sabitliyə töhfə verən və yaşıl transformasiyanın fəal aktoruna çevrilib.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri