Icma.az
close
up
RU
Məqsədyönlü siyasətin uğurları

Məqsədyönlü siyasətin uğurları

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ana dili hər bir xalqın milli kimliyinin, mənəvi varlığının və dövlətçilik təfəkkürünün əsas sütunlarından biridir. Azərbaycan xalqının əsrlər boyu formalaşmış zəngin mədəni irsinin, ədəbi düşüncəsinin və milli yaddaşının qorunub saxlanılmasında ana dilimizin rolu müstəsnadır. Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibəsində səsləndirdiyi fikirlər bu həqiqəti bir daha təsdiqləyir: “Biz Azərbaycan dilini qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir.”

Müstəqil Azərbaycan dövlətinin dil siyasəti ardıcıl və məqsədyönlü xarakter daşıyır. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan dili hələ sovet ideoloji basqılarının hökm sürdüyü bir dövrdə Azərbaycan SSR-in tərkibində olduğumuz zamanlarda Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində dövlət dili statusu qazanmışdır. 1978-ci il 21 aprel tarixində qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli tariximizdə mühüm və cəsarətli addım olmuşdur. Bu, həmin dövrdə asan olmayan, lakin milli kimliyin qorunmasına xidmət edən tarixi qərar idi. Ulu Öndər ana dilimizi təkcə hüquqi sənədlərdə deyil, ictimai-siyasi həyatın bütün sahələrində möhkəmləndirməklə milli özünüdərkin güclənməsinə zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ana dilinin dövlət dili kimi möhkəmləndirilməsi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının vurğuladığı kimi, “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”. Bu fikir təkcə bir çağırış deyil, həm də milli məsuliyyətin, vətəndaş mövqeyinin ifadəsidir. Azərbaycan dilinin qorunması təkcə mədəni məsələ deyil, bu, eyni zamanda milli təhlükəsizlik və milli ideologiya məsələsidir. Dövlət bütün imkanları ilə ana dilimizin inkişafını, saflığının qorunmasını və cəmiyyətin bütün sahələrində düzgün tətbiqini təmin edir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan dilinin yalnız ölkə daxilində deyil, dünya azərbaycanlıları üçün də mühüm mənəvi bağ olduğunu xüsusi qeyd edərək bildirib: “Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi dili qoruyan bizik.” Bu fikir Azərbaycanın müstəqil dövlət kimi üzərinə düşən tarixi missiyanı aydın şəkildə ifadə edir. Məhz Azərbaycan dövləti ana dilimizin yaşaması, inkişafı və gələcək nəsillərə ötürülməsi üçün əsas təminatçıdır.
Qloballaşma proseslərinin sürətləndiyi müasir dövrdə xarici dillərin təsirinin artması ana dilinə münasibətdə daha həssas və məsuliyyətli olmağı tələb edir. Prezident İlham Əliyevin bu mövzuya yanaşması son dərəcə prinsipialdır. Dövlət başçısı açıq şəkildə bildirir ki, başqa dilləri bilmək vacibdir, lakin bu, ana dilinə biganə münasibət demək deyil. O, xaricdə yaşayan soydaşlarımızla bağlı fikirlərində də bu məqama xüsusi diqqət çəkərək deyib: “Çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər.” Bu baxımdan, xüsusilə jurnalistlərin, ziyalıların, müəllimlərin və dövlət qurumlarında çalışan şəxslərin üzərinə böyük məsuliyyət düşür. Kütləvi informasiya vasitələri cəmiyyətin dil mədəniyyətinin formalaşmasında aparıcı rol oynayır. Prezident İlham Əliyevin yerli jurnalistlərlə görüşlərində ana dilinin qorunmasına dair tövsiyələri medianın bu sahədəki roluna verilən yüksək qiymətin ifadəsidir.
Bu çağırış dünya azərbaycanlılarına ünvanlanmış milli birlik mesajıdır. Ana dili insanı Vətəninə bağlayan ən güclü mənəvi körpüdür. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini bilməsi və yaşatması milli kimliyin qorunmasının əsas şərtidir.
Azərbaycan dilinin qorunması və inkişafında kütləvi informasiya vasitələrinin, xüsusilə jurnalistlərin rolu əvəzsizdir. Prezident İlham Əliyevin yerli jurnalistlərlə müsahibədə ana dilinə dair səsləndirdiyi fikirlər medianın dil mədəniyyətinin formalaşmasındakı məsuliyyətini bir daha ön plana çıxarır. Cəmiyyətin danışıq və yazı mədəniyyəti birbaşa informasiya məkanında istifadə olunan dilin səviyyəsindən asılıdır. Azərbaycan dilinin qorunması yalnız dövlətin deyil, hər bir ailənin, hər bir vətəndaşın gündəlik davranışında, danışığında, yazısında öz əksini tapmalıdır. Uşaqların ana dilində düzgün tərbiyə alması, milli ədəbiyyatın oxunması, klassik və müasir ədəbi dil nümunələrinin təbliği bu işdə mühüm rol oynayır. Dilini qoruyan xalq öz kimliyini, dövlətini və gələcəyini qoruyur.
Prezident İlham Əliyevin “Biz bu gün Azərbaycan dilimizi qorumasaq, sabah dövlət olaraq da itə bilərik çünki dil dövlətçiliyin, milli kimliyin əsas atributlarından biridir. Xarici sözlərin dilimizə daxil olması, milli kimliyimizin zəifləməsi dövlətçiliyimizin də zəifləməsinə gətirib çıxara bilər”. “Biz Azərbaycan dilini qorumalıyıq” çağırışı hər bir vətəndaş üçün milli və mənəvi borcun ifadəsidir. Azərbaycan dili bizim tariximiz, kimliyimiz və gələcəyimizdir. Bu dilin qorunması yalnız dövlətin deyil, hər bir azərbaycanlının vicdan məsələsidir. Ana dilimizi qorumaqla biz dövlətimizi, milli varlığımızı və gələcək nəsillərin mənəvi irsini qorumuş oluruq.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri