Mərc oyunları və lotereyalara yeni vergi qaydaları
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən,lotereya və idman mərc oyunlarının operatorlarına vergi öhdəliklərinin mövcud dövriyyədən 6% sadələşdirilmiş vergi rejimi saxlanılmaqla, GGR modeli üzrə vergi rejimini seçməklə bağlı hüququn verilməsi təklif olunur.
Qüvvədə olan Vergi Məcəlləsinin 102.1.26-cı maddəsinə əsasən lotereya və idman mərc oyunları üzrə əldə olunan uduşların 500 manatadək hissəsi gəlir vergisindən azad edildiyi, həmin məbləğdən artıq hissədən isə vergi tutulduğu üçün yüksək məbləğdə uduş əldə edən oyunçuların bir qisminin vergi öhdəliyindən yayınmaq məqsədilə qeyri-rəsmi mərc platformalarına üz tutması riski yaranır. Bu baxımdan, qanuni fəaliyyət göstərən operatorların rəqabət qabiliyyətinin qorunması, oyunçuların lisenziyalı bazarda saxlanılması və qara bazarın payının azaldılması məqsədilə 500 manatdan yuxarı uduş məbləğlərindən tutulan 10 faiz dərəcəsi ilə verginin ləğv edilməsi (stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olunmaqla) və ya bu sahədə vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Noyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















